The Pronouns/Əvəzlik - 8. Negative Pronouns/İnkar Əvəzlikləri

İnkar əvəzlikləri (Negative Pronouns) :

No; None; Not; Nobody; No one ; Nothing ; Neither

a) No - Xeyr,Heç biri. Bu əvəzlik isimlərdən əvvəl işlənir. Əgər cümlə tərkibində "no" əvəzliyi varsa, fel təsdiqdə olmalıdır. Çünki ingilis dilində bir cümlədə iki inkar olmaz. Özündən sonra həm cəmdə hğm də təkdə olan isim gələ bilər. Həm sayıla bilən həm sayıla bilməyənlə işlənir. No əvəzliyindən sonra heç vaxt artikl və any işlədilmir : There is no book on the table

Həmcins üzvlü cümlələrdə "no" istifadə olunarsa bu zaman "and" yox " or" bağlayıcısı istifadə edilir (no... or)  : He has no brother or sister. No = Not a/Not any/Not one

Qeyd : No + longer birləşməsi dilimizdə "daha" ədatı ilə tərcümə olunur və təsdiq cümlələrində işlədilir : I love you no longer - Mən daha səni sevmirəm

b) None - Heç biri,Heç nə. İsimsiz inkar əvəzliyidir, yəni "no" inkar əvəzliyinin isimsiz işlənən formasıdır : Is there any milk in the jar ? - No,There is none ; They tried to buy an interesting book but could find none

None "of" sözönü ilə işlənə bilir. Bu zaman fel təkdə işlənir. Ancaq bu əvəzlik cəm ilə də işlənə bilir : I left three pies on the table and now there are none. Nons were left when I came

None + of + the /işarə əvəzliyi/ obyekt halda olan şəxs əvəzliyi/yiyəlik əvəzliyi : None of them is ready ; None of my students has his own computer

c) Not + a (təkdə olan sayılan isim) - Not da "or" ilə işlənir ancaq ismin qabağında a/an olur : There is not a book or a notebook on the table

Not  + any ... + cəm/sayılmayan : There are not any books on the table ; There are not any water in the refrigerator

d) Nothing - Heç nə. Bu əvəzlikdən sonra xəbər təkdə olur. Hər zaman cansız varlıqlara aid edilir : Nothing is important for me

e) Nobody/No one - Heç kəs. Hər zaman ismi əvəzliklərdir. Şəxsə aid olurlar. Bu əvəzliklərdən sonra xəbər həmişə təkdə olur. Bu əvəzliklər təsdiü və təsdiq-sual cümlələrində işlədilir : Nobody is ready

f) Neither - heç biri (ikisindən). Özündən sonra sayıla bilən tək isim tələb edir : They have neither problem ; neither book

Neither əvəzliyi "of" sözönü də qəbul edir. Diqqət etmək lazımdır ki, belə birləşmələrdə bu əvəzlik özündən sonra gələn ismi cəmdə tələb etsə də,xəbər mütləq təkdə olur.

Neither + of + the/ İşarə və yə obyekt əvəzlikləri/Yiyəlik hal : Neither of these girls; Neither of the girls ; Neither of the books is interesting ; Neither of my children has blonde hair

Diqqət : We have two students, neither is lazy ; Neither our student is lazy ; Neither of our students is lazy

Qeyd : Neither...Nor... (nə..., nə də....) bağlayıcı tərkibindən sonra xəbər kəmiyyətcə "nor" bağlayıcısından sonra gələn sözlə uzlaşır : Neither my sister nor her friends are there ; Neither my sister nor her friend is there

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund