Gerund/Cerund

Gerund felin sonuna "ing" artırmaqla düzəlir : to go --> going - getmək,gediş,getməyin... və s. Gerund həm isim, həm də felin xüsusiyyətlərinə malikdir.

İsim xüsusiyyərləri :

Mübtəda,tamamlıq və prediativ (ismi xəbərin ad hissəsi) kimi işlənə bilir : Making people happy is my aim - İnsanları xoşbəxt etmək mənim amalımdır. ; He likes telling funny stories - O, gülməli hekayələr danışmağı xoşlayır. ; His favourite habit is collecting stamps - Sevimli məşğuliyyəti marka toplamaqdır.

Gerund sözönü ilə işlənə bilir : There are other ways of doing it - Bunu etməyin digər yolları var.

Gerund yiyəlik əvəzliyi və ya yiyəlik halında olan isimlə təyin olunur : His signing impressed me greatly - Onun oxumağı məni çox mütəəssir etdi.

Feli xüsusiyyətləri :

Zaman xüsusiyyəti və təsirli fellərdən düzələn gerundların həm də növ xassəsi var :

Active :
Indefinite : Writing
Perfect : Having written

Passive :
Indefinite : being written
Having been written

Gerund qeyri-müəyyən formada işlənərkən ifadə etdiyi hərəkət şəxsli felin bildirdiyi hərəkətlə eyni vaxtda olur. Məsələn : I'dont mind your smoking here - Burada siqarət çəkməyinizə etiraz etmirəm ; She walked without turning her dead - O, başını çevirmədən gedirdi ; I will not leave without talking to her - Mən onunla söhbət etmədən getməyəcəyəm : The thief denied having stolen the car - Oğru maşını oğurladığını dandı.

To intend , to insist , to hope və s. fellərlə işlənərkən qeyri-müəyyən formalı gerund gələcək zamana aid olan hərəkətləri də göstərə bilir : He intends to take an opportunity of speaking to Tom tonight - O,bu axşam Tomla danışmaq imkanı tapmaq fikrindədir.

Gerund da zərflə təyin olunur : After looking through the papers carefully she put them on the table - O,qəzətləri diqqətlə nəzərdən keçirdikdən sonra onları stolun üstünə qoydu

Gerunddan sonra tamamlıq işlənə bilir : I don't mind accepting the invitation - Mən dəvəti qəbul etməyə etiraz etmirəm

Mübtəda funksiyasında : Smoking is forbidden here - Burada siqarət çəkmək qadağandır ; My praising cheered him up - Mənim tərifləməyim onu ruhlandırdı. Bu funksiyada Gerund xəbərdən sonra da işlənə bilir. Belə halda cümlə it formal mübtəda ilə başlayır : It's no use talking about him - Onun barəsində danışmağın heç bir faydası yoxdur.

Predikativ funksiyasında : My aim is making you happy - Mənim məqsədim səni xoşbəxt etməkdir.

Mürəkkəb feli xəbərin bir hissəsi kimi :
Gerund to finish, to continue, to begin, to stop felləri ilə birlikdə feli xəbər yaradır : He continued playing the piano - O piano çalmağa davam etdi.

Tamamlıq funk :
Gerund həm vasitəsiz, həm də sözönlü vasitəli tamamlıq kimi işlənir :

Vasitəsiz : He minded accepting the proposal - O təklifi qəbul etməyə etiraz etdi

Sözönlü vasitəli : I'm afraid of being late - Gecikməkdən qorxuram ; She insisted on sharing the dinner with me - O təkid etdi ki mən onunla nahar edim

Təyin funk :
Bu funk. gerund həmişə sözönü ilə işlənir : There are different ways of teaching English - İngilis dilini öyrətməyin müxtəlif yolları var.

Zərflik funk : After reading the advertisement they walked away (zaman zərfliyi kimi)  - Onlar elanı oxuyandan sonra çxııb getdilər ; I felt very well for having a good time with my old friends (səbəb zərfliyi kimi) - Köhnə dostlarımla yaxşı vaxt keçirdiyim üçün özümü çox yaxşı hiss etdim.

Gerund dilimizə isim, məsdər, feli bağlama və budaq cümlə ilə tərcümə olunur :
İsim kimi :
His unexpected coming surprised everybody - Onun gözlənilməz gəlişi hamını təəccübləndirdi

Məsdər kimi :
My hobby is collecting stamp - Mənim hobbim marka toplamaqdır.

Feli bağlama kimi :
On hearing the news she didn't know what to do - Xəbəri eşidəndə o bilmədi ki,nə etsin

Budaq cümlə kimi :
I remember seeing him somewhere - Mən xatırlayıram ki, onu haradasa görmüşəm (yaxud mən onu haradasa gördüyümü xatırlayıram)

Bəzi fellərdən sonra çox zaman məsdər deyil, yalnız Gerund işlənə bilər :

To Avoid - Çəkinmək,Kənar gəzmək,Boyun qaçırmaq
To Delay - Təxirə salmaq
To Finish - Bitirmək,Sona çatdırmaq
To Postpone - Sonraya qoymaq,Təxirə salmaq
To Put off - Sonraya qoymaq,Təxirə salmaq
To Go on - Davam etmək
To Give up - Tərgitmək,Atmaq,Əl çəkmək
To Excuse - Bağışlamaq
To Mind - Etiraz etmək
To Enjoy - Həzz almaq

They delayed starting for the North - Şimala yola düşməyi təxirə saldılar.

Onlardan sonra həm Gerund, həm də məsdər işlənə bilən fellər :

To Start - Başlamaq
To Begin - Başlamaq
To Continue - Davam etmək
To Like - Xoşlamaq
To Love - Sevmək
To Hate - Nifrət etmək
To Prefer - Üstünlük vermək,Üstün tutmaq
To Intend - Niyyətində olmaq
To Propose - Təklif etmək
To be Afraid - Qorxmaq

They started discussing (to discuss) the problem - Onlar problemi müzakirə etməyə başladılar.

To Stop,To Remember və To Forget fellərindən sonra məsdərin yaxud Gerundun işlədilməsindən asılı olaraq, cümlənin mənası dəyişir. To remember felinden məsdər gələrsə hərəkət gələcəyə, gerund gələrsə keçmişə aid olur : I remember seeing this book in the bookshop - Mən bu kitabı kitab mağazasında gördüyümü xatırlayıram ; I remember to speak to you about it - Sizinlə bu barədə danışacağım yadımdadır ; He forget opening the window - O, pəncərəni açdığnı unutdu(O unutdu ki,pəncərəni açıb) ; He forgot to open the window - O,pəncərəni açmağı unutdu.

Gerund və Feli isim :

Ing şəkilçisi ilə feldən əmələ gələn isimlər formaca gerunda bənzəyir. Lakin aralarında kəskin fərqlər var.

Feli isimlər artiklla,Gerundlar isə heç bir artiklla işlənmir : The building is away from here - Bina buradan uzaqdır (isim) ; The insist on building the bridge in that place - Onlar o yerdə körpü tikməkdə təkid edirlər (gerund)

Feli isim sifətlə,gerundlar zərflə təyin olunur : His quick understanding made the work easier (isim) - Onun tez başa düşməsi işi asandlaşdırdı ; Her understanding it quickly was very pleasant (gerund) - Onun bunu tez başa düşməsi çox xoş idi.

Feli ismin cəm forması var, gerundun isə yox : The running of the water was heard far away (isim) - Suyun axması uzaqlardan eşidilirdi ; Running in the open air is good for health (gerund) - Açıq havada qaçmaq sağlamlığa xeyirdir.

***
Gerund yiyəlik halda olan isim və əvəzliklərlə işlənə bilir : Everybody looked at Paula's laughing - Hamı Paulanın gülməyinə baxdı ; I don't understand you answering - Sənin cavabını başa düşmürəm.

Present Participle-dan fərqli olaraq Gerund sözönü ilə işlənə bilir (sözönlü zərflik və sözönlü təyin rolunda) : The firemen got into the house by breaking the windows - Yanğın söndürənlər pəncərələri sındıraraq içəri daxil oldular.

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq