The Participle/Feli sifət

Feli sifət fel,sifət və zərf əlamətlərinə malikdir. Dilimizdə daha çox feli sifət və feli bağlama formlarına uyğun gəlir.

The present Participle fellərin sonuna -ing artırmaqla düzəlir : To dance --> Dancing - Oynayan/Oynayaraq/Oynaya-Oynaya : He came here running - O buraya qaçaraq gəldi ; Thin dancing girl is very beautiful - Bu oynayan qız çox gözəldir.

The Past Participle fellərin P2 formasının qaydalı və qaydasız felləri ilə düzəlir : To Break --> Broken - Sınmış ; To Open --> Opened - Açılmış,Açıq : He can not repair my broken watch - O mənim sınmış saatıml təmir edə bilmir.

Participle formasl ismin qarşısında əlavə kimi işlənərək onun mənasını izah edir : The book taken from the library was interesting - Kitabxanadan götürülmüş kitab maraqlıydı.

When/While + Participle : While returning home I called her - Evə qayıdarkən ona zəng etdim.

The Present Participle

Active :
Indefinite : Writing
Perfect : Having written

Passive :
Indefinite : Being written
Perfect : Having been written

Şəxsli felin zamanına uyğun olaraq P1 indiki,keçmiş və gələcək zamana aid edilə bilər :

Knowing English well, he can translate articles without a dictionary - İngilis dilini yaxşı bildiyindən o, məqalələri lüğətsiz tərcümə edə bilir.

Knowing English well, he was able to translate articles without a dictionary - İngilis dilini yaxşı bildiyindən o, məqalələri lüğətsiz tərcümə edə bildi.

Knowing English well, he will be able to translate articles without a dictionary - İngilis dilini yaxşı bildiyindən o, məqalələri lüğətsiz tərcümə edə biləcək.

P1-in bitmiş forması şəxsli felin bildirdiyi hərəkətdən əvvəl icra edilmiş hərəkətləri göstərmək üçün işlədilir : Having lost his address I wasn't able to write to him - Ünvanını itirdiyimdəm ona yaza bilmədim

Təsirli fellərin P1 forması vasitəsiz tamamlıq qəbul edə bilir : Saying good-bye to everybody he left the  room - Hamıyla xüdafizləşərək otağı tərk etdi

Feli sifət zərflə təyin oluna bilir : Crying quietly she left the room - Sakitcə ağlayaraq otağı tərk etdi.

Təyin : The man smoking a cigarette os my brother - Siqarət çəkən adam mənim qardaşımdır.

P1 təyin etdiyi isimdən həm əvvəl,həm də sonra işlənə bilir. P1-in izahedici sözləri olmazsa, o , isimdən əvvəl işlənir : The playing boy is my brother - Oynayan oğlan qardaşımdır. İzahedici sözlər (tamamlıq,zərf və s. ) olarsa isimdən sonra işlənir : The boy playing in the yard is my brother - Həyətdə oynayan oğlan mənim qardaşımdır

P1 təyin funksiyasında işləndikdə onun zamanı cümlənin xəbəri ilə eyni anda baş vermədikdə, həmin cümlə təyin budaq cümləli tabeli mürəkkəb cümlə şəklində işlənir : The writer writing this book was born in Ireland kimi yox The writer who wrote this book was born Ireland kimi işlənir.

Zərflik :
Zaman zərfliyi :(When) crossing the street look at the traffic-light = When you cross the street look at the traffic-light - Küçəni keçərkən işıqfora baxın

(While) reading the text I learned new expression = While I was reading the text I learned new expression - Mətni oxuyarkən yeni ifadələr öyrəndim

To be felinin P1 forması bu funksiyada işlənmir. Belə halda budaq cümlə işlənir : When I was in london I visited the art gallery

Tərzi hərəkət zərfliyi kimi : He sat in the arm-chair reading a newspaper - O,kresloda oturub qəzət oxuyurdu (O,qəzət oxuyaraq kresloda oturmuşdu)

Səbəb zərfliyi kimi : Knowing him better I couldn't belive it = I couldn't believe it because I knew him better - Onu yaxşı tanıdığımdan,buna inan bilmədim

P1 inkarda işlənərsə ondan əvvəl not ədatı işlənir : Not knowing the language I couldn't understand them -Dili bilmədiyimdən,onları başa düşə bilmədim.

To be,to have fellərinin P1 forması səbəb zərfliyi kimi işlənə bilər : Being ill, I didn't go to school - Xəstə olduğumdan məktəbə getmədim ; Having a lot of time, we visited the places of interest of the city - Çox vaxtımız olduğundan biz şəhərin görməli yerlərinə getdik

Prediactive funksiyasında : The film was terrifying - Film qorxuluydu.

P2 formaca dəyişməzdir (zaman və növə görə dəyişmir) : The books published for children are interesting Uşaqlar üçün çap olunmuş kitablar maraqlıdır ; The books published for children were interesting - Uşaqlar üçün çap olunmuş kitablar maraqlı idi ; The books published for children will be interesting - Uşaqlar üçün çap olunmuş kitablar maraqlı olacaq.

P2 də isimdən həm əvvəl,həm də sonra gələ bilir.Və P1 olan qayda keçərlidir : The broken chairs were repaired - Sındırılmış stullar təmir edildi ; The questions discussed at the meeting were important - İclasda müzakirə edilən suallar vacib idi.

P2-nin ifadə etdiyi hərəkətin icraçısı "by" ilə göstərilir : He thanked for the gift given by Emily - O, Emili tərəfindən verilmiş hədiyyə üçün təşəkkür etdi.

Təyin : She looked through the typed letters = She looked through the letters which were typed - O,çap olunmuş məktubları nəzərdən keçirdi.

Prediactive funksiyasında : The door was locked - Qapı bağlı idi.

Zaman zərfliyi : When asked the same question he didn't answer = When he was asked the same question he didn't answer - Ondan eyni sual soruşulanda o, cavab vermədi.

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund