The Pronouns/Əvəzlik - 10. Relative Pronouns/Nisbi Əvəzliklər

Nisbi əvəzliklər/Relative pronouns :

That,who,whom,whose,which,where,why

Nisbi əvəzliklər iki cümləni bir-biri ilə əlaqələndirir. Bu əvəzliklər tərcümə zamanı işlədilmir və əsasən feli-sifət tərkibi kimi tərcümə edilir : The woman who is waiting for you is a doctor (Səni gözləyən qadın həkimdir)

a) Who (kim ki) nisbi əvəzliyi şəxslərə(insanlara) aid edilir və bu tipli sözlərdən sonra istifadə edilir. Who əvəzliyindən sonra əsasən xəbər (fel) gəlir və who-dan əvvəlki isimlə uzlaşır. Who yerinə That də işlədilə bilər :The boy who(that) is dancing is my brother ; He is the player who(that) plays football very well / Noun+ who/that+ fel

b) Whom (kimə ki,kimi ki) əvəzliyi də şəxslərə (insanlara) aid edilir. Whom-dan sonra mübtəda - əsasən əvəzlik və ya xüsusi isim - gəlir : He took out a photo of a girl whom he loves / Noun + whom + subject (mübtəda)

c) Whose/= of which (kimin ki) nisbi əvəzliyi yiyəlik,sahiblik mənalarını bildirir və özündən sonra artiklsız isim tələb edir. Bu əvəzlik də şəxslərə (insanlara) aiddir. "Whose" əvəzliyi "that"ilə əvəz edilə bilməz : This is the woman whose son will be your doctor / Noun + whose + noun

d) which( hansı ki) nisbi əvəzliyi əşya və ya heyvanlara aiddir. Təyin budaq cümlələrində işlənir. "That" ilə əvəz edilə bilər : The book which is on the table is mine ; The dog which they saw is ours

e) That (o ki, hansı ki) nisbi əvəzliyi who,which və whom nisbi əvəzliklərinin sinonimidir və onları əvəz edə bilər. Həm canlılarla həm də cansızlarla işlənə bilir. Özündən əvvəl sözönü olmaz : The boy that (who) is dancing is my brother ; The book that (which) is on the table is mine.

Əgər isim sifətin üstünlük dərəcəsi,sıra sayı,only,any,all sözlərindən birinə aid olarsa, that əvəzliyindən istifadə olunur : This is the first composition that I have written in English

f) Where = in/at which (hara ki) əvəzliyi yer bildirən isimlərlə işlənir. Where əvəzliyi olan cümlədə "in" sözönü istifadə edilə bilməz : I visited my village where I spent my childhood ; I visited my village in which I spent my childhood

g) when = on/at/which (nə zaman ki) : 1979 is the year when I was born ; there were times when people used to respect each other

h) why (the reason+ why(for which) : The reason why I withdrew some money from ATM was,I had no cash ; Do you know the reason why she is so sad ? ; The reason why the weather is so cold nowadays is the upcoming snowfall

Qeyd : Who,which,whom,that cümlə içində qısaltmlara məruz qala bilər :

1) Who + am/is/are/was/were/be/been + fel = fel
Which + am/is/are/was/were/be/been + fel = fel
Whom + am/is/are/was/were/be/been + fel = fel
That + am/is/are/was/were/be/been + fel = fel

2) Əgər "who,whom,which və that" nisbi əvəzliklərinin olduğu cümlədə baş cümlənin obyekti asılı cümlədə  mübtəda rolunda çıxış etmirsə amma onun asılı cümlədə təyini rolunda çıxış edərək izah edən mübtəda varsa bu nisbi əvəzliklər atılaraq sadəcə bu tamamlıq və asılı cümlədəki həmin mübtəda saxlanıla bilər. Müqayisəli nümunələrə bax : This is the dog which I want və ya This is the dog I want ; These are the people who(m) we should help və ya These are the people we should help / This is the dog which barks at night (yuxarıdakı kimi qısaltma mümkün deyil) ; These are the people who come here all the time (yuxarıdakı kimi qısaltma mümkün deyil) .Ancaq bu tip baş cümlələrin obyekti olan isimlərin budaq cümlənin də mübtədası kimi çıxış etdiyi cümlələrdə fel geniş zamanda (Simple present tense) olarsa nisbi əvəzliklər atılaraq felə sadəcə "ing" şəkilçisi artırmaqla qısaltma aparmaq mümkündür : This is the dog which barks at night və ya This is the dog barking at night ; These are the people who(m) come here all the time və ya These are the people coming here all the time

3) Non-defining : Wolfgang Amadeus Mozart, who is a well-known composer, died at the age of thirty-five və ya Wolfgang Amadeus Mozart,well-known composer,died at the age of thirty-five

Diqqət et : Where hara sualına cavab olan cümlələrdə işlənilir. Which isə hadisənin yox sırf baş cümlədəki mübtədanın özündən söhbət getdikdə işlədilir. Yəni where hadisənin olduğu və məcburən hara sualına cavab axtarıldığı cümlələrdə işlədilərkən which-də hadisə yox sırf o mübtəda haqqında danışılır : This is the junction where the accident took place ( Bu qəzanın baş verdiyi qovşaqdır) ; This is the junction which is mistaken with a square (Bu meydan fərz edilən qovşaqdır)

Somewhere,anywhere,nowhere : Do you know somewhere (that) we can meet ? (Görüşəbiləcəyimiz hər hansı bir yer bilirsənmi ?) ; There is nowhere (that) you can find that book (O kitabı tapa biləcəyiniz heç bir yer yoxdur)

Tanımlayan (Defining) və Tanımlamayan (Non-defining) :

Non-defining sadəcə əlavə informasiya verilən amma verilməsə də olar tipli cümlələrdə işlədilir və bu əlavə vergüllə ayrılır. Defining isə verilən informasiyanın zəruriliyini tələb edir və vergülsüz işlənir : Ted who is a lawyer is my neighbor (gərəkli informasiya olduğu üçün vergülsüz istifadə edildi. Burdan Ted adında başqa qonşu və ya tanıdıqlarının olduğu ortaya çıxır- defining) ; Ted ,who is a lawyer, is my neighbor (non-defining - burda əlavə informasiya olub ya qarşıdakının hansı Teddən söhbət getdiyini anladığı ya da Teddən başqa qonşu və ya tanışının olmadığı anlaşılır)

Ədat alan fellərin Relative pronounsla istifadəsi : I found the book which(that) I was looking for və ya I found the book for which I was looking

Some,any,a few,a little,both,none,all,one +  of + which,whom,whose : I have got a lot of books,some of which I've never read ( Bəzilərini beç oxumadığım bir sürü kitabım var) ; She needs a few volunteers,all of whom must be seniors (Hamısı son sinif şagirdi olan bir neçə könüllüyə ehtiyacı var) ; We live in a neighbourhood,one of whose problem is insiffucient parking spaces (Problemlərindən bir dənəsi məhdud avtomobil dayanacaq yerləri olan bir məhəllədə yaşayırıq)

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund