Conjunction - Əlavə 4
Üçün/Çünki = As/Since/Now that/Because/For
As/Since = Üçün. Danışan və dinləyən nə üçün olduğunu bilir : Since/As you are 18 years old,You can get a driving license. Əgər bu ikisi arasında seçim ediləcəksə, əsasən Since yazılı dildə,As şifahi dildə işlədilir.
Because çünki anlamı xaricində cümlə başında işləndikdə üçün mənasına gəlir. As/Since cümlə ortasında işlənən Because yerinə işlənə bilsələr də, cümlə başında olduqda onun yerini tuta bilmirlər. Çünki bu zaman Because dinləyənin daha öncə heç bilmədiyi səbəbi səsləndirir. Ona görə yuxarıdakı cümlədə As/Since yerinə because qoymaq doğru deyil : - Why are you yawning ?
- Because I'm tired and sleepy (Dinləyən bu səbəbləri bilmir)
Now that = madam/artıq...üçün : Now that you are 18 years old, you can get a driving license. Artıq 18 yaşında olduğun üçün sürücülük vəsiqəsi ala bilərsən. *keçmiş zamanlarda işlənmir
For = üçün. Əsasən özündən sonra isim gəlsə də,cümlə də gələ bilir. Amma bu şəkildə istifadə əsasən rəsmi və yazılı dilə aiddir.
Sayəndə/Ötürü/-dan dolayı/Üüzündən = Due to/Owing to/Because of/Thanks to
Due to = Owing to = Because of. The bridge was demolished due to(because of/owing to) the flood.
Owing to be və onun formalarından(am/is/are/was/were/being) sonra işlənmir : The recession was because of/due to the poor economy
Thanks to müsbət anlamda sayəsində mənasında işlənir. I was able to finish the assignment in time thanks to you - Sayəndə ev tapşırığını vaxtında bitirə bildim.
Kinayə məqsədilə də cümlə sonunda istifadə edilir : Mum won't let me see my friends at the weekend,thanks to you - Sayəndə anam həftəsonu dostlarımı görməyə icazə vermədi.
Comments
Post a Comment