The Article/Artikl - Artiklların işlədilmədiyi hallar
Aşağıdakı hallarda artikl işlədilmir :
1. Breakfast/Lunch/Dinner qarşısında "The" artiklı işlədilmir : What time is dinner
2. "Noun + Number" olduqda artikl işlədilmir : Room 126 ; Platform 5 ; Our train leaves from platform 5 və s.
3. Bed/Work/Home qarşısında heç vaxt "The" işlədilmir : Ferid is at home ; Gunay is at work
4. Xüsusi isim "Mr./Mrs./Capitain/Doctor/Aunt/Uncle/Cousin/Young/Little/Old/Poor/Professor ... + ad "olduqda "The" işlədilmir : Mr. Jack
5. Sayılmayan isimlərin qarşısında heç vaxt " a/an" artiklı işlədilmir : coffee ; time
Qeyd : Nəzərə almaq lazımdır ki , mücərrəd isimlərin qarşısında təyinedici söz gələrsə onlar "a/an" artiklı ilə işlədilə bilər : a good time ; a good knowledge ; a hard life
6. Elm və Fənn adları ; idman növləri və oyun adlarının qarşısında artikl işlədilmir : We play tennis everyday ; I am good at History ; You can play chess well
7. "İlə/Vasitəsilə" mənalarında "by" sözönündən sonra heç vaxt artikl işlədilmir : I go to work by car
Bu baxımdan aşağıdakı ifadələrdə də "by" sözönündən sonra heç vaxt artikl işlədilməyəcək : By chance (Təsadüfən) ; By accident ( Təsadüfən ) ; By mistake (Səhvən) ; By heart (Əzbərdən) və s.
8. Yiyəlik əvəzliyi ; Yiyəlik hal ; İşarə əvəzliklərindən və no əvəzliyindən bilavasitə sonra heç vaxt artikl işlədilmir : My Book ; This Book ; No Book ; Nurlan's book
Diqqət : "Such" işarə əvəzliyindən sonra sayıla bilən isim gələrsə ismin qarşısında a/an qeyri- müəyyənlik artiklı işlədilməlidir : I don't like such a book ; Such+ sifət ( adi dərəcədə) + isim = I have such an interesting book. Bax : I have such interesting books.
9. " At + Noon/Night/Midnight" olduqda artiklsız işlədilir : Where will you be at night ?
10. "Next/Last/Every + Day/Week/Month/Year..." olduqda "Next/Last/Every sözlərinin qarşısında heç vaxt artikl işlədilmir : She will come next month
Qeyd : "Last" və "Next" zaman mənası bildirdikdə artiklsız işlənir : We passed our exams last month ; There will be a conference next Sunday
"Last" sözü "Axırıncı" mənasında "The" artiklı ilə işlədilə bilər : The last lesson is English.
"Next" sözü "növbəti , "o biri" mənasında ismi təyin edərsə , həmin isim müəyyən artikl ilə işlənir : The child is sleeping in the next room
"At + the next/last" kombinasiyasına diqqət etmək lazımdır : At the next year they have a dictation
11. Zərfin üstünlük dərəcəsinin qarşısında : Tim ran fastest of all
12. Küçə /Yol/Prospekt/Meydan/Park adlarınlşın qarşısnda artikl işlədilmir : Azadliq Avenue ; Hyde Park
13. Şirkərt/Aeroport adlarının qarşısında "The" artiklı işlədilmir : Heydar Aliev Airport
14. Sayılmayan və ya cəmdə olan isim ümumi ( konkret yox) mənada işləndikdə : Snow is white ; Children like ice-cream ; Kindness is a good quality ; Books are our friend
Həmçinin Ay və gün adları , ilin fəsilləri , günün müəyyən hissələri , yemək adları bildirən isimlər ümumi məna kəsb etdikdə artiklsız işlənir : May is a spring month ; My day off is Friday ; Spring is a lovely season ; It is morning
# Aşağıdakı ifadələrlə də artikl işlədilmir : From beginning to end ( Əvvəldən axıra qədər) ; From head to foot (Başdan-ayağa qədər) ; From morning till night (Səhərdən axşama qədər) ; From West to East (Qərbdən Şərqə)
Napim
ReplyDelete♥️
Delete