Posts

Showing posts from July, 2018

The Past Perfect Continuous

S + Had been + V + ing Keçmişdə müəyyən bir vaxtdan və ya hərəkətdən əvvəl başlamış və o vaxta qədər davam edib bitmiş ya da davam edən hərəkətləri göstərmək üçün işlədilir. Since/For bağlayıcıları ilə düzəlir və bu zaman formasında keçmişə aid hər hansı bir digər hərəkət də göstərilir : Alex had been reading this book for two hours when I went - Mən gedəndə Aleks iki saat idi ki,bu kitabı oxuyurdu ; How long had you been translating this text when the teacher came in ? - Müəllim içəri daxil olanda nə qədər vaxt idi ki, sən bu mətni tərcümə edirdin ?

The Past Perfect

S + had + V3 (Past Participle ). Adi fellərə + ed Bu "mışdı" ilə bitən cümlələrdə istifadə olunur. Keçmişdə müəyyən bir anadək davam edib bitmiş hərəkətləri göstərir : I had done my exercises by 5 o'clock yesterday ; The train had already started when I arrived at the station - Mən vağzala çatanda qatar artıq yola düşmüşdü (Yəni Qatar mən gəlməmişdən qabaq yola düşüb) İstifadə edilən bağlayıcılar : By friday,by 5 o'clock yesterday,by that time,by the end of the month,by the end of the term,just,already,yet,never Keçmişdə bir hərəkət digərindən əvvəl baş veribsə,ilk gerçəkləşən Past perfect digəri isə past simple ilə işlənir : Wh...

The Perfect Continuous/Davam edən yaxın keçmiş zaman

S + Have/Has + been + V + ing Keçmişdən müəyyən vaxtda başlayıb,hələ də davam etməkdə olan və ya yenicə bitmiş hərəkətləri göstərmək üçün işlədilir. Bu zərflərlə işlənir : For,Since,Since when,How long,For a long I have been working here for two years - İki ildir ki burada işləyirəm ; I have been working here since I came to Baku - Mən Bakıya gələndən bəri burada işləyirəm Continuous ilə işlənə bilməyən fellər (know kimi) For/Since ilə işlənərkən Present Perfect Continuous  əvəzinə Present Perfect ilə işlənir : I have known her for two years Bu zaman nə zamana nə nəticəyə fomuslanıb.Bu zamanda əsasən hərəkət ...

The Present Perfect/Yaxın keçmiş zaman

V+ have/has + V3 (adi fellərdə V+ ed,Qaydasızlarda Past participle) 1. I have done my lessons -Dərslərimi etmişəm (Burada hərəkətin nə zaman yerinə yetirildiyi deyil,yalnız hərəkətin nəticəsi göstərilir) 2. Bu zaman forması hələ bitməmiş vaxt ərzində icra olunmuş hərəkətləri bildirir və today/this week/this month/this year/this morning kimi zərflərlə işlədilir : I haven't seen this week - Bu həftə onu görməmişəm (Amma həftə hələ bitməyib və bəlkə bu həftə ərzində görə bilərəm) 3. Yaşadığımız təcrübələr haqqında danışdıqda  : It is the first time,I have driven a car - Birinci dəfədir ki,maşın sür...

The Past Continuous/ Keçmiş davam edən zaman

S + was/were + V + ing 1. Keçmişdə müəyyən bir an ərzində (dəqiq vaxtla/saatla göstərilən) davam etmiş hərəkətləri ifadə etmək üçün. Keçmişdə müəyyən müddət ərzində davam etməkdə olan hərəkətləri ifadə etmək üçün "from ... to... ; all day; all day long ; the whole day zərfləri işlədilir : I was packing my things from 5 to 7 *** Aşağıdakı zərflər bu zamanla işlənir : At 3; At 5 0'clock/ + yesterday ; at that time/At the same time - həmən vaxt/o vaxt/bu vaxt/o zaman ; From morning till evening ; From evening till morning ; At that time yesterday ; The day before yesterday ; at midnight ; then ; still ; at that moment Eyni şəkildə keçmişdə davam edən hərəkə...

The Past Simple/ Keçmiş geniş zaman

S + V2 Sual və inkar üçün "did" . 1. Keçmişdə bir-birinin ardınca,ardıcıl baş verən hərəkətləri göstərmək üçün :  He came in,greeted everybody and took his place. Həmçinin hekəyə və nağıllarda da işlədilir : There was once a man who lived in a small cottage in the village. On the way he met .... One day he left house and went to town 2. Keçmişdə adət halını almış,təkrarən baş verən hərəkətləri bildirmək üçün : I always went to work by bus when Iived in London. Used to keçmişdə olan ,amma indi olmayan ya da tam tərsinə hərəkətləri ifadə etməkdə istifadə edilir : He used to be a great teacher - O mükəmməl bir müəllimdi (Amma indi deyil) ; Sh...

The Present Continuous/İndiki davam edən zaman

am/is/are + ing ilə düzəlir Aşağıdakıları ifadə etməkdə istifadə edilir : 1. Adi danışıq zamanı davam etməkdə olan hərəkətləri : I am going to school (Məktəbə gedirəm) 2. İçərisində olduğumuz dövr ərzində davam etməkdə olan prosesləri : The prices are going up (Qiymətlər qalxır) ; We are fighting for Qarabag (Qarabağ uğrunda mübarizə aparırıq) ; Həmçinin bu sıralarda olan hərəkətlər üçün də : He is reading a nobel by Charles Dickens these days (O bu günlərdə Charles Dickens'in bir romanını oxuyur) 3. Əmr cümlələrindən sonra işlənərək hərəkətin danıçılan anda icra edildiyini : Look! It is snowing ; Keep si...

The Present Simple/ İndiki geniş zaman

S + V1 - Cəm isimlərdə S + V1S - Tək isimlərdə Sual və inkar üçün tək isimlərdə does,cəmlərdə do. Does işləndikdə V1 "s" düşür. Aşağıdakı hallarda işlənir : 1. Adət halını almış,təkrarlanan,ümumi məlumat bildirən hərəkətləri ifadə etmək üçün : I go to school 2. Təbiət reallıqlarını,təkzibolunmaz faktları göstərdikdə : Water boils at 100 C ; The Earth goes around the Sun 3. Şəxs və əşyaları səciyyələndirərkən,onların əlamətləri,keyfiyyətləri haqqında danışarkən : My brother loves chess. He plays chess everyday. He studies well too 4. Atalar sözü və el məsəllərində hal ...

The verb/Fel

Fel düzəldən şəkilçilər : 1. İze : Capitalize - Yararlanmaq 2. Ate : Demonstrate - Nümayiş etdirmək 3. En : Blacken - Qaralamaq 4. Un : Unfasten - Açmaq 5. Re : Rebuilt - Təkrar tikmək 6. En: Enlarge - Genişləndirmək 7. Mis : Misunderstand - Səhv başa düşmək 8. Dis : Dislike - Xoşlamamaq 9. İfy,Fy : Intensify - İntensivləşdirmək