The Article/Artikl - The Indefinite Article/ Qeyri-müəyyən artikl
A/An qeyri-müəyyən artiklı (The Indefinite Article) aşağıdakı hallarda işlənir :
*Qeyri-müəyyən artikl yalnız təkdə olan sayıla bilən və sifətlə təyin olunan mücərrəd isimlərlə işlənir.
1. Sənət,peşə və ixtisas haqqında məlumat verdikdə : I am a teacher ; My brother is a doctor.
2. Şəxs və ya əşyanı təsvir etdikdə : The sun is a star ; Tim is a seventeen years old boy ; She is a very beautiful girl.
3. Ölçü,məbləğ,çəki,məsafə,vaxtı təyin etdikdə : once a month ; 5 manats a kilo ; 90kms an hour ; five days in a week və s.
4. Hundred/thousand/million saylarının qarşısında : a hundred ; a thousand və s.
5. "To have" feli digər mənalarda işlənərək yaratdığı birləşmələrdə: to have a rest ; to have a bath və s.
İstisna : breakfast ; lunch ; dinner ; supper
6. Əgər nida cümlələrində "what"dan sonra təkdə olan sayıla bilən isim gələrsə : What a beautiful girl she is! ; What a hardworking boy
7. Such,Quite və Rather sözlərindən sonra sayıla bilən tək isim gələrsə həmin isimdən əvvəl : I have never seen such a beautiful girl ; He is quite a quite boy ; It is rather an interesting book
8. Morning ; Afternoon ; Night ;Evening təsviri təyinə malik olduqları zaman :It was a hot evening.
9. Nəsə haqqında ilk dəfə danışdıqda a/an işlədilir : My father bought a magazine and a newspaper yesterday.
10. a/an defislə təyin olunan isimlərlə işləndikdə istifadə edilir : a one-storey house : tək qatlı bir ev
Hello, when we say "thousands,hundreds e.t.c do we also use "a" article?
ReplyDelete