Posts

Showing posts from June, 2018

The Pronouns/Əvəzlik - 11. Indefinite Pronouns/Qeyri-müəyyən Əvəzliklər

Qeyri-müəyyən əvəzliklər/indefinite pronouns : Some, much, many, (a) little, (a) few , one, any (və onun törəmələri) a) Some (bir neçə,bir qədər,bəzi). Some+sayıla bilən cəm : Some books ; Some + sayılmayan : Some coffee. Sayılmayan ismin qarşısındakı işlədildikdə adətən dilimizə tərcümə edilmir : Some coffee - (müəyyən qədər) kofe. Some "bir neçə,müəyyən qədər" mənalarında yalnız təsdiq cümlələrində və təklif/xahiş bildirən ümumi sual cümlələrində işlədilir : I bought some flowers (Mən bir neçə gül aldım) ; Would you like some coffee (Siz kofe istərdinizmi ?) Some "bəzi" mənasında həm təsdiq, həm inkar, həm də sual cümlələrində işlədilə bilər : Some students don't want to go there (Bəzi tələbələr ora getmək istəmir) ; Some girl love football in our group (Bizim qrupda bəzi qızlar futbolu sevir) Some of + the/these/yiyəlik/them +... Some of the boyS ; Some of these bookS Some sayıla bilən cəm və sayıla bilməyən isim əvəzinə də işlənə bilir : She wants some n

The Pronouns/Əvəzlik - 10. Relative Pronouns/Nisbi Əvəzliklər

Nisbi əvəzliklər/Relative pronouns : That,who,whom,whose,which,where,why Nisbi əvəzliklər iki cümləni bir-biri ilə əlaqələndirir. Bu əvəzliklər tərcümə zamanı işlədilmir və əsasən feli-sifət tərkibi kimi tərcümə edilir : The woman who is waiting for you is a doctor (Səni gözləyən qadın həkimdir) a) Who (kim ki) nisbi əvəzliyi şəxslərə(insanlara) aid edilir və bu tipli sözlərdən sonra istifadə edilir. Who əvəzliyindən sonra əsasən xəbər (fel) gəlir və who-dan əvvəlki isimlə uzlaşır. Who yerinə That də işlədilə bilər :The boy who(that) is dancing is my brother ; He is the player who(that) plays football very well / Noun+ who/that+ fel b) Whom (kimə ki,kimi ki) əvəzliyi də şəxslərə (insanlara) aid edilir. Whom-dan sonra mübtəda - əsasən əvəzlik və ya xüsusi isim - gəlir : He took out a photo of a girl whom he loves / Noun + whom + subject (mübtəda) c) Whose/= of which (kimin ki) nisbi əvəzliyi yiyəlik,sahiblik mənalarını bildirir və özündən sonra artiklsız isim tələb edir. Bu əvəzlik

The Pronouns/Əvəzlik - 9. Defining Pronouns/Təyini Əvəzliklər

9. Təyini əvəzliklər/Defining pronouns : All,Both,Other,Another,Each,Either,Every(everyone,everybody,everything) a) All (Hamı(sı),bütün,hər şey) - bu əvəzliyin aşağıdakı xüsusiyyətləri var : Həm isimlə həm də isimsiz işlənə bilir. İsimsiz işləndiyi zaman əgər canlıları ifadə edərsə (hamı) xəbər cəmdə, cansızları ifadə edərsə (hər şey) xəbər təkdə olur : All are ready to play football (Hamı futbol oynamaq üçün lazımdır) ; All is (was) ready for their wedding ceremony (Onların toyu üçün hər şey hazırdır) Bu əvəzlikdən sonra həm sayılan (tək/cəm) həm də sayılmayan isim işlədilə bilər : She has eaten all the cake (O bütün şirniyyatı yedi) ; All the plants need water ( Bütün bitkilərin suya ehtiyacı var) ; All the furniture was packed (Bütün mebəllər qablaşdırıldı) Diqqət et : All of + the/these/them/yiyəlik "The" artiklı,yiyəlik və işarə əvəzlikləri "all" əvəzliyindən sonra işlədilir : All my life ; All the books ; All these books "All" və "The who

The Pronouns/Əvəzlik - 8. Negative Pronouns/İnkar Əvəzlikləri

İnkar əvəzlikləri (Negative Pronouns) : No; None; Not; Nobody; No one ; Nothing ; Neither a) No - Xeyr,Heç biri. Bu əvəzlik isimlərdən əvvəl işlənir. Əgər cümlə tərkibində "no" əvəzliyi varsa, fel təsdiqdə olmalıdır. Çünki ingilis dilində bir cümlədə iki inkar olmaz. Özündən sonra həm cəmdə hğm də təkdə olan isim gələ bilər. Həm sayıla bilən həm sayıla bilməyənlə işlənir. No əvəzliyindən sonra heç vaxt artikl və any işlədilmir : There is no book on the table Həmcins üzvlü cümlələrdə "no" istifadə olunarsa bu zaman "and" yox " or" bağlayıcısı istifadə edilir (no... or)  : He has no brother or sister. No = Not a/Not any/Not one Qeyd : No + longer birləşməsi dilimizdə "daha" ədatı ilə tərcümə olunur və təsdiq cümlələrində işlədilir : I love you no longer - Mən daha səni sevmirəm b) None - Heç biri,Heç nə. İsimsiz inkar əvəzliyidir, yəni "no" inkar əvəzliyinin isimsiz işlənən formasıdır : Is there any milk in the jar ? - No,T

The Pronouns/Əvəzlik - 7. Conjuctive Pronouns/Bağlayıcı Əvəzliklər

Bağlayıcı əvəzlikləri/Conjunctive pronouns : Bağlayıcı əvəzliklər formaca sual əvəzlikləri ilə eynidir : who,whom,whose,which,what. Onlar mübtəda, xəbər yaxud tamamlıq budaq cümlələrini baş cümləyə bağlayır və həmin cümlələrdə mübtəda, mürəkkəb xəbərin ad hissəsi (prediaktiv) , tamamlıq habelə təyin funksiyasında olur: What he said is quite true (mübtəda budaq cümləsi) - Onun dediyi (dediyi şey) tamamilə doğrudur ; Who was the winner was known(mübtəda budaq cümləsi) - Qalibin kim olduğu məlum deyildi ; The question is whom we must consult now (prediaktiv budaq cümləsi) - Məsələ ondadır ki, indi biz kiminlə məsləhət etməliyik ; The problem was which way we should follow (prediaktiv budaq cümləsi) - Məsələ onda idi ki, biz hansı yolla getməliyik. Azərbaycan dilinə öz mənalarında tərcümə olunurlar. Bu əvəzliklər adətən feldən sonra gəlirlər : I know who made this - Bunu kimin etdiyini bilirəm ; I don't know whose car is that -O maşının kimin olduğunu bilmirəm ; My brother didn't

The Pronouns/Əvəzliklər - 6. Interrogative Pronouns/Sual Əvəzlikləri

Sual əvəzlikləri/Interrogative pronouns : Who,Whom,Whose,Which,What. Sual əvəzlikləri sual cümlələrində işlənir və bir qayda olaraq cümlənin əvvəlində işlənir. a) Who (Kim) - hər zaman canlı varlıqlarla (insanlarla) işlənir və bu əvəzliyin 3 halı var : Adlıq hal (Nominative Case) - Who ; Obyekt Hal (Objective Case) - Whom ; Yiyəlik Hal (Possesive Case) - Whose Obyekt halda "who" yerində "whom" istifadə edilir. Əgər "who" mübtədanın sualı olarsa fel 3-cü şəxsin təkində olur və bu əvəzliklərdən sonra "do,does,did" istifadə edilmir. "Who" mübtədanın sualı olduqda və xəbər ismi xəbərlə ifadə olunduqda, bu halda "who" ismi xəbərlə kəmiyyətə görə uzlaşmalıdır : Who are your best classmates at school ; who is this man. b) whom (kimə,kimi) - Bu əvəzlik cümlədə  tamamlıq kimi çıxış edir. Whom əvəzliyinin yerinə who sual əvəzliyi də istifadə edilir. Whom əvəzliyi sözönlərinən də işlənir : Whom did you invite to your birthday. Sözön

The Pronouns/Əvəzlik - 5. Demonstrative Pronouns -/İşarə Əvəzlikləri

İşarə əvəzlikləri (The Demonstrative Pronouns) : This - Bu (Təkdə)  ~ These - Bu (Cəmdə) That - O (Təkdə)   ~ Those - O (Cəmdə) Such - Elə/Belə The Same - Həmin/Eyni "This" və "That" həm isimlə həm də isimsiz işlənə bilir. Xəbəri hər zaman təkdə olur : This is a book ; That book is interesting "These" və "Those" da həm isimlə həm də isimsiz işlənir. Ancaq bu əvəzliklər işləndiyi cümlədə xəbər cəmdə olur : These are books ; Those books are interesting This/These işarə əvəzliyindən məkan və zamanca yaxın olan əşyanı, şəxsi və hadisəni bildirmək üçün istifadə olunur. That/Those işarə əvəzliyindən məkan və zamanca daha uzaq olan əşyanı, şəxsi və hadisəni bildirmək üçün istifadə olunur. Diqqət et : This /That = It Is this/that a pen ? - Yes,it is These/Those = They Are these/those pens? - Yes,They are "The Same" əvəzliyi Azərbaycan "həmin,eyni" kimi tərcümə edilir və müəyyən artikl ilə işlədilir : I would do the same ag

The Pronouns/Əvəzlik - 4. Reciprocal Pronouns/Qarşılıq əvəzlikləri

Qarşılıq əvəzlikləri/Reciprocal Pronouns : İngilis dilində 2 qarşılıq əvəzliyi var : Each other(Bir-birini) və One Another(Bir-birinə). Adətən "each other" iki şəxsə, "one another" isə iki və daha çox şəxsə aid olur. Lakin bu qayda heç də həmişə gözlənilmir. Bəzən bir-birlərinin yerinə də işlənə bilirlər : He and I looked at one another Qarşılıq əvəzlikləri cümlədə adətən tamamlıq funksiyasında çıxış edir : Anar and Samir greeted each other (Anar və Samir bir-birini salamladı) ; We all try and help one another (Biz hamımız çalışıb bir-birimizə kömək edirik). Qarşılıq əvəzliklərinin yiyəlik hal forması var : each other's ; one another's : They didn't know each other's addresses(Onlar bir-birinin ünvanını bilmirdilər) ; They often stayed one another's houses (Onlar tez-tez bir-birinin evində qalardılar).

The Pronouns /Əvəzliklər - 3. Reflexive Pronouns/Qayıdış Əvəzlikləri

Qayıdış əvəzlikləri(Reflexive Pronouns) : Myself - Özüm Yourself -Özün Himself - Özü (k.c) Herself - Özü (q.c) Itself - Özü (o.c) Ourselves - Özümüz Yourselves - Özünüz Themselves - Özləri Bütün şəxs əvəzliklərinin müvafiq qayıdış əvəzliyi var. Qayıdış əvəzlikləri obyekt və yiyəlik əvəzliklərinin üzərinə təkdə "self" və cəmdə "selves" əlavə etməklə düzəlir Qayıdış əvəzlikləri daha çox cümlənin sonunda,ya da aid olduğu şəxs əvəzliklərindən sonra işlədilir : I can do it myself/I myself can do it QEYD : Qayıdış əvəzlikləri 3 halda işlənir : 1) Hərəkətin icraçının öz üzərinə keçməsini bildirmək üçün (Reflexive Pronouns Proper) ; bu halda qayıdış əvəzliyi cümlədə tamamlıq funksiyasında çıxış edir : He introduced himself (O özünü təqdim etdi) ; I live by myself (Mən tək yaşayıram) 2) Hərəkətin şəxsin özü tərəfindən icra olunmasını nəzərə çatdırmaq üçün ( Emphasizing Pronouns). Bu halda qayıdış əvəzliyi Azərbaycan dilindəki öz(üm),özü əvəzliklərinə müvafiqdir

The Pronouns/Əvəzlik - 2. Possesive Pronouns/Yiyəlik əvəzlikləri

Yiyəlik əvəzlikləri mənsubiyyət bildirir. Hər bir şəxs əvəzliyinə müvafiq yiyəlik əvəzliyi var. Yiyəlik əvəzliklərinin 2 forması var : a) Asılı forma (Dependent/Conjoint form) - isimlə işlənən (özündən sonra isim tələb edən) forma. b) Müstəqil forma(Absolute form) - ismi əvəz edən,yəni isimsiz işlənən (özündən sonra isim tələb etməyən) forma. Asılı Forma : My - Mənim Your - Sizin/Sənin His - Onun (k.c) Her - Onun(q.c) Its - Onun(o.c) Our - Bizim Their - Onların On my own ... = Təkbaşıma ... I like living on my own (Təkbaşıma yaşamağı sevirəm) Bu əvəzliklər eyni məna kəsb edən "all" əvəzliyindən sonra,"whole" əvəzliyindən əvvəl işlədilir : All my life/My whole life Müstəqil forma : Mine - Mənimki Yours -Səninki/Sizinki His - Onunki(k.c) Hers - Onunki(q.c) Its - Onunki(o.c) Ours - Bizimki Theirs - Onlarınki Bu əvəzliklərdən sonra heç vaxt isim işlədilmir : This is my book / This book is mine Bu əvəzliklər "of" sözönü ilə işlədildikdə d

The Pronouns/Əvəzlik - 1. Personal Pronouns/Şəxs Əvəzlikləri

Əvəzliklər isim və sifətin əvəzinə işlədilən nitq hissələridir. 1. Şəxs əvəzlikləri(Personal Pronouns) : 2 yerə bölünülər : a) Adlıq hal(Nominative Case b) Obyekt Hal (Object Case) Adlıq Halda olanlar : I - Mən You -Siz/Sən He - O(k.c) She - O(q.c) It - O(o.c) We - Biz They - Onlar It şəxs əvəzliyi cansız əşyanı,yaxud heyvanı bildirən isimləri və child (uşağın cinsi bəlli olmadıqda) ismini əvəz edir. It şəxs əvəzliyi "Bu" işarə əvəzliyi mənasında da işlədilə bilir : It is a book (Bu kitabdır) It əvəzliyi eyni zamanda şəxsiz cümlələrin düzəldilməsində də iştirak edir,lakin bu halda Azərbaycan dilinə tərcümə edilmir : It is my birthday today (Bu gün mənim ad günümdür) Normalda cansız və heyvan adları üçün "it"istifadə edilsə də bəzən maşın,planet,gəmi,ölkə və bəzi kiçik və zəif heyvanlar üçün "it" yerinə "She" istifadə edilir b) Obyekt Hal (Object Case) : Cümlədə adətən tamamlıq olur və ümumiyyətlə sözönlərdən və feldən sonra işlən

İngiliscədə saatlar - Əlavə

On time (Vaxtında,amma dəqiqliklə) və In time (Vaxtında,amma təxminən) : The 12.00 train left on time (Saat 12.00 qatarı stansiyanı vaxtında tərk etdi) ; I shall be there at about. Please, come in time (Mən təxminən saat 5-də orada olacam. Xahiş edirəm,vaxtında gəl). Müəyyən bir vaxtda olacaq hadisələr üçün "at" ; zamanı çox da müəyyən olmayan hadisələr üçün "in" istifadə edilir : I am meeting them at two o'clock; I am meeting tem in two hours Gecə üçün istifadə edilən 2 ədat vardır : at və in : In the night - Müəyyən bir gecə baş verən hadisələri anlatmaq üçün :  In the night before his examination he couldn’t sleep At night - Ümumiyyətlə bütün gecələri nəzərdə tutmaq üçün : At night,He dreams Gecə və Gündüz saat 12 tamam üçün uyğun olaraq : It's midnight ; It's midday və ya It's noon

İngiliscədə saatlar

What time is it ?/ What is the time (Saat neçədir ?). Daha kibar saatı soruşmaq üçün isə bəzi qəliblər : What time do you have ? Do you have the time? ("The" yerinə "a" artiklı qoyduqda "vaxtınız varmı?" mənası qazanır və bu biri ilə münasibət qurmağa çalışanda istifadə edilir) Do you know what time is it? Can you tell me what time is it, please? Could you tell me the time, please? Do you happen to have the time? Have you got the right time? What time do you make it? Anlyaışlar : Past - İşləyir (1 -6 ya qədər olan sahədə) To - Qalır ( 6-12 qədər olan sahədə) Half - Yarısı A quarter - 15 dəqiqə P.M - Gecə ( Gündüz 12-dən axşam 12-ə qədər) A.M - Səhər (Gecə 12-dən Gündüz 12-ə qədər) İngiliscədə saatları iki cür oxumaq mümkündür : 1) It is + dəqiqə + past/to + saat Əgər dəqiqə 5 və 5-in qatları isə "minutes" istifadə etmirik, əks halda "minutes" işlədilir. 12:00 = It is twelve o'clock 13:30 = It is half past one 18

The Numeral/Say - Qısa Əlavə

Riyazi heseblamalar : 6 + 2 = 8  ~ six plus/and two is eight 6 - 2 = 4 ~ six minus two is four 6 × 2 = 12 ~ six times two is twelve 6 : 2 =3 ~ six divided by two is three Dəfə 1 dəfə = Once 2 dəfə = Twice 3 dəfə = 3 times 4 dəfə = 4 times və s. I go to cinema 3 times a month (Mən ayda 3 dəfə sinemaya gedirəm) Qeyd : "...twice/times + as adverb as..." qədər yox dəfə anlamını verir və tarazlığı pozur : My house is 4 times as big as your house

The Numeral/Say - The Ordinal Numerals(Sıra sayları)

2. The Ordinal Numerals/Sıra sayları - Şəxs və ya əşyaların sırasını bildirir  : Birinci,İkinci və Üçüncü sayları istisna olmaqla qalanları "th" alaraq düzəlir : 1-ci = The first/1^st 2-ci  = The second/2^nd 3-cü = The Third/3^rd 4-cü = Fourth/4^th 5-ci = Fifth/5^th və s. Qeyd : Five və Twelve sayından sıra sayı düzəldərkən "ve" "f" ilə əvəz olunaraq "th" əlavə edilir : 12/Twelve = 12-ci/Twelfth/12^th "teen" ilə düzələn miqdar saylarının sonuna "th" artırmaqla (Nümunə : sixteenth) sıra sayı düzəlir. "Ty" ilə bitənlərdə "Y" "ie" ilə əvəz olunaraq "th" artırılır : 20 =Twenty - 20-ci/Twentieth/20^th 21 = Twenty - one ~ 21-ci/Twenty-First/21^st

The Numeral/Say - The Cardinal Numerals (Miqdar sayları) : B) Fractional Numerals (Kəsr sayları)

B) The Fractional Numerals/Kəsr sayıları : Azərbaycan dilindən fərqli olaraq ingilis dilində əvvəlcə surət, sonra isə məxrəc oxunur, sürət miqdar sayı ilə, məxrəc isə sıra sayı ilə oxunur : 1/5 beşdə bir = one fifth Qeyd : 1/2 bu cəhətdən istisnalıq təşkil edir : ikidə bir = a half və ya one half ; 1/4 = a quarter Surətdəki rəqəm vahiddən artıq olduqda məxrəc cəmlənir : 5/7 yeddidə beş = five sevenths. Tamlı kəsrlərdə əvvəl tam hissə,ardınca "and" və sonda adi kəsr oxunur : 2 1/5 (iki tam beşdə bir) = two and one fifth Adi kəsrdən sonra isim təkdə,tamlı kəsrdən sonra isə cəmdə olur. Onluq kəsrlərdə tamlıq bildirən ədəd ilə kəsr arasında "point(nöqtə)" sözü işlədilir : 3.5 = three point five ; 2.386 = two point three eight six

The numeral/Say - The cardinal numerals(Miqdar sayıları) : A) The definite Numerals (Müəyyən miqdar sayları)

Əşyaların kəmiyyətini,yaxud sırasını bildirən nitq hissəsinə say deyilir. İngilis dilində saylar 2 qrupa bölünür : 1) Miqdar sayları (The cardinal numerals) - Şəxs və əşyaların miqdarını bildirir və o da iki yerə bölünür : a) Müəyyən miqdar sayları(The definite numeral) : 1; 2; 3; və s. 0 - Zero 1 - One 2 - Two 3 -Three 4 - Four 5 - Five 6 - Six 7- Seven 8 - Eight 9 - Nine 10 - Ten 11 - Eleven 12 - Twelve 13 -dən 19 - a qədər olan saylar "teen" şəkilçisi artılaraq düzəlir : 13 - Thirteen 14 - Fourteen 15 - Fifteen 16 - Sixteen 17 - Seventeen 18 - Eighteen 19 - Nineteen 20; 30; 40 ; .... ; 90 qədər uyğun şəkildə davam edən onluq miqdar sayları isə "ty" ilə düzəlir : 20 - Twenty 30 - Thirty 40 - Forty 50 - Fifty 60 - Sixty 70 - Seventy 80 - Eighty 90 - Ninety Onluq sayların arasında olan 21;22;23 ... və s. kimi miqdar sayları isə "onluq-təklik" şəklində yazılır : 21 = Twenty -one 22 = Twenty - two və s. Hundred(100) ; Thou

The Noun/İsim - 3

İngilis dilində ismin 2 halı var : 1) The Common Case(Adlıq Hal) 2) The Genitive Case (Yiyəlik Hal) Yiyəlik hal 's/of/' ilə düzəlir 1. Tək isimlərə 's Cəm isimlərə ' Cəm forması kökündən dəyişməklə düzələn isimlərə ' s artırılır 2. Sonu "s" ilə qurtaran isimlərin yiyəlik halı hər 2 halla düzələ bilir 3. Mürəkkıb isimlərdə son komponentə artırılır : The editor in chief's room 4. Eyni bir əşya iki və daha çox şəxsə aiddirsə axırıncı şəxsə,ayrı-ayrılıqda aiddirsə hər birinə. 5. Daha çox cansız əşyalarının yiyəlik halı "of" sözönü ilə  düzəlir. 6. 'S/' eyni zamanda bir sıra cansız isimlərlə də işlənilə bilir. Buraya daha çox Məkan,Zaman,Məsafə və Səma cisimlərini ifadə edən isimlər aiddir : Today's newspaper ; The moon's light Eyni zamanda günün hissələri,mövsümləri,çay,dəniz okean,ölkə gəmi adlarını və bir sıra başüa isimlərlə də işdilə bilir 7. Yiyəlik halı yer-məkan anlayışı da bildirir. Bu halda dilimizə daha çox &

The Noun/İsim - 2

İsimlərin Cəmlənməsi/Plural of Nouns 1. Əksər isimlər sonuna "s" şəkilçisi artırmaqla düzəlir 2. s; ss; sh; ch; tch; x; o hərfləri ilə bitən isimlərin sonuna isə "es" əlavə olunur. Ancaq sonu "o" ilə bitən bəzi alınma isimlər var ki,onlar istisnadır və sonuna "s" artırmaqla düzəlir : Zero; Kilo; Solo; Kimono; Radio; Photo; Piano; Video; Studio 3. F/Fe ilə bitən isimlər isə f və fe atılır "ves" əlavə edilir. Bu isimlər istisnadır : Roof; Chief; Handkerchief; Clif; Muff;Cuff; Safe;Belief. Aşağıdakılar isə hər iki yolla düzəlir : Hoof-Dırnaq; Wharf- Sahil;Scarf- Şarf/ Hoof-Hoof&Hooves Arxaik(kökdən dəyişməklə)yolla cəmlənən isimlər : Man-Men Woman-Women Foot-Feer Tooth-Teeth Goose-Geese Mouse-Mice Louse-Lice Ox-Oxen Child-Children Person-People People sözü "adamlar"mənasında cəmdə "xalq" mənasında həm təkdə həm də cəmdə işlənə bilir Tərkibində "man" və "woman" məfhumu olan isimlər

The Noun/İsim - 1

İsim düzəldən son şəkilçilər : 1) Ance (Ence) 2) Age 3) Ant(Ent) 4)  Dom 5) Ess 6) Ation (Tion,Sion ,İon) 7) Er (Or,Ar) 8) Hood 9) İsm10) İst 11)  An(İan) 12)  İne13) İour 14) (İ)ty 15) Ness 16) Let 17) Ship 18) Th 19) Ment 20) Y 21) Eer 22) İng 23 ) İcs 24) Ese 25) Ative 26) Ee 27) Al 28) Ure Ön şəkilçilər  : Un; Mis ; İn ; Dis Mənasına görə isimlər Xüsusi İsimlərə(Proper Nouns) - Müəyyən şəxlərə,əşyalara,ərazilərə,anlayışlara verilən addır -  və Ümumi İsimlərə (Common Nouns) - Bütöv bir sinfə aid şəxsləri,əşyaları,Anlayışları bildirir - ayrılır. Ümumi isimlər də mənasına görə 2 yerə bölünür : 1) Konkret isimlər (Concrete Nouns) - Toxunaraq hiss edə bildiyimiz isimlərdir və onlar da Sayıla bilən və Sayıla bilməyən isimlərə bölünürlər. Sayıla bilən isimlər (Countable Nouns) - Müəyyən(dəqiq) ölçüyə və formaya malik olun və bu səbəbdən də müvafiq vahidlə ölçülə(sayıla) bilir : A) Bu isimlərdən əvvəl miqdar sayı işlənə bilir : a girl - two girls B) Təkdə olan sayılan isimlər cümləd

The Article/Artikl - Artiklların işlədilmədiyi hallar

Aşağıdakı hallarda artikl işlədilmir : 1. Breakfast/Lunch/Dinner qarşısında "The" artiklı işlədilmir : What time is dinner 2. "Noun + Number" olduqda artikl işlədilmir : Room 126 ; Platform 5 ; Our train leaves from platform 5 və s. 3. Bed/Work/Home qarşısında heç vaxt "The" işlədilmir : Ferid is at home ; Gunay is at work 4. Xüsusi isim "Mr./Mrs./Capitain/Doctor/Aunt/Uncle/Cousin/Young/Little/Old/Poor/Professor ... + ad "olduqda "The" işlədilmir : Mr. Jack 5. Sayılmayan isimlərin qarşısında heç vaxt " a/an" artiklı işlədilmir : coffee ; time Qeyd : Nəzərə almaq lazımdır ki , mücərrəd isimlərin qarşısında təyinedici söz gələrsə onlar "a/an" artiklı ilə işlədilə bilər : a good time ; a good knowledge ; a hard life 6. Elm və Fənn adları ; idman növləri və oyun adlarının qarşısında artikl işlədilmir : We play  tennis everyday ;  I am good at History ; You can play chess well 7. "İlə/Vasitəsilə" mənalar

The Definite Article/Müəyyən artikl - Coğrafi adların qarşısında işlədilmədiyi hallar

Aşağıdakı hallarda coğrafi adların qarşısında "The" artiklı işlədilmir : a) Körfəz adlarının qarşısında : Hudson Bay ; Mexico Gulf İstisna : Lakin körfəz adlarının "of" sözönü ilə düzəldilən birləşmələrində "The" artiklı işlədilir : The Gulf of Mexico və s. b) Yarımada adlarının qarşısında (yalnız yarımadanın adı çəkildikdə)  : Kamchatka ; Kola ; Absheron Lakin Yarımada adları "Penisula (Yarımada)" sözü ilə birlikdə işlədildikdə onların qarşısında "The" artiklı işlədilir : The Absheron Penisula ; The Kola Penisula c) Əgər göl adlarından sonra "Lake ( Göl )" sözü gələrsə , onların qarşısında "The" artiklı işlədilmir . "Lake" sözü gəlmədikdə isə işlədilir : Lake Michigan - The Michigan ; Lake Ontario - The Ontario ç) Şəlalə adlarının qarşısında : Nigara Falls d) Ayrı -Ayrılıqda ada adları qarşısında : Great Britain ; Cuba ; Sicily e) Ayrı -Ayrılıqda dağ və zirvə adları qarşısında : Elbrus ; Kilimanjar

The Article/Artikl - The definite article/Müəyyən artikl

The müəyyən artiklı( The Definite Article) aşağıdakı hallarda işlənir : *Müəyyən artikl sayıla bilən,sayıla bilməyən,tək,cəm və xüsusi isimlərlə işlədilə bilir. 1. İlk məlumatdan sonra,həmin isim haqqında olan digər cümlələrdə "The" işlədilir : My father bought a magazine and a newspaper yesterday. The magazine was very interesting,but tge newspaper was boring 2. Fikrimizdə tutduğumuz əşya müəyyəndirsə "The" artiklı , qeyri-müəyyəndirsə "a/an" artiklı işlədirik : It is very hot. Can you open a window ; It is very hot. Can you open the window nearest the door 3. Dünyada tək olması ilə fərqlənən isimlərin qarşısında : The Sun ; The Moon ; The capital ; The earth ; The nature ; The universe ; The cosmos ; The world ; The atmosphere ; The sky ; The horizon ; The equator. İstisna1 : Əgər belə isimlərin qarşısında təyinedici söz olarsa , o zaman "a/an" artiklının işlədilməsi də mümkündür : A bright sun rises above the sea İstisna2 : The Sun ; The