Complex Object/Mürəkkəb tamamlıq

İsim/Obyekt əvəzliyi + Məsdər = Mürəkkəb tamamlıq və ya tamamlıq-məsdər tərkibi (Complex Object) və əsasən arzu,xahiş,əmr,fərziyyə,icazə,qavrayış mənalarını ifadə edən fellərdən sonra işlənir.

Mübtəda + Xəbər + Mürəkkəb tamamlıq + Digər üzvlər : I want you to go home

Əmr cümləsində ; Xəbər + Mürəkkəb tamamlıq + Digər üzvlər : Let me drink my tea

Mürəkkəb tamamlıqda ikinci fel ya "to"lu, ya "ing"li, ya da ki sadə formada olmalıdır. Bunlar isə əsas felə bağlıdır. Tamam, yəni birinci tərəf isə ya obyekt əvəzliyi, ya qeyri-müəyyən,təyini və inkar əvəzlikləri, ya da adlıq halda olan isimlə (His nephew, Hasan və s. ) ifadə olunur

a) Make (məcbur etmək mənasında) və let (icazə/imkan vermək mənalarında) fellərindən sonra gələn fel sadə formada olur : Teacher made the students do their homework correctly

Qeyd 1 : Make və Let həmçinin özündən sonra  -ing tələb edən fellər məchul formada işlənərsə,bu zaman onlarda sonra məsdər qarşısında to olur : She was made to repeat the story

Qeyd 2 : Make feli "düzəltmək" mənasında to-lu məsdərlə işlənir

b) Aşağıdakı fellərdə sonra ya ing ya da to-suz məsdər işlənməlidir :
To feel/To hear/To observe/To notice/To see/To watch play or playing/come or coming/help or helping : I hear him speaking * Bi fellər məchul növdə olanda məsdər to ilə işlənir

c) Aşağıdakı fellərdən sonra to hissəcikli məsdər işlənməlidir :

To Ask/To Advise/To Beg/To Expect/To Invite/To Recommend/To Order/TobPersuade/To Remind/To Suggest/ToTell/To Teach/To Warn/To Want/Would like : I want you to come with me ; They expected all the applicants to be well-educated

İsim yaxud obyekt halında şəxs əvəzliyi və feli sifətdən ibarət ibarət tərkib işlənir. Tamamlıq feli sifət tərkibi hiss və əqli qavrayış ifadə edən to see,to feel,to find,to consider və s. fellərdən sonra işlənir : I heard someone knocking at the door - Mən kiminsə qapını döydüyünü eşitdim = Mən eşitdim ki,kimsə qapını döyür. Bu tərkib cümlədə mürəkkəb tamamlıq funksiyasını daşıyır.

P2 mürəkkəb tamamlığın tərkibində,əsasən "to have + vasitəsiz tamamlıq + P2" konstruksiyasında işlənir. Bu konstruksiya hərəkətin mübtəda deyil, başqa bir şəxs tərəfindən icra olunmasını bildirir : She must have her hair cut - Saçını kəsdirməlidir ; I'II have my photo taken - Şəklimi çəkdirəcəyəm

Comments

  1. Replies
    1. Elede dedizki Bir pox bawa duwmedim.Guya siz her seyi bilirsiniz ve bunu bilmirsinizde bundan hecne basa dusmursunuz amma yerde qalan her sey eladir onlari basa dusursunuz?MEnce lazimi qeder yaxsidi siz boyuk ehtimalla orta mektebde oxumamisiniz :D

      Delete
    2. Be oxumuyan girir baxır oxuyib bilən bunu başa düşər də bəs qarışıqdı cox

      Delete
  2. Eslinde yaxsidi ama aydin deyil men bildiyim ucun basa dusdum

    ReplyDelete
  3. İzah üçün təşəkkürlər.

    ReplyDelete
  4. İzahiniz ucun cox sagolun.. Amma biraz daha genis olsaydi daha yaxsi olardi. Çunki məlumati olmayan hecne bada dusmez esasende feller haqqindaki movzude

    ReplyDelete
  5. heçne başa düşmedim Çox pis izah olunub

    ReplyDelete
  6. Daha aydın şəkildə izah oluna bilərdi.Məlumat çox qısadır.İlk dəfə öyrənməyə çalışan birisi bir şey anlamaz.

    ReplyDelete
  7. Biraz geniş yazsanız əla olar.Ayrıntılarıyla yazın qaydaları.ÇOX ADAM BILIR MUREKKEB TAMAMLIQ NƏDI,AMMA ESAS MƏSƏLƏ ONU INCƏLIYINƏ QƏDƏR IZAH ETMƏKDI!!!!

    ReplyDelete
  8. Bir az daha gesey izah oluna bilerdi

    ReplyDelete
  9. razıyam əksəriyyətlə anlaşılmır, pis və qarışıq izah olunur.

    ReplyDelete
  10. Çox sağolun eziyyetiniz üçün

    ReplyDelete
  11. Belə yaxşıdı amma ingilis dilində yazılmış cümlələri Azərbaycan dilində tərcümə olunsa daha yaxşı olar

    ReplyDelete
  12. yaxsidi azda olsa basa dusdum cunki kecmemisem

    ReplyDelete
  13. qaydani bile bile burdan hecne qanmadim sagolun

    ReplyDelete
  14. To make fire duzgundur yoxsa to take a fire?

    ReplyDelete
  15. 1490 sat almisam, bir pox basa dusmedim

    ReplyDelete
  16. Great and I have a dandy proposal: What To Expect When Renovating A House contractor for home renovation

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Gerund/Cerund