The Present Simple/ İndiki geniş zaman
S + V1 - Cəm isimlərdə
S + V1S - Tək isimlərdə
Sual və inkar üçün tək isimlərdə does,cəmlərdə do. Does işləndikdə V1 "s" düşür.
Aşağıdakı hallarda işlənir :
1. Adət halını almış,təkrarlanan,ümumi məlumat bildirən hərəkətləri ifadə etmək üçün : I go to school
2. Təbiət reallıqlarını,təkzibolunmaz faktları göstərdikdə : Water boils at 100 C ; The Earth goes around the Sun
3. Şəxs və əşyaları səciyyələndirərkən,onların əlamətləri,keyfiyyətləri haqqında danışarkən : My brother loves chess. He plays chess everyday. He studies well too
4. Atalar sözü və el məsəllərində hal və hərəkətləri bildirmək üçün : East or West,Home is best
5. İcrası cədvəl və ya qrafik üzrə planlaşdırılmış hərəkətləri başlanmasını,qurtarmasını,yola düşməsini,çatmasını bildirmək üçün (məlumat xarekterli) : The train start at 8 a.m, arrives at 10 p.m ; The concert begins at 12:00, ends at 15:00
6. Zaman və şərt budaq cümlələrində " when,till,until,before,after,as soon as,as long as, if,unless,provided that" bağlayıcılarından sonra gələcək zamanda baş verəcək hərəkətləri bildirmək üçün : We shall go If he comes
7. Film,Hekayə və ya bir kitabdakı hadisələri danışarkən : In this book, Ann marries a man called Hans from Germany
8. Here və There zərfləri ilə "Bax (İşte) ..ir" anlamını qatmaq üçün : Here comes our bus - Bax(İşte) bizim avtobusumuz gəlir ; There goes your father - Bax atan gedir
Sadə faktları,Vərdiş halını almış,tez-tez təkrarlanan hərəkətləri ifadə etmək üçün aşağıdakı zərflərdən istifadə edilir :
Always ; Often ; Usually ; Seldom (Hərdən) ; Sometimes ; Never ; Rarely (Nadir hallarda) ; Regularly (Müntəzəm olaraq) ; Daily ; Ocassionally (Təsadüfən,Hərdən) ; Generally ; Hardly ever (Aradabir)
Əsasən cümlə sonunda işlədilən zaman zərfləri :
Every + day/week/year/month
Once - Bir dəfə;Twice - Iki dəfə + a day/a week/ a year/ a month
Times - Dəfə ; 3/4/5...+ times + a day/a week/ a year/ a month
When den sonra present simple işlene biler?
ReplyDeleteBəli
Delete