Posts

Showing posts from December, 2018

Gerund/Cerund

Gerund felin sonuna "ing" artırmaqla düzəlir : to go --> going - getmək,gediş,getməyin... və s. Gerund həm isim, həm də felin xüsusiyyətlərinə malikdir. İsim xüsusiyyərləri : Mübtəda,tamamlıq və prediativ (ismi xəbərin ad hissəsi) kimi işlənə bilir : Making people happy is my aim - İnsanları xoşbəxt etmək mənim amalımdır. ; He likes telling funny stories - O, gülməli hekayələr danışmağı xoşlayır. ; His favourite habit is collecting stamps - Sevimli məşğuliyyəti marka toplamaqdır. Gerund sözönü ilə işlənə bilir : There are other ways of doing it - Bunu etməyin digər yolları var. Gerund yiyəlik əvəzliyi və ya yiyəlik halında olan isimlə təyin olunur : His signing impressed me greatly - Onun oxumağı məni çox mütəəssir etdi. Feli xüsusiyyətləri : Zaman xüsusiyyəti və təsirli fellərdən düzələn gerundların həm də növ xassəsi var : Active : Indefinite : Writing Perfect : Having written Passive : Indefinite : being written Having been written Gerund qeyri-müəyyən form

The Participle/Feli sifət

Feli sifət fel,sifət və zərf əlamətlərinə malikdir. Dilimizdə daha çox feli sifət və feli bağlama formlarına uyğun gəlir. The present Participle fellərin sonuna -ing artırmaqla düzəlir : To dance --> Dancing - Oynayan/Oynayaraq/Oynaya-Oynaya : He came here running - O buraya qaçaraq gəldi ; Thin dancing girl is very beautiful - Bu oynayan qız çox gözəldir. The Past Participle fellərin P2 formasının qaydalı və qaydasız felləri ilə düzəlir : To Break --> Broken - Sınmış ; To Open --> Opened - Açılmış,Açıq : He can not repair my broken watch - O mənim sınmış saatıml təmir edə bilmir. Participle formasl ismin qarşısında əlavə kimi işlənərək onun mənasını izah edir : The book taken from the library was interesting - Kitabxanadan götürülmüş kitab maraqlıydı. When/While + Participle : While returning home I called her - Evə qayıdarkən ona zəng etdim. The Present Participle Active : Indefinite : Writing Perfect : Having written Passive : Indefinite : Being written Perfect :

Complex Object/Mürəkkəb tamamlıq

İsim/Obyekt əvəzliyi + Məsdər = Mürəkkəb tamamlıq və ya tamamlıq-məsdər tərkibi (Complex Object) və əsasən arzu,xahiş,əmr,fərziyyə,icazə,qavrayış mənalarını ifadə edən fellərdən sonra işlənir. Mübtəda + Xəbər + Mürəkkəb tamamlıq + Digər üzvlər : I want you to go home Əmr cümləsində ; Xəbər + Mürəkkəb tamamlıq + Digər üzvlər : Let me drink my tea Mürəkkəb tamamlıqda ikinci fel ya "to"lu, ya "ing"li, ya da ki sadə formada olmalıdır. Bunlar isə əsas felə bağlıdır. Tamam, yəni birinci tərəf isə ya obyekt əvəzliyi, ya qeyri-müəyyən,təyini və inkar əvəzlikləri, ya da adlıq halda olan isimlə (His nephew, Hasan və s. ) ifadə olunur a) Make (məcbur etmək mənasında) və let (icazə/imkan vermək mənalarında) fellərindən sonra gələn fel sadə formada olur : Teacher made the students do their homework correctly Qeyd 1 : Make və Let həmçinin özündən sonra  -ing tələb edən fellər məchul formada işlənərsə,bu zaman onlarda sonra məsdər qarşısında to olur : She was made to repeat t

Infinitive/Məsdər

Məsdər felin və ismin xüsusiyyətlərini daşıyır. Əlaməti "to" hissəciyidir : to play - Oynamaq. İnkar forması "not" ilə düzəlir : not to play - oynamamaq Aşağıdakı köməkçi və modal fellərdən sonra məsdərin qarşısında heç vaxt "to" işlənmir : can,could,may,might,will,shall,would,should : She can dance. Modal fel kimi işlənən "need" və "dare" fellərindən sonra : You needn't go there İstisna : Ought(to), have(to),to be able (to) modal fellərindən sonra "to" işlənir : he ought to go there Had better/Would rather ifadələrindən sonra : You had better help her (Yaxşı olardı ki, ona kömək edəsən) ; I would rather go by train (Qatarla getməyə üstünlük verirən) Aşağıdakı hiss - qavrayış bildirən fellərdən sonra : to feel,to heard,to notice,to see,to observe,to watch : She heard the clock strike eight (Saatın səkkiz vurduğunu eşitdi) ; I saw him jump (Onu tullananda gördüm). To help felindən sonra "to" həm işlənə, həm

Flying kites - A popular hobby / Çərpələnglər uçurtma - Populyar bir hobbi

Image
People have been making and flying kites for about 2,000 years. İnsanlar təxminən 2000 il boyunca çərpələnglər düzəltməkdə və uçurtmaqdadır. No one knows for sure who invented the kite. Heç kim çərpələngin kimin kəşf etdiyini dəqiqliklə bilmir. Some historians believe it the ancient Chinese may have started kite flying 2000 years ago. Bəzi tarixçilər qədim çinlilərin 2000 il əvvəl uçan çərpələng düzəltməyə başlamış olmalarına inanırlar. It is still a popular hobby in China,Japan and Korea and in other countries of the Far East where beautifully decorated kites appear in different colors. Çərpələng uçurtma hələ də Çin,Yaponiya,Koreya və uzaq şərqin gözəlcə bəzədilmiş çərpələnglərin müxtəlif rənglərdə göründüyü digər ölkərində popuylar bir hobidir. In China there is even a special Kites Day on which children and adults fly kites. Çində uşaqlar və yetişkinlərin çərpələng uçurtduqları xüsusi çərpələng günü var. In Japan families fly fish kites on Children's

Conjucntion - Əlavə 7

So that/in order that (yazılı dildə) = sin^4 deyə, maq^2 üçün Bu ifadələr yan cümlədə işlənir və "will,can,would,could,geniş zaman" Əsas cümlə keçmişdə olanda uyğun olaraq "would və ya could" işlənir yan cümlədə. İndiki zamanlarda olan əsas cümlədə isə yan cümlə ya can ya da will işlənir. Can və could bacarıqdan danışdıqda istifadə edilir. Təsadüfi olaraq bəzən yan cümlə geniş zamanda da işlənə bilir. : I' ve been studying hard so that/in order that I will pas my exam ; I studied  hard so that I would pass my exam Yan cümlədə ehtimaldan danışarkən zamana uyğun olaraq may/might işlənir : we are doing our best in order that he may live a bit longer. ; We moved to the same city so that we might see each other more often

Conjunction - Əlavə 6

In case (...sa deyə/ ehtimalına qarşı) + cümlə In the event that (...sa deyə/ ehtimalına qarşı) + cümlə : I'm going to take my umbrella with me in case/in the event that it rains - Yağış yağsa deyə (yağış yağması ehtimalına qarşı) çətirimi özümlə götürəcəyəm. in case of (halında) + söz və ya söz qrupu in the event of (halında) + söz və ya söz qrupu : You should try again and again in case of failure - Uğursuzluq halında sən təkrar təkrar sınamalısan. Just in case - Hər ehtimala qarşı, ...deyə : I've been learning Spanish just in case I go to spain some day - Bir gün İspanyaya gedərəm deyə İspanca öyrənirəm. ; I bought one just in case - Hər ehtimala qarşı birini gətirdim. ; Just in case something happens, here is my telephone number - Hər ehtimala qarşı bir şey olarsa, telefon nömrəm budur.

Conjunction - Əlavə 5

Therefore/So/For this reason = bu səbəblə Therefore - yazılı, so - sözlü, for the reason isə həm yazılı dildə,həm də sözlü dildə istifadə edilir : The price of gas was too high. For this reason, I sold my car and got a bicycle. Consequently/As a result/ Thus = Nəticədə Consequently - sözlü,as a result həm yazılı,həm də şifahi dildə işlənir. Thus isə qədim bir sözdür və yazılı dildə işlənir. Ancaq Thus çox daha az istifadə edilir. He was caught while cheating in the exam. Consequently, He couldn't pass the exam

Conjunction - Əlavə 4

Üçün/Çünki = As/Since/Now that/Because/For As/Since = Üçün. Danışan və dinləyən nə üçün olduğunu bilir : Since/As you are 18 years old,You can get a driving license. Əgər bu ikisi arasında seçim ediləcəksə, əsasən Since yazılı dildə,As şifahi dildə işlədilir. Because çünki anlamı xaricində cümlə başında işləndikdə üçün mənasına gəlir. As/Since cümlə ortasında işlənən Because yerinə işlənə bilsələr də, cümlə başında olduqda onun yerini tuta bilmirlər. Çünki bu zaman Because dinləyənin daha öncə heç bilmədiyi səbəbi səsləndirir. Ona görə yuxarıdakı cümlədə As/Since yerinə because qoymaq doğru deyil :  - Why are you yawning ? - Because I'm tired and sleepy (Dinləyən   bu səbəbləri bilmir) Now that = madam/artıq...üçün : Now that you are 18 years old, you can get a driving license. Artıq 18 yaşında olduğun üçün sürücülük vəsiqəsi ala bilərsən. *keçmiş zamanlarda işlənmir For = üçün. Əsasən özündən sonra isim gəlsə də,cümlə də gələ bilir. Amma bu şəkildə istifadə əsasən rəsmi və ya