The Article/Artikl - Artiklların işlədilmədiyi hallar

Aşağıdakı hallarda artikl işlədilmir :

1. Breakfast/Lunch/Dinner qarşısında "The" artiklı işlədilmir : What time is dinner

2. "Noun + Number" olduqda artikl işlədilmir : Room 126 ; Platform 5 ; Our train leaves from platform 5 və s.

3. Bed/Work/Home qarşısında heç vaxt "The" işlədilmir : Ferid is at home ; Gunay is at work

4. Xüsusi isim "Mr./Mrs./Capitain/Doctor/Aunt/Uncle/Cousin/Young/Little/Old/Poor/Professor ... + ad "olduqda "The" işlədilmir : Mr. Jack

5. Sayılmayan isimlərin qarşısında heç vaxt " a/an" artiklı işlədilmir : coffee ; time

Qeyd : Nəzərə almaq lazımdır ki , mücərrəd isimlərin qarşısında təyinedici söz gələrsə onlar "a/an" artiklı ilə işlədilə bilər : a good time ; a good knowledge ; a hard life

6. Elm və Fənn adları ; idman növləri və oyun adlarının qarşısında artikl işlədilmir : We play  tennis everyday ;  I am good at History ; You can play chess well

7. "İlə/Vasitəsilə" mənalarında "by" sözönündən sonra heç vaxt artikl işlədilmir : I go to work by car

Bu baxımdan aşağıdakı ifadələrdə də "by" sözönündən sonra heç vaxt artikl işlədilməyəcək : By chance (Təsadüfən) ; By accident ( Təsadüfən ) ; By mistake (Səhvən) ; By heart (Əzbərdən) və s.

8. Yiyəlik əvəzliyi ; Yiyəlik hal ; İşarə əvəzliklərindən və no əvəzliyindən bilavasitə sonra heç vaxt artikl işlədilmir : My Book ; This Book ; No Book ; Nurlan's book

Diqqət : "Such" işarə əvəzliyindən sonra sayıla bilən isim gələrsə ismin qarşısında a/an qeyri- müəyyənlik artiklı işlədilməlidir : I don't like such a book ; Such+ sifət ( adi dərəcədə)  + isim =  I have such an interesting book.  Bax : I have such interesting books.

9. " At + Noon/Night/Midnight" olduqda artiklsız işlədilir : Where will you be at night ?

10. "Next/Last/Every + Day/Week/Month/Year..." olduqda "Next/Last/Every sözlərinin qarşısında heç vaxt artikl işlədilmir : She will come next month

Qeyd : "Last" və "Next" zaman mənası bildirdikdə artiklsız işlənir : We passed our exams last month ; There will be a conference next Sunday

"Last" sözü "Axırıncı" mənasında "The" artiklı ilə işlədilə bilər : The last lesson is English.

"Next" sözü "növbəti , "o biri"  mənasında ismi təyin edərsə , həmin isim müəyyən artikl ilə işlənir : The child is sleeping in the next room

"At + the next/last" kombinasiyasına diqqət etmək lazımdır :  At the next year they have a dictation

11. Zərfin üstünlük dərəcəsinin qarşısında : Tim ran fastest of all

12. Küçə /Yol/Prospekt/Meydan/Park adlarınlşın qarşısnda artikl işlədilmir : Azadliq Avenue ; Hyde Park

13. Şirkərt/Aeroport adlarının qarşısında "The" artiklı işlədilmir : Heydar Aliev Airport

14. Sayılmayan və ya cəmdə olan isim ümumi ( konkret yox) mənada işləndikdə : Snow is white ; Children like ice-cream ; Kindness  is a good quality ; Books are our friend

Həmçinin Ay və gün adları , ilin fəsilləri , günün müəyyən hissələri , yemək adları bildirən isimlər ümumi məna kəsb etdikdə artiklsız işlənir : May is a spring month ; My day off is Friday ; Spring is a lovely season ; It is morning

# Aşağıdakı ifadələrlə də artikl işlədilmir : From beginning to end ( Əvvəldən axıra qədər) ; From head to foot (Başdan-ayağa qədər) ; From morning till night (Səhərdən axşama qədər) ; From West to East (Qərbdən Şərqə)

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund