Conjunction - Əlavə 1
Unless/as long as - Nə qədər ki :
Cümlənin Unless bağlayıcısına aid olan hissəsi həmişə təsdiqdə olur, lakin mənaca inkarlıq bildirir : Unless she is there, I shall not go there (Nə qədər ki o orada deyil,mən ora getməyəcəm) ; They will not help you, unless he calls (Nə qədər ki o zəng vurmayıb,onlar sənə kömək etməyəcəklər). Unless mənaca "if...not"a bərabərdir : If she is not there,I shall not go there
As long as bağlayıcısı unless bağlayıcısının təsdiqidir. Cümlənin as long as bağlayıcısına aid olan hissəsi həmişə təsdiqdə olur : As long as I am the manager of the club, you can go in (Nə qədər ki mən klubun müdiriyəm,sən içəri daxil ola bilərsən). As long as mənaca if bağlayıcısına bərabərdir : As long as she studies hard,she will pass the exam ; If she studies hard,she will pass the exam
Qeyd :As long as ; So long as ; providing(that) ; provided (that) ; untill ; till ; as soon as ; if ; unless bağlayıcılarından sonra heç vaxt gələcək zaman işlədilmir.
Like/as :
Like - kimi (oxşamaq,eynilik mənasında). Like + isim/əvəzlik : You are lazy like my sister ; He dances like mad
As - kimi (oxşamaq,eynilik mənasında). As + S + V : He has done it as I said
As - kimi (eyni vaxtda baş verən iki hərəkət) : She went as Nurlan came ( Nurlan gələn kimi o getdi). Just as - kimi (dəqiqliyi ilə eyni vaxtda iki hərəkət) : Just as i saw him,he turned back and walked ( Tam onu gördüyümdə,arxasını döndü və getdi)
As - kimi(vəzifə/məsuliyyət,əvəzetmə mənalarında) : As the manager of this company, you must make many important decisions (Bu şirkətin müdiri kimi sən çox vacib qərarlar verməlisən) ; During the war this hotel used as a hospital (Müharibə dövründə bu hoteldən xəstəxana kimi istifadə edilirdi) ; My sister works as a teacher - Mənim bacım müəllimə işləyir.
As - çünki. Bu cəhətdən as bağlayıcısı mənaca because bağlayıcısına bərabərdir. As = Because : We didn't go out as (because) it was raining ; He could not help us because (as) he was very busy
As bğlayıcısı ilə düzələn aşağıdakı ifadələrə diqqət et :
As usual - adəti üzrə
As you know - bildiyiniz kimi
As always - həmişəki kimi
As I said - dediyim kimi və s.
During/While - ərzində,müddətində,dövründə,arkın^2 :
During + isim : Ferid feel asleep during the film (Film ərzində Fərid yuxuya getdi)
While + S + V : Ferid feel asleep while he was watching the film
Both .... and ... - həm .... həm də ...
Bu bağlayıcı tərkibindən sonra xəbər həmişə cəmdə olur : Both boys and girls are ready. Both... and ... sonra sifətdə gələ bilir : This Hotel is both cheap and comfortable. Lakin Both ... and ... sonra iki növdə sözcük gələ bilməz. *(Bu either,neither və not only üçün də keçərlidir). Yəni bu cür cümlə səhvdir : This hotel is both clean and has large rooms. Doğrusu : This hotel is both cheap and, it has large rooms.
Either ... or ... - ya ... ya da ...
Xəbər or bağlayıcısından gələn sözlə uzlaşır : Either my sister or her friends are there ; Either my sister or her friend is there. *Either (həmçinin neither və not only dən sonra sadalamalar ola bilər.) *Either (həmçinin neither və not only) sonra təkcə isim yox sifət və feldə gələ bilər.
Neither .... nor ... - nə ... nə də ...
Xəbər nor bağlayıcısından gələn sözlə uzlaşır : Neither my sister nor her friends are there ; Neither my sister nor her friend is there.
Not only .... but also (nəinki ... hətta (həm də)) : Not only he,but also his wife is sixti-five years old.
Not only ... but also + Fel vəziyyət fərqlidir. Cümlə Not only ilə başladığı zaman cümlə devrik strukturda olur :
He not only writes plays but he also acts və ya Not only does he write plays, but he also acts
Hardly/Almost/Nearly - Demək olar ki,təxminən :
Hardly yalnız təsdiq cümlələrdə işlədilir,lakin mənaca inkarlıq bildirir : She hardly helped me (O demək olar ki, mənə kömək etmədi).
Almost/Nearly həm təsdiq, həm də inkar cümlələrdə işlədilir : We almost won the match (Oyunda demək olar ki,biz qalib gəldik) ; We didn't almost win the match (Oyunda demək olar ki,biz qalib gəlmədik).
Bir sıra başqa bağlayıcılar :
As if - Guya/Elə bil ki
As though - Guya/Elə bil ki
Even - Hətta
As soon as - Kimi
After - Sonra
Whenever - Nə vaxt olur olsun
In order (that) - Ona görə (ki)
In case - O halda
Now that - Bir halda ki
Provided (that) - O şərtlə (ki)
Providing (that) - O şərtlə (ki)
So - belə ki/Ona görə
So that - Ona görə ki
However - Bununla belə
By the way - Yeri gəlmişkən
Whichever - Hər hansı
Whoever - Hər kim
For - Görə/Üçün
By the time - O vaxta kimi
But - Amma/Ancaq/Lakin
That - Ki
Anyhow - Hər halda
Anyway - Hər halda
And - Və/Bəs
Before - Əvvəl
Since - Dan^2/Bəri
Till - Qədər
Untill - Qədər
Then - Sonra
As well as - Eləcə də
İf - mi^4 : The teacher asked if all the students were ready for the lesson - Müəllim soruşdu ki,bütün tələbələr dərsə hazırdılarmı.
Whether - mi ^4 : The question is whether we can solve it ourselves - Məsələ budur ki,biz özümüz onu həll edə bilərikmi.
Wherever : Wherever I go I never forget my motherland - Hara gedirəmsə gedim, vətənimi heç vaxt unutmaram ; The police will find him wherever he is - O, harada olur-olsun, polis onu tapacaq.
perfect
ReplyDelete