The Definite Article/Müəyyən artikl - Coğrafi adların qarşısında işlədilmədiyi hallar
Aşağıdakı hallarda coğrafi adların qarşısında "The" artiklı işlədilmir :
a) Körfəz adlarının qarşısında : Hudson Bay ; Mexico Gulf
İstisna : Lakin körfəz adlarının "of" sözönü ilə düzəldilən birləşmələrində "The" artiklı işlədilir : The Gulf of Mexico və s.
b) Yarımada adlarının qarşısında (yalnız yarımadanın adı çəkildikdə) : Kamchatka ; Kola ; Absheron
Lakin Yarımada adları "Penisula (Yarımada)" sözü ilə birlikdə işlədildikdə onların qarşısında "The" artiklı işlədilir : The Absheron Penisula ; The Kola Penisula
c) Əgər göl adlarından sonra "Lake ( Göl )" sözü gələrsə , onların qarşısında "The" artiklı işlədilmir . "Lake" sözü gəlmədikdə isə işlədilir : Lake Michigan - The Michigan ; Lake Ontario - The Ontario
ç) Şəlalə adlarının qarşısında : Nigara Falls
d) Ayrı -Ayrılıqda ada adları qarşısında : Great Britain ; Cuba ; Sicily
e) Ayrı -Ayrılıqda dağ və zirvə adları qarşısında : Elbrus ; Kilimanjaro və s.
f) Qitə adları qarşısında : Europe ; Asia ; North/South America ; South Africa ; South-East Asia
g) Ölkə adları qarşısında : France ; China ; Russia ; England
İstisna 1: The Ukraine ; The Argentina ; The Congo ; The Sudan ; The Yaman ; The Netherlands kimi dövlətlərin adı istisnalıq təşkil edir.
İstisna 2 : Qitə ; Dövlət ; Ada adları Republic/Kingdom/State/Continent/İsland və s. sözlərlə işləndikdə onların qarşısında "The" artiklı işlədilir : The Azerbaijan Republic ; The United Kingdom etc.
h) Vilayət ; Şəhər ; Ştat ; Qəsəbə ; Kənd adları qarşısında "The" artiklı işlədilmir : Quebec ; Texas ; California ; Paris ; Washington ; Moscow ; London ; Oxford və .s
Qeyd : Cəm halında olan coğrafi yer adlarının qarşısında "The" işlədilir : The Taylors ; The Netherlands ; The Alps ; The Bahams və s.
əlaqə xidmətlər
ReplyDelete