The Present Continuous/İndiki davam edən zaman
am/is/are + ing ilə düzəlir
Aşağıdakıları ifadə etməkdə istifadə edilir :
1. Adi danışıq zamanı davam etməkdə olan hərəkətləri : I am going to school (Məktəbə gedirəm)
2. İçərisində olduğumuz dövr ərzində davam etməkdə olan prosesləri : The prices are going up (Qiymətlər qalxır) ; We are fighting for Qarabag (Qarabağ uğrunda mübarizə aparırıq) ; Həmçinin bu sıralarda olan hərəkətlər üçün də : He is reading a nobel by Charles Dickens these days (O bu günlərdə Charles Dickens'in bir romanını oxuyur)
3. Əmr cümlələrindən sonra işlənərək hərəkətin danıçılan anda icra edildiyini : Look! It is snowing ; Keep silence ! I am working
4. Getdikcə anlamında : It is becoming harder and harder to find a job (İş tapmaq getdikcə daha da çətinləşir) ; It is getting hotter and hotter (Hava getdikcə daha da istiləşir)
5. Constantly,Always,Forever kimi zərflər bu zamanla istifadə edilərək tənqid etmək ya da bizi qıcıqlandıran halları ifadə etdikdə : She is forever complaining (Davamlı zarıyır) ; You are constantly shouting at me! (Davamlı mənə qışqırırsan) ; She is always talking about how succesful at colloge (Davamlı Kollecdə necə uğurlu olduğu haqqında danışır)
İstifadə edilən zamanlar :
Now; At the moment; At present; Still ; Today; this/week,month,year...
Bəzi fellər mənadan asılı olaraq həm bu zamanla işlənir,həm də yox :
To think - Bir şəxs,əşya və ya hadisə haqqında düşündükdə, yəni "fikirləşmək" mənasında işlədilir : I'm thinking about her now ( Mən indi onun haqqında fikirləşirəm). Fikrimcə anlamında isə işlədilmir : I think Fuad is a good boy (Mən fikirləşirəm ki = fikrimcə Fuad yaxşı oğlandır)
To see - Görüşmək anlamında işlədilir Görmək anlamında yox : I see Gunay now ; I am seeing with Gunay tomorrow
To have - Var olmaq,Malik olmaq mənalarından başqa digər mənalarda işlədilir : I have no time now ; Have a bath (Çimmək,Vanna qəbul etmək), Have a shower (Çimmək,Duş qəbul etmək), Have + Breakfast/Lunch/Dinner - Yemək I am having a wonderful time (Mən indi çox gözəl vaxt keçiriəm)
To live - Daimi mənada işlədilmir,Müvəqqəti mənada işlədilir : Ferid lives in Baku ; Ferid is living with his friends until He finds a new flat to live
Look/Feel - Hər iki zamanla işlədilə bilər : Yoo look nice today = You are looking nice today
Taste : The soup tastes wonderful ; Mum is tasting the soup
Comments
Post a Comment