Reported (Indirect) Speech - 2
Tell və say arasındakı fərq tell-in 3-cü şəxsə müraciət etmənin vurğulanmasıdır. Məsələn : He said that... ; He told someone that...
Indirect speech sual,əmr,xahiş və tövsiyyə cümlələrində.
Əmr cümlələrini qurmaq üçün tell feli və to ədatından istifadə edilir : "Turn around and raise your hands" ; He told me to turn around and raise my hands. Əmr cümlələrinin zamanı olmadığı üçün dəyişən tək şey şəxsə uyğun yiyəlik və obyekt əvəzlikləridir. İnkar əmr cümlələrini qurmaq üçünsə,to-dan əvvəl "not" inkar ədatı istifadə edilir : "Don't move a muscle" ; He told me not to move a muscle. Tell felinin yerinə bir çox fel işlədilə bilər (əmr,təklif,xəbardarlıq,məsləhət,xahiş,rədd etmək,təhdid etmək və s. kimi mənalarda).
Məsələn :
Advise = Tövsiyyə etmək
Ask = İstəmək
Warn = Xəbardarlıq etmək
Threat = Təhdid etmək
Order = Əmr etmək
Refuse = Rədd etmək
Offer/Suggest = Təklif etmək və s.
Bunlardan bəziləri ilə nümunələr quraq : He ordered me to turn around and raise my hands - Mənə dönməyi və əllərimi qaldırmağımı əmr etdi və ya Əmr etdi ki,dönüm və əllərimi qaldırım. ;
"You should drink lots of water" Doctor advised me to drink lots of water - Həkim tövsiyyə etdi ki,çoxlu su iç
"Shall we go somewhere quite ?"
He offered to go somewhere quite və ya özündən sonra gerund tələb edən suggest feli ilə : He suggested going somewhere quite.
The taxi driver refused to take me to the airport
Indirect speech sual cümlələrində. Bu halda zamanlar dəyişir.
a) Indirect speech "bəli/xeyr"li sual cümlələrində :
Bu halda "olub-olmadığını" soruşdu,maraqlandı,bilmək istədi mənalarını vermək üçün If/Whether bağlayıcıları istifadə edilir.
"Are you from Korea ? "
He asked us if/whether we were from Korea
"Did you enjoy the party ?"
She asked me if I had enjoyed the party
b) Wh sual cümlələri :
" Where do you go every day ? "
He asked me where I went every day
Ask felinin yerinə "wonder(maraqlanmaq), want to know(bilmək istəmək)" kimi alternativ fellər işlədilə bilər.
"Who is that man ?"
I asked you who that man was.
Bəzən aşağıdakı kimi sual cümlələrin wh sual əvəzlikləri ilə köməkçi felin arasının çox açılmaması üçün cümləni aşağıdakı kimi qurmaq əvəzinə....
" In which month was the fabulous Victoria's Secret show ? "
She asked me in which month the fabulous Victoria's Secret show was
.... sual cümləsini olduğu kimi saxlayıb bu şəkildə qururuq :She asked me in which month was the fabulous Victoria's Secret show
Bəzən sual əvəzliyi bir başa cümlənin mübtədasını soruşur. Məsələn :
"Who knows the answer ?"
"What happened there ? " kimi. Belə halda sadəcə cümlənin zamanı dəyişrilərək olduğu kimi saxlanılır :
The teacher asked who knew the answer ;
We wondered what had happened there.
Çox təşəkkürlər gözəl olub mən 9 cu sinifdə oxuyuram və bu cür şeylərlə biliklenirem çox sağolun herkese məsləhət görürəm əsasda 9 cu sinifdə oxuyanlara buraxılış və qəbul imtahanlarına düşə bilər❤️🤔
ReplyDeleteDuzdur
Delete