The numeral/Say - The cardinal numerals(Miqdar sayıları) : A) The definite Numerals (Müəyyən miqdar sayları)

Əşyaların kəmiyyətini,yaxud sırasını bildirən nitq hissəsinə say deyilir. İngilis dilində saylar 2 qrupa bölünür :

1) Miqdar sayları (The cardinal numerals) - Şəxs və əşyaların miqdarını bildirir və o da iki yerə bölünür :

a) Müəyyən miqdar sayları(The definite numeral) : 1; 2; 3; və s.

0 - Zero
1 - One
2 - Two
3 -Three
4 - Four
5 - Five
6 - Six
7- Seven
8 - Eight
9 - Nine
10 - Ten
11 - Eleven
12 - Twelve

13 -dən 19 - a qədər olan saylar "teen" şəkilçisi artılaraq düzəlir :

13 - Thirteen
14 - Fourteen
15 - Fifteen
16 - Sixteen
17 - Seventeen
18 - Eighteen
19 - Nineteen

20; 30; 40 ; .... ; 90 qədər uyğun şəkildə davam edən onluq miqdar sayları isə "ty" ilə düzəlir :

20 - Twenty
30 - Thirty
40 - Forty
50 - Fifty
60 - Sixty
70 - Seventy
80 - Eighty
90 - Ninety

Onluq sayların arasında olan 21;22;23 ... və s. kimi miqdar sayları isə "onluq-təklik" şəklində yazılır :

21 = Twenty -one
22 = Twenty - two və s.

Hundred(100) ; Thousand (1000) ; Million (1.000.000) ; Billion (1.000.000.000) ; Trillion (1.000.000.000.000) kimi saylar a/an ilə işlənir ki, bu artikllar one(bir) sayını əvəz edir : a(one) hundred

Bu saylardan əvvəl başqa say gələrsə,onlar cəmlik bildirən şəkilçi qəbul etmir : Three hundred dollars - Üç yüz dollar.
Lakin həmin saylar isimləşdikdə cəm şəkilçisi qəbul edir və onlardan sonrakı isim of sözünü ilə işlənir və q-müəyyən kəmiyyət bildirir : Hundreds of books -Yüzlərlə kitab

Tərkibində yüzlük və ya minlik olan mürəkkəb sayları oxuyarkən yüzlük və ya minliklə onluqlar arasında "and" bağlayıcısı işlədilir və Azərbaycan dilinə tərcümə edilmir : 350 = Three hundred and fifty.

Əgər müəyyən miqdar sayları təqvimi ifadə edirsə,bu halda onluq və təklik şəklində oxunur və ardınca "year" sözü işlədilmir : 1945 = Nineteen forty five

Minlik və yüzlüklərdən ibarət təqvimlərdə ədəddə olan yüzlüyün sayı və "hundred işlədilir : 1800 = eighteen hundred

Onluq olmadıqda isə : 2009 = two thousand o (və ya and) nine

4 rəqəmli saylar 2 cür oxunur :

1234 = a (one) thousand two hundred and thirty-four və ya twelve hundred and thirty-four

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund