The Noun/İsim - 1

İsim düzəldən son şəkilçilər :

1) Ance (Ence) 2) Age 3) Ant(Ent) 4)  Dom 5) Ess 6) Ation (Tion,Sion ,İon) 7) Er (Or,Ar) 8) Hood 9) İsm10) İst 11)  An(İan) 12)  İne13) İour 14) (İ)ty 15) Ness 16) Let 17) Ship 18) Th 19) Ment 20) Y 21) Eer 22) İng 23 ) İcs 24) Ese 25) Ative 26) Ee 27) Al 28) Ure

Ön şəkilçilər  : Un; Mis ; İn ; Dis

Mənasına görə isimlər Xüsusi İsimlərə(Proper Nouns) - Müəyyən şəxlərə,əşyalara,ərazilərə,anlayışlara verilən addır -  və Ümumi İsimlərə (Common Nouns) - Bütöv bir sinfə aid şəxsləri,əşyaları,Anlayışları bildirir - ayrılır. Ümumi isimlər də mənasına görə 2 yerə bölünür :

1) Konkret isimlər (Concrete Nouns) - Toxunaraq hiss edə bildiyimiz isimlərdir və onlar da Sayıla bilən və Sayıla bilməyən isimlərə bölünürlər.

Sayıla bilən isimlər (Countable Nouns) - Müəyyən(dəqiq) ölçüyə və formaya malik olun və bu səbəbdən də müvafiq vahidlə ölçülə(sayıla) bilir :

A) Bu isimlərdən əvvəl miqdar sayı işlənə bilir : a girl - two girls
B) Təkdə olan sayılan isimlər cümlədə işlənərkən onların qarşısında mütləq a/an artiklı işlədilməlidir

Qeyd : Yiyəlik əvəzliklərindən sonra və cəmdə olan isimlərdən əvvəl a/an işlədilmir.
C) Həm təkdə, həm də cəmdə olur
D) Yalnız sayılan isimlərlə işlədilən əvəzliklər :

Many/(a) few + Sayıla bilən cəm isimlər
Another/The whole + sayıla bilən tək isim

2) Sayıla bilməyən isimlər (Uncountable Nouns) - Müəyyən (dəqiq) ölçüyə və formaya malik olmayan və bu səbəbdən sayıla bilməyən əşya və anlayışlardır :

A) Heç vaxt a/an qəbul etmirlər
B) Onlardan sonra fel və to be həmişə təkdə olur
C) Heç vaxtcəm şəkilçisi qəbul etmirlər
D) "And" ilə bağlanan iki və daha artıq sayılmayan ismin xəbəri cəmdə olur : Coffee and tea are delicious drinks.
E) Sayılmayan isimlərin miqdarını göstərmək üçün : a bottle/a bowl/a cup/a bar/a piece/a glass/a box/a loaf/a drop/a slice/a kilo kimi sözlərdən istifadə olunur : a piece of music(furniture,advice)

Sayıla bilməyən isimlər əsasən aşağıdakılardır :
Mücərrəd isimlər/Maye halda olan isimlər/Ümumi məna kəsb edən isimlər/Ərzaq məhsullarının bəziləri : Meat,Butter,Bread/Maddə və Metarialların adı : Silver,Snow,Wool(yun) və s.

Mənada asılı olaraq həm sayıla bilən həm də sayılmayan kimi işlənə bilən isimlər :

İsim/Sayılan/Sayılmayan
Hair/Tük/Saç
İron/Ütü/Dəmir
Wood/Ağac/Odun
Time/Dəfə/Zaman
Work/Əsər/İş
Glass/Stəkan/Şüşə
Paper/Qəzət/Kağız
Noise/Səs/Səs-küy

Mücərrəd isimlər(Abstract Nouns) - Bu isimlər ümumiyyətlə keyfiyyət,bilgi,duyğu,düşüncə,qeyri-real və s. bu kimi anlayışlardır. Mücərrəd isimlər sayılmayan olsa da  aşağıdakılar sayılan isimlərdir : Storm,Joke,Cloud,Hour,İdea,Dream,Hope,Wish,Chance,Problem,Impression

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund