The Simple Future/Sadə Gələcək Zaman

S + will/shall + V1

I/We + Shall

Bu zamanla işlənən zərflər :

Tomorrow;Soon; Next(week,month etc.) ; in + 2/3...+ days/weeks ... ; The day after tomorrow

Will,Present continuous və Be going to fərqi :

Will : Gələcəklə bağlı düşüncə və ya təxmin edərkən : Robots will teach english in the future (şəxsin düşüncəsi) ; Maybe Emma will help us (şəxsin gümanı) ;

Gələcəkdə olub-olmayacağı dəqiq olmayan məqamlarda : I think I will have a barbecue on Sunday (niyyəti var,amma dəqiq deyil)

Gələcəklə bağlı söz verərkən : I promise I will study my lesson and listen to the teacher

Dialoq anında alınan qərarlarda : C : I'm hungry,mum. M : I will make you sandwich

Xahiş və təkliflərdə : Will you give this document to the manager,please ?

Be going to + V  :

Yaxın gələcək haqqında niyyət və planlardan danışarkən. Burada niyyət vurğulanır və bu plan günlər öncəsindən planlanmışdır : I'm going to see Paris on holiday - Dialoq anında qərarə gəlinməmişdir. Günlər öncəsindən planlanmışdır və bu struktur ilə niyyətini ifadə etməkdədir.

Gələcəklə bağlı dəlillərə dayanan təxminlərdə : Look at the little boy ! He's going to fall into the swimming pool - Burada uşağın hovuza çox yaxınlaşdığını gördüyü üçün onun hovuza düşmək üzərə olduğunu görməyə dayanan bir dəlil ilə təhlükədən xəbər verir

Present Continuous :

Burada isə əvvəlcədən hazırlıqlar görülmüşdür : I am meeting my ucnle at the Airport tomorrow - Dayısının bundan xəbəri var,yəni onunla bu haqda əvvəldən danışılmış,biletlər əvvəldən alınmış,görüşüləcək yer və saat da bilinir. Present continuous və Be going to fərqi :

I am going to play football with my friends (niyyət və ya plan)

I am playing football with my friends on Sunday (əvvəldən hazırlıq görülmüş)

İlk cümlədə belə bir niyyət və ya plan var. Dostları bilsə belə hələ vaxt və yer məlum deyil. Ancaq ikinci cümlədə daha güclü niyyət və ya plan var. Burada dostlarının da məlumatlı olduğu kimi,onlar həm də razılaşa bilmiş bununla da artıq yer və zaman məlumdur

Qeyd : Will daha çox qeyri-qəti gələcək zaman kimidir "ar^2" sonluğuna daha çox uyğun gəlir bu anlamda. Present Continuous isə "irik" sonluğuna uyğun gəlir və burada hazırlıqların bitdiyi və artıq fəaliyyət keçildiyini bildirir. Be going to isə acaq^2 sonluğuna uyğun gəlir və əvvəlcədən düşünülmüş və ağla batan niyyət və planları ifadə etməkdə istifadə edilir

Cədvəl,Qrafik,Proqram və s. kimi dəyişilməz olan və qarşısındakına sadəcə məlumat xarakterli cümlələrdə Present Simple işlədilir : My train leaves at 11.30 - Qatarım 11.30 da yola düşür cümləsi hər nə qədər dilimizə tərcümədə gələcək zamanla bağlı təsəvvür yaratsa da diqqətlə baxıldığında burada sadəcə qatarın hərəkət cədvəli haqqında məlumat verilir. Yəni bu "Qatarın nə vaxt yola düşür" sualının cavabıdır. Eynilə "sən neçə saat yatırsan" sualı kimi "nizam"la bağlı məlumat almaq üçün verilən sualdır.

Qeyd : Bəzən Present simple ilə Will tərcümə zamanı qarışdırıla bilər. Məsələn, Yağışlı bir havada bir xanıma "İstəsəz sizi maşınla apararam" deyək. Göründüyü kimi gələcək zamana bənzəməsə də təklif olduğu üçün will ilə quracayıq. Present Simple ilə qurmaq anlamsız olardı çünki bu nə məlumat xarekterli cümlədir nə də həmişə təkrarlanan vəziyyətdir : I will give a lift if you like ; Və ya müdirimiz bizə "bu gün əlavə işləyə bilərsənmi" soruşsun : "Can you work overtime today ?" Siz də "edərəm" dediniz. Amma bu da will ilə qurulacaq çünki siz buna o anda qərar verdiniz. " I'll do it !" Yenə Present simple qurmaq cümləni mənasız edərdi yuxarıda deyilən səbəblərdən

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund