The Pronouns/Əvəzlik - 4. Reciprocal Pronouns/Qarşılıq əvəzlikləri

Qarşılıq əvəzlikləri/Reciprocal Pronouns :

İngilis dilində 2 qarşılıq əvəzliyi var : Each other(Bir-birini) və One Another(Bir-birinə). Adətən "each other" iki şəxsə, "one another" isə iki və daha çox şəxsə aid olur. Lakin bu qayda heç də həmişə gözlənilmir. Bəzən bir-birlərinin yerinə də işlənə bilirlər : He and I looked at one another

Qarşılıq əvəzlikləri cümlədə adətən tamamlıq funksiyasında çıxış edir : Anar and Samir greeted each other (Anar və Samir bir-birini salamladı) ; We all try and help one another (Biz hamımız çalışıb bir-birimizə kömək edirik).

Qarşılıq əvəzliklərinin yiyəlik hal forması var : each other's ; one another's : They didn't know each other's addresses(Onlar bir-birinin ünvanını bilmirdilər) ; They often stayed one another's houses (Onlar tez-tez bir-birinin evində qalardılar).

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund