Posts

Showing posts from August, 2018

Modal fellər : Would/Would like/Be supposed to/Had Better

Would: Sual cümlələrində yalnızca You şəxs əvəzliyi ilə işlənə bilir və daha mədəni xahiş cümlələri qurmaqda kömək edir : Would you help me ? - Mənə kömək edə bilərsənmi ? Would like : Birindən bir şey istəməyin daha mədəni forması : Would you like something to drink - İçməyə bir şey istərdinizmi ? ; What would you like to do today - Bugün nə etmək istərdiniz ? Had better (Yaxşı olar(ki), Yaxşı olardı(ki)/İyi olur : Təsdiqdə : S + Had better + V : You had better call the police - Yaxşı olar ki,polis çağırasan İnkarda : S + had better + not + V : I'd better not eat any more cake - Yaxşı olar ki,daha artıq heç bir kek yeməyim Sual : Had + S + better + V ? : Had I better speak to him before I leave - Yaxşı olar ki, ayrılmadan əvvəl onunla danışım. İnkar Sual : Hadn't + S + better + V ? : Hadn't They better take the train ? - Qatarla getsələr yaxşı olmazmı ? Had Better hərəkət və ya tövsiyyə icra edilməzsə mənfi nəticələri olacağını gizli mesaj kimi bildirir. Cümlə

Modal fellər : May/Might/Need(to)

Ehtimal : Might ən az ehtimal olan vəziyyətlərdə istifadə edilir : We should take an unbrella with us : It might rain at the weekend - Özümüzlə çətir götürməliyik. Həftə sonu yağış yağa bilər May isə 50% ehtimallı vəziyyətlərdə işlənir. Bu mənada Can və Could təsdiqdə May kimi eyni mənada işlənir (Yuxarıda cümlədə might yerinə May istifadə etsək bu ehtimalı bir az daha qüvvətləndirir və xəbərlərdə havanın həftə sonu tutqun olacağı haqqında məlumat eşitdiyimizi söyləməyə əsas verir) Xahiş,İstək: May və Might rəsmiyyət mənasında icazə,xahiş,istək mənasında istifadə edilir.Might isə daha rəsmi bir üslubda işlənir : May I smoke here ? (Burada siqarət çəkə bilərəm?). May sual cümlələrində I və We ilə işlənir,amma cavab verəndə və ya inkarda You ilə də işlənə bilər. İnkarda: You may not talk during the exam - İmtahan ərzində danışa bilməzsiz (mümkünlük və ya başqa deyişlə icazənin olmaması,qayda pozuntusu olduğu üçün) Might isə dediyimiz kimi çox rəsmi üslubda "I wonder if you(f

Modal fellər: Must/Should/Ought to/Have to

Must/Sould/Ought to/Have to : Must və Have to məcburiyyət bildirir,amma Have to vəziyyətdən asılı olan məcburiyyəti,Must isə asılı olmayan vəziyyəti : I must go (mən getməliyəm,ammaa getməyə də bilərəm,bu məndən asılıdır) ; I have to go - Mən getməliyəm (məndən asılı deyil,gərək gedəm) ; Had to isə keçmişdə məcburiyyəti bildirir və Must və Have to yerinə işlənir : You had to bring this book last week - Sən bu kitabı keçən həftə gətirməli idin Should = Ought to Should isə Mustdan fərqli olaraq məcburiyyət yox tövsiyə bildirir : You should buy a new car - Yeni maşın almalısan (tövsiyə bildirir) ; You must buy a new car (burada isə maşını dəyişdirməli olduğu üzərində durulur,yəqin ki maşın çox yararsızdır) Bəzən bir şeydə çox israr etdiyimizdə də must istifadə edirik : You must taste this cake,it is so delicious (Sən bu keki dadmalısan,çox ləzzətlidir) Təxmin etdiyimizdə : Should rəqəmlə göstərsək bir şeyin 80-90 % gerçəkləşməli olduğu ehtimal vəziyyətlərində istifadə edilir və ink

Modal fellər : Can/Could/Be able to

Modal fellər hərəkət deyil hərəkətə münasibəti bildirirlər. Modal fellər üçün xarekterik xüsusiyyətlər : Cümlədə heç vaxt tək işlənmirlər ardınca mütləq to-suz məsdər gəlir (to be able to/have to/has to/had to/ought to istisna olmaqla) Modal fellərin inkar və sual formaları do/did köməkçi felləri vasitəsi ilə deyil,onların özləri vasitəsilə düzəlir (have/has/had to istisna olmaqla) Modal fellər 3-cü şəxsin təkində s/es sonluqlarını qəbul etmirlər Onların bütün zaman formaları olmur Can/Could/Be able to : Ehtimal : 50 % Ehtimallı vəziyyətlərdə Can/Could istifadə edilir ,amma əsasən Could üstünlük verilir : We should take an unbrella with us ; It can/could rain at the weekend - Özümüzlə bir çətir götürməliyik. Həftə sonu yağış yağa bilər Ancaq Can't/Couldn't bir şeyin imkansız olduğunu göstərdiyi üçün biz bir şeyin 50 və ya daha aşağı ehtimallını bildirərkən bu mənada istifadə etmirik : They can't/couldn't be in Los Angeles right now ; They called me from New Yor

The Future Perfect Continuous in the Past

S + Should/Would + Have been + V + ing Keçmiş baxımından gələcək zamanda müəyyən bir vaxtadək davam edəcək hərəkətləri bildirmək üçün : He said that by the end of June would have been working at that factory for ten years - O dedi ki, iyunun sonuna qədər 10 il olacaq ki,o,həmin fabrikdə işləyəcək

The Future Perfect in The Past

S + Would/Should + Have + V3 Keçmişə nəzərən gələcəkdə müəyyən vaxta kimi icra edilib bitəcək hərəkətləri bildirir : He said He would have learnt all the new words by 7 o'clock - O dedi ki,bütün yeni sözləri saat 7-ə kimi öyrənmiş olacaq Keçmişə nəzərən gələcək hesab edilən müəyyən vaxta kimi icra olunacaq hərəkətləri bildirir : He informed me that he would have invited all hia friends to his birthday party by the time they returned - O bütün dostlarının onlar qayıdanədək ad gününə dəvət etmiş olacağınl mənə məlumat verdi

Future Continuos in the Past

S+ Should/Would + Be + V + ing Keçmiş nöqtəyi-nəzərdən gələcəkdə dəqiq bir vaxtda davam edəcək hərəkətləri bildirir : I thought that she would be working when I returned - Düşünürdüm ki,mən qayıdanda o işləməkdə olacaq

Future in the Past

S + Would/Should + V Bu forma müstəqil şəkildə işlənə bilmir və keçmişə nəzərən gələcəkdə baş verəcək hərəkətləri bildirir : He said that Kate would come tomorrow Was/were going to V forması isə keçmişə nəzərən gələcəkdə icra etmək niyyətində olduğumuz bir şeyin  reallaşmadığını çox az vəziyyətlərdə isə reallaşdığını bildirir : I was going to call her but I forgot - Onu çağıracaqdım amma unutdum (Qısası reallaşmamış) ; I was going to buy a new computer last month but my father bought me one as a gift before I did - Keçən ay yeni bir kompyuter alacaqdım amma atam mən almadan əvvəl mənə hədiyyə olaraq birini aldı (niyyət reallaşıb) Was/were about to V = mak üzere I couldn't buy any food because  I was about to leave - Mən heç bir yemək ala bilmədim çünki ayrılmaq üzərəydim ; Eyni zamanda was/were on the point of v+ing ilə də bu cümləni ifadə edə bilərik :  I couldn't buy any food because I was on the point of leaving Was due to V isə will ekvivalentidir (is due to) və realla

The Future Perfect Continuous

S + Shall/Will + Have been + V + ing Gələcəkdə müəyyən andan əvvəl başlanacaq və o anadək davam edəcək hərəkətləri bildirmək üçün : By next June he will have been living here for ten years - Gələn iyuna kimi o burada 10 il müddətində yaşamış olacaq Bu zamanla Future Continuous fərqi ondadır ki, Future Continuous hərəkəti,yəni nə edəcəyini ifadə edərkən bu zamanda isə zaman ,yəni o hərəkəti gələcəkdə nə qədər müddətə edəcəyini ifadə edir. Bu zaman çox az işlənir.

The Future Perfect

S + shall/will + Have + V3 (qaydasızlarda felin 3-cü halı qaydalılarda V+ ed) Gələcəkdə müəyyən bir vaxta qədər bitmiş hərəkətləri bildirmək üçün işlədilir : He will have prepared his lessons by 5 o'clock tomorrow - O sabah saat 5-dək dərslərini hazırlamış olacaq Bu zamanla işlənən zərflər : by ... o'clock, by the end of the month ,by that time tomorrow , by the end of the term və s.

The Future Continuous/Davam edən gələcək zaman

S+ Will/Shall + be + V + ing Zaman zərfləri : at 5 o'clock tomorrow ; at this time tomorrow; all day long tomorrow ; The whole day next Sunday S + be (am/is/are) + going to + be +V + ing ? *** Gələcəkdə dəqiq vaxtda baş verib davam etməkdə olacaq hərəkətləri göstərmək üçün işlədilir : He will be going to work at 5 tomorrow - O sabah saat 5-də işə getməkdə olacaq

The Simple Future/Sadə Gələcək Zaman

S + will/shall + V1 I/We + Shall Bu zamanla işlənən zərflər : Tomorrow;Soon; Next(week,month etc.) ; in + 2/3...+ days/weeks ... ; The day after tomorrow Will,Present continuous və Be going to fərqi : Will : Gələcəklə bağlı düşüncə və ya təxmin edərkən : Robots will teach english in the future (şəxsin düşüncəsi) ; Maybe Emma will help us (şəxsin gümanı) ; Gələcəkdə olub-olmayacağı dəqiq olmayan məqamlarda : I think I will have a barbecue on Sunday (niyyəti var,amma dəqiq deyil) Gələcəklə bağlı söz verərkən : I promise I will study my lesson and listen to the teacher Dialoq anında alınan qərarlarda : C : I'm hungry,mum. M : I will make you sandwich Xahiş və təkliflərdə : Will you give this document to the manager,please ? Be going to + V  : Yaxın gələcək haqqında niyyət və planlardan danışarkən. Burada niyyət vurğulanır və bu plan günlər öncəsindən planlanmışdır : I'm going to see Paris on holiday - Dialoq anında qərarə gəlinməmişdir. Günlər öncəsindən planlanmışdır v