The Past Continuous/ Keçmiş davam edən zaman
S + was/were + V + ing
1. Keçmişdə müəyyən bir an ərzində (dəqiq vaxtla/saatla göstərilən) davam etmiş hərəkətləri ifadə etmək üçün. Keçmişdə müəyyən müddət ərzində davam etməkdə olan hərəkətləri ifadə etmək üçün "from ... to... ; all day; all day long ; the whole day zərfləri işlədilir : I was packing my things from 5 to 7 ***
Aşağıdakı zərflər bu zamanla işlənir :
At 3; At 5 0'clock/ + yesterday ; at that time/At the same time - həmən vaxt/o vaxt/bu vaxt/o zaman ; From morning till evening ; From evening till morning ; At that time yesterday ; The day before yesterday ; at midnight ; then ; still ; at that moment
Eyni şəkildə keçmişdə davam edən hərəkəti dəqiq zaman istifadə etmədən də aşağıdakı strukturlar ilə ifadə edilə bilər :
When (anda) :
When + Past simple + Past continuous : We were having dinner,when you called me və ya When you called me,we were having dinner - Sən mənə zəng edəndə biz nahar edirdik.
Eyni vaxtda baş verən iki hərəkəti göstərmək üçün :
While (Arken) :
While + Past continuous + Past simple : You called me while we were having dinner və ya While we were having dinner, you called me - Biz nahar edərkən sən zəng etdin
Bu struktur aşağıdakı variantda da mümkündür :
While + Past continuous + Past continuous : They were watching Tv while we were having dinner
Diqqət : Past simple ilə Past continuous arasındakı əsas fərq Past continuousda həmin anda hərəkətin davam etməsidir : I had dinner at 7 ( Mən 7-də nahat etdim) ; I was having dinner at 7 (Mən 7-də nahar edirdim)
Comments
Post a Comment