Modal fellər: Must/Should/Ought to/Have to

Must/Sould/Ought to/Have to :

Must və Have to məcburiyyət bildirir,amma Have to vəziyyətdən asılı olan məcburiyyəti,Must isə asılı olmayan vəziyyəti :

I must go (mən getməliyəm,ammaa getməyə də bilərəm,bu məndən asılıdır) ; I have to go - Mən getməliyəm (məndən asılı deyil,gərək gedəm) ; Had to isə keçmişdə məcburiyyəti bildirir və Must və Have to yerinə işlənir : You had to bring this book last week - Sən bu kitabı keçən həftə gətirməli idin

Should = Ought to

Should isə Mustdan fərqli olaraq məcburiyyət yox tövsiyə bildirir : You should buy a new car - Yeni maşın almalısan (tövsiyə bildirir) ; You must buy a new car (burada isə maşını dəyişdirməli olduğu üzərində durulur,yəqin ki maşın çox yararsızdır)

Bəzən bir şeydə çox israr etdiyimizdə də must istifadə edirik : You must taste this cake,it is so delicious (Sən bu keki dadmalısan,çox ləzzətlidir)

Təxmin etdiyimizdə :

Should rəqəmlə göstərsək bir şeyin 80-90 % gerçəkləşməli olduğu ehtimal vəziyyətlərində istifadə edilir və inkar cümlələrdə bu mənada istifaə edilmir: The doctor should be here any time - Həkim hər an burada ola bilər (ehtimal bilidir,yəni həkimin hansı saatda gəldiyini bildiyi üçün təxmin yürüdür) ; This car should do 200km/h

Must isə təxmindən daha çox mühakimə apardıqda istifadə edilir və bu çox dəqiq bir təxmin olur : You must be Jelus - Sən Jelus olmalısan (mühakimə yürüdür) 

Must/Should + Have + V3 :

Must bu mənada gəlmiş olmalı,getmiş olmalı kimi mənaları ifadə edir və məntiqi nəticə çıxarır; Should isə Peşmanlıq,Tövsiyyə,Məsuliyyət və s. anlamları ifadə edir və gəlməliydi,getməliydi kimi anlamlar qatır : He should have been here half an hour ago - Yarım saat əvvəl burada olmalıydı (Yəni gecikib) ; He must habe been here half an hour  - Yarım saat əvvəl bura gəlmiş olmalı (demək ki,ora gəldiyini göstərən ipucları var və buna görə mühakimə apararaq bu nəticə çıxır)

İnkarda :

I shouldn't have spent all of my money on electronics - Bütün pulumu elektronik əşyalara xərcləməməliydim (Peşmanlıq) ; If he didn't say hi when he saw you he musn't have recognized you - Səni gördüyündə salam demədiysə,Səni tanımamış olmalı

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund