The Pronouns/Əvəzlik - 5. Demonstrative Pronouns -/İşarə Əvəzlikləri
İşarə əvəzlikləri (The Demonstrative Pronouns) :
This - Bu (Təkdə) ~ These - Bu (Cəmdə)
That - O (Təkdə) ~ Those - O (Cəmdə)
Such - Elə/Belə
The Same - Həmin/Eyni
"This" və "That" həm isimlə həm də isimsiz işlənə bilir. Xəbəri hər zaman təkdə olur : This is a book ; That book is interesting
"These" və "Those" da həm isimlə həm də isimsiz işlənir. Ancaq bu əvəzliklər işləndiyi cümlədə xəbər cəmdə olur : These are books ; Those books are interesting
This/These işarə əvəzliyindən məkan və zamanca yaxın olan əşyanı, şəxsi və hadisəni bildirmək üçün istifadə olunur. That/Those işarə əvəzliyindən məkan və zamanca daha uzaq olan əşyanı, şəxsi və hadisəni bildirmək üçün istifadə olunur.
Diqqət et : This /That = It
Is this/that a pen ? - Yes,it is
These/Those = They
Are these/those pens? - Yes,They are
"The Same" əvəzliyi Azərbaycan "həmin,eyni" kimi tərcümə edilir və müəyyən artikl ilə işlədilir : I would do the same again (Mən eyni şeyi yenə də edərdim) ; He is the same boy ( O həmin oğlandır)
So əsasən sifət və zərflə , such isə isimlə işlənir( Such + isim) . Such işarə əvəzliyinin tək və cəm forması eynidir və o, əsasən cümlədə təyin funksiyasında çıxış edir : Where did you buy such a nice shirt ? (Belə gözəl köynəyi haradan almısınız ?) ; I don't like such weather (Mən belə havanı xoşlamıram)
Such ilə qeyri-müəyyən artikl işlədilməsinə diqqət etmək lazımdır. Such əvəzliyindən sonra sayıla bilən tək isim gələrsə ismin qarşısında a/an artiklı işlədilməlidir : I don't like such a book
Such + sifət + isim
Such əvəzliyi ilə ismin arasında adi dərəcədə olan sifət işlənə bilər : I have such an interesting book ; I have such interesting books
Qeyd 1 : "So" zərfi ilə "Such" əvəzliyinin işlənməsinə diqqət edilməlidir. "So" zərf olduğu üçün isimlə işlənmir. Ancaq "So"-dan sonra "many , much , few,little" miqdar zərfləri gələrsə isimlə işlənə bilir ( So + much/many/little/few + isim) : They have got so much money ; There are so many stars in the sky
So + Sifət/Zərf : This book is so interesting ; He runs so fast
Qeyd 2 : Such + a lot of + sayıla bilən cəm isim : Such a lot of friends ;
Such + a lot of + sayıla bilməyən isim : Such a lot of luggage
Qeyd 3 : "Such"-dan sonra gələn "Little" sifətinə diqqət etmək lazımdır. "Little" sifətini " a little" zərfi ilə qarışdırmayın . Aşağıdakı nümunəyə diqqət edin : Such a little boy ( Belə balaca oğlan) ; Such little stars (Elə kiçik ulduzlar )
Qeyd 4 : Such-dan sonra heç vaxt "the" artiklı gəlməz
Yaxşı başa salır
ReplyDelete