Posts

Showing posts from March, 2018

Adjective/Sifət - Dərəcələr

So long = such a long time So far = such a long way Bütün tək hecalı sifətlərin,eləcə də sonu "y" hərfləri və ya er/ow/le hərf birləşmələrindən biri ilə qurtaran ikihecalı sifətlərin müqayisə dərəscəsi "er" şəkilçisi artırmaqla düzəlir İkihecalı sifətlərin əksəriyyətinin və çoxhecalı sifətlərin hamısının müqayisə dərəcəsi more/less vasitəsilə düzəlir Qeyd: Aşağıdakı sifətlərin müqayisə dərəcəsi hər iki yolla düzələ bilir : quiet,clever,narrow,shallow,simple Kökündən dəyişilən sifətlər : Adi / Müqayisə / Üstünlük Good / Better / The Best Bad/ Worse / The Worst Little/Less/The Least Much(Many) / More/ The Most Far (Uzaq)/ Farther(Daha uzaq);Further(Daha uzaq/sonrakı)/The Farthest(ən uzaq) ; The Furthest(ən uzaq/sonrakı) Late(Gec) / Later(Daha gec) ; Latter(ikisindən sonuncu)/ The Latest(Ən gec); The Last(Ən sonuncu/axırıncı) Old (Yaşlı)/ Older(Daha qoca/qədim); Elder(Ailədə daha böyük)/ The Oldest(Ən qoca/qədim); The Eldest (Ailədə ən böyük) Near(Yaxın)

Adjective/Sifət - Vacib qeydlər

Bəzi sifətlər sadəcə isimlərdən sonra istifadə edilir : The person mentioned above is the sole heir of the palace Bəzi sifətlər həm isimdən sonra,həm də əvvəl gələ bilir,amma məna fərqi yaranır : The concerned teachers (Qayğılı müəllimlər) / The teachers concerned ( İşin içində olan müəllimlər) ; A responsible father (Məsuliyyətli bir ata) / A father responsible ( Günahkar bir ata) İsimin önündə onu təyin edən bir neçə sifət olduqda bu ardıcıllıq gözlənilir : 1) Number (sayı) -neçə dənə olduğu bilgisi : two,three 2) Opinion (Fikir) - Fikrinizi ifadə edən sifətlər : ugly,beautiful 3) Size (Ölçü) - Big,Little 4) Age(Yaş) - Nə qədər yaşlı və ya gənc,köhnə və ya təzə olduğunu bildirən sifətlər : New,Old,Young 5) Shape(Forması) : Ellipsoid,Round 6) Colour(Rəng) : Yellow,Green 7) Origin(Mənşə) : Turkey,European 8) Material : Cotton,Plastic 9) Purpose (Məqsəd) - Nə məqsədlə istifadə etdiklərini bildirən sifətlər.Çox vaxt ing ilə bitirlər : Sleeping bag (yuxu tulumu) Yaş və ölçü bi

Adjective/Sifət - Ümumi

Sifət əşya və şəxsin əlamət və ya keyfiyyətini bildirir. Sifət düzəldən prefiks və suffikslər : Prefiks : un; im ; ir ; il ; in Suffiks : y ; al ; ous ; ive ; ful ; less ; ly ; ant ; ent ; able ; ible ; ish "ing" ilə düzələn sifət əşyanın xarakterik xüsusiyyətini, "ed" ilə düzələn sifət isə insana xas olan xesusiyyətləri bildirir : It was a tiring day.I felt tired. The artiklı ilə birlikdə istifadə olunan bəzi sifətlər bütöv bir sinfə aid olan əşyanı bildirir və cəm mənasında çıxış edirlər : The rich ; The Old və s . Milliyəti bildirən sifətlər həmin millətə mənsub bir şəxsi bildirmək üçün isimləşə bilir: An American (Bir amerikalı) An;ian ilə bitən bu cür sifətlər cəmdə s sonluğu qəbul edir : Two americans ; The americans sh və ch ilə bitən sifətlər s cəm şəkilçisi qəbul etmir,lakin onların önündə the artiklı işlədilir : The English;The french. Ayrı-ayrı şəxləri bildirmək üçün : Two Englishmen(women) Lakin : A spaniard -Ispan / Spaniards - Ispanlar Ss və