Modal fellər : Would/Would like/Be supposed to/Had Better

Would:
Sual cümlələrində yalnızca You şəxs əvəzliyi ilə işlənə bilir və daha mədəni xahiş cümlələri qurmaqda kömək edir : Would you help me ? - Mənə kömək edə bilərsənmi ?

Would like :

Birindən bir şey istəməyin daha mədəni forması : Would you like something to drink - İçməyə bir şey istərdinizmi ? ; What would you like to do today - Bugün nə etmək istərdiniz ?

Had better (Yaxşı olar(ki), Yaxşı olardı(ki)/İyi olur :

Təsdiqdə :

S + Had better + V : You had better call the police - Yaxşı olar ki,polis çağırasan

İnkarda :

S + had better + not + V : I'd better not eat any more cake - Yaxşı olar ki,daha artıq heç bir kek yeməyim

Sual :
Had + S + better + V ? : Had I better speak to him before I leave - Yaxşı olar ki, ayrılmadan əvvəl onunla danışım.

İnkar Sual :
Hadn't + S + better + V ? : Hadn't They better take the train ? - Qatarla getsələr yaxşı olmazmı ?

Had Better hərəkət və ya tövsiyyə icra edilməzsə mənfi nəticələri olacağını gizli mesaj kimi bildirir. Cümlənin davamında mənfi nəticələri or və ya or else ilə göstərmək mümkündür : He had better lose some weight or he can't get the job - Yaxşı olar ki,bir az kilo verəsən yoxsa işi ala bilməyəcəksən ; You had better study for your exam or else You will fail - Yaxşı olar ki,dərslərinə çalışasan əks halda kəsiləcəksən

Had better bu xüsusiyyətinə görə bəzi məqamlarda işlədilməsi problemlərə səbəb ola bilər.Çünki təhdid mənası da daşıya bilər :

You had better go home now - İndi evə getsən yaxşı olar. Bu cümləni fərz edək ki,bir barda tanımadığımız sərxoş bir adama demişik. Bu cümləni o təhdid kimi başa düşəcək və "Getməsəm nə olacaq ?" kimi cümlə quraraq bizə hücum edə bilər. Ona görə də bu cümləni Should ilə qurmalıyıq.

Keçmişdə S + had better + have + V3 qəlibi ilə də işlənilir : A storm is aproaching. You had better have closed all the windows - Fırtına yaxınlaşır. Bütün pəncərələri qapatmış olsan yaxşı olar.

Be supposed to :

Gerekmek kimi tərcümə edilsə də "mış^4; acaq^3 ; gözlənilir" kimi mənalara da gəlir.

Təsdiqdə :

S + be supposed to + V : I'm supposed to study for my exam - İmtahanlarıma çalışmam gərəkir. Bu mənada Should çox bənzəyir

İnkarda :
S + be not supposed to + V
Ması^2 gərəkir kimi tərcümə edilir : He isn't supposed to tell this secret to anyone - Bu sirri heç kimə deməməsi gərəkir

Sualda :

Be + S + supposed to + V : Are you supposed to call the police - Polis çağırmanız gərəkirmi ?

Qaydalarda : You are supposed to wait until the light turns green - Yaşıl işıq yanana qədər gözləməniz gərəkir

Təxminlərdə :
Gözlənilir kimi tərcümə edilir : It is supposed to be rainy tomorrow -Sabah havanın yağışlı olması gözlənilir

Qulaqdan dolma bilgilər :
mış^4 kimi tərcümə edilir : That film is supposed to be good - O film yaxşıymış

Planlarda:
acaq^2 kimi tərcümə edilir : I'm supposed to meet him tonight - Onunla bu gecə görüşəcəm

Keçmişdə :
S + was/were supposed to + V : I was supposed to study for my exam - İmtahanlarıma çalışmam gərəkirdi

Çox məna fərqi olmasa da Bitmiş zamanla işlənərək "mış olmaq gərəkir" kimi mənaya gəlir :

S + be supposed to + have + V3 : Ypu are supposed to have answered all of the questions in the exam - İmtahanda bütün sualları cavablamış olman gərəkirdi

Qeyd : Be supposed to gələcək zamanda işlənmir. Yəni "will be supposed to" kimi ifadə yanlışdır.Çünki be supposed to həm geniş zamanda həm də gələcək zamanda məna daşıyır

Comments