The Present Perfect/Yaxın keçmiş zaman
V+ have/has + V3 (adi fellərdə V+ ed,Qaydasızlarda Past participle)
1. I have done my lessons -Dərslərimi etmişəm (Burada hərəkətin nə zaman yerinə yetirildiyi deyil,yalnız hərəkətin nəticəsi göstərilir)
2. Bu zaman forması hələ bitməmiş vaxt ərzində icra olunmuş hərəkətləri bildirir və today/this week/this month/this year/this morning kimi zərflərlə işlədilir : I haven't seen this week - Bu həftə onu görməmişəm (Amma həftə hələ bitməyib və bəlkə bu həftə ərzində görə bilərəm)
3. Yaşadığımız təcrübələr haqqında danışdıqda : It is the first time,I have driven a car - Birinci dəfədir ki,maşın sürürəm ; Have you ever driven a car ? - Heç maşın sürmüsən ? (Burada sürüb-sürmədiyi ilə maraqlanır zaman ilə deyil) ; I have driven a car two time - İki dəfə maşın sürmüşəm (Burada məlumat olaraq yaşadığı təcrübəni anladır,zamandan bəhs etmir)
4. Keçmişdə müəyyən vaxtda başlamış və hazırki anadək davam etmiş və hələ də davam edən hərəkətləri bildirir : We have known each other since 1997 - Bir-birimizi 1997-ci ildən bəri tanıyırıq.
Aşağıdakı zərflərlə işlənir :
Nowadays,Lately,Recently - Bu günlərdə, Since,Since then - Bəri, O gündən bəri, Never,Ever,Just,Already,Yet,Before,Once,Twice,Many times,Up to now,Till now,So far,In the last few days
Bu zamanda ucuaçıqlıq var.Yəni bir şey bitə də bilər bitməyə də və əsasən nəticəyə fokuslanılıb
Comments
Post a Comment