Infinitive/Məsdər
Məsdər felin və ismin xüsusiyyətlərini daşıyır. Əlaməti "to" hissəciyidir : to play - Oynamaq. İnkar forması "not" ilə düzəlir : not to play - oynamamaq
Aşağıdakı köməkçi və modal fellərdən sonra məsdərin qarşısında heç vaxt "to" işlənmir : can,could,may,might,will,shall,would,should : She can dance.
Modal fel kimi işlənən "need" və "dare" fellərindən sonra : You needn't go there
İstisna : Ought(to), have(to),to be able (to) modal fellərindən sonra "to" işlənir : he ought to go there
Had better/Would rather ifadələrindən sonra : You had better help her (Yaxşı olardı ki, ona kömək edəsən) ; I would rather go by train (Qatarla getməyə üstünlük verirən)
Aşağıdakı hiss - qavrayış bildirən fellərdən sonra : to feel,to heard,to notice,to see,to observe,to watch : She heard the clock strike eight (Saatın səkkiz vurduğunu eşitdi) ; I saw him jump (Onu tullananda gördüm).
To help felindən sonra "to" həm işlənə, həm də işlənməyə bilər : He helped me do the exercise / He helped me to do the exercise
Bir cümlə daxilində "and" və ya "or" bağlayıcıları ilə bağlanmış iki məsdər olduqda "to" birinci məsdərin qarşısında işlədilir : I want to come and help you
Bəzən təkrara yol verməmək üçün cümlənin sonunda "to"- dan sonra məsdər buraxılır : He wants me to go there but I don't want to. (go)
Məsdər cümlədə : (ismə aid)
Mübtəda : To sleep in the open air is useful ; To read much is necessary.
Vasitəsiz tamamlıq (kimi ? nə ? ,nəyi ?) : He likes to write letters
Mürəkkəb xəbərin ad hissəsi kimi (prediaktiv) : Her duty is to deliver letters - Onun vəzifəsi məktubları çatdırmaqdır.
Felə aid :
Təsirli fellərin məsdərindən sonra vasitəsiz tamamlıq gələ bilər : I like to watch interesting films
Zərflə təyin oluna bilər : The old woman tried to walk quickly - Qoca qadın tez-tez yeriməyə çalışdı.
Mürəkkəb feli xəbərin tərkib hissəsi kimi : He began to learn English at an early age - O, erkən yaşında ingilis dilini öyrənməyə başladı ; We must work hard - Biz səylə çalışmalaıyıq.
Təsirli fellərin məlum növdə 4 forması var :
1) Indefinite : To write ;
Şəxsli fellə eyni vaxtda baş verən hərəkəti bildirir :
I' m glad to hear it ; I was glad to hear it ; I will be glad to hear it
2) Continuous : To be writing ;
Şəxsli fellə eyni vaxtda olan hərəkəti bildirir,lakin bu hərəkətin davam etdiyini bildirir : They happened at the moment to be talking at he bus stop
3) Perfect : To have written ;
Hərəkətin şəxsli felin hərəkətindən əvvəl baş verdiyini bildirir
I'm glad to have passes the exam
4) Perfect Continuous : To have been writing ;
Şəxsli felin hərəkətindən əvvəl müəyyən müddət davam edən hərəkəti bildirir : He seemed to have been studying English forna long time. Görünür,o, ingilis dilini uzun müddətdir ki,öyrənir.
Məchul növdə 2 :
1) Indefinite : To be written
2) Perfect : To have been written
Təyin :
I have no time to lose - Mənim itiriləsi vaxtım yoxdur.
Məqsəd zərfliyi : I have come here to learn the truth - Mən həqiqəti öyrənmək üçün bura gəlmişəm
Nəticə zərfliyi : It is too late to go there - Ora getmək üçün çox gecdir
Çox sağolu
ReplyDelete