The Pronouns/Əvəzliklər - 6. Interrogative Pronouns/Sual Əvəzlikləri

Sual əvəzlikləri/Interrogative pronouns :

Who,Whom,Whose,Which,What. Sual əvəzlikləri sual cümlələrində işlənir və bir qayda olaraq cümlənin əvvəlində işlənir.

a) Who (Kim) - hər zaman canlı varlıqlarla (insanlarla) işlənir və bu əvəzliyin 3 halı var :

Adlıq hal (Nominative Case) - Who ; Obyekt Hal (Objective Case) - Whom ; Yiyəlik Hal (Possesive Case) - Whose

Obyekt halda "who" yerində "whom" istifadə edilir. Əgər "who" mübtədanın sualı olarsa fel 3-cü şəxsin təkində olur və bu əvəzliklərdən sonra "do,does,did" istifadə edilmir. "Who" mübtədanın sualı olduqda və xəbər ismi xəbərlə ifadə olunduqda, bu halda "who" ismi xəbərlə kəmiyyətə görə uzlaşmalıdır : Who are your best classmates at school ; who is this man.

b) whom (kimə,kimi) - Bu əvəzlik cümlədə  tamamlıq kimi çıxış edir. Whom əvəzliyinin yerinə who sual əvəzliyi də istifadə edilir. Whom əvəzliyi sözönlərinən də işlənir : Whom did you invite to your birthday. Sözönləri ilə işləndiyi zaman whom əvəzliyinin yerinə who əvəzliyi işləndikdə sözönü feldən sonra gəlir : To whom do you want to speak ?  - Who do you want to speak to ? ; By whom are the flowers watared ? - Who are the flowers watered by ? ; With whom do you eat fish ? -Who do you eat fish with ?

c) Whose ( kimin ) - sual əvəzliyi sahiblik bildirir. Adətən aid olduğu ismin qarşısında işlənir. Whose əvəzliyi ilə ismin arasında heç bir artikl işlənmir : Whose car is that ? Whose gloves are these ?

d) Which (hansı ) -bu əvəzlik hər hansı insan ya da əşya qrupundan birini ayırd edib seçmək üçün istifadə edilir. Qeyd etdiyimiz kimi həm canlılarla həm də cansızlarla istifadə edilir : Which teacher did you see ? ; Which notebook do you want to buy ? ; Which pens are yours ?

Which əvəzliyi işlənən ismin qarşısına təyinedici olmaz. Əgər "which" əvəzliyi "of" sözönü ilə işlənərsə bu zaman isim cəmdə cümlənin xəbəri isə təkdə olur : Which of the teachers at Hadaf courses is your favourite ? Which + of + the those/these/ yiyəlik əvəzlik. Adils' + cəm isim + tək xəbər

e) What (nə) - sual əvəzliyi ümumiyyətlə cansız varlıqlarla işlənir ."What" əvəzliyi mübtəda funksiyasında işləndiyi zaman fel həmişə təkdə olur : What caused the accident ? ; What has happened after that ?
Sənət,peşə və vəzifə soruşulduğu zaman "what" əvəzliyi şəxsə aid edilir : What is your Father ? - He is a teacher

Bu əvəzlik "necə, nə cür" kimi də tərcümə olunur. Bu zaman sifəti əvəzlik kimi isimlə işlənir. What-dan sonra gələn ismin qarşısında artikl olmur : What book (books) do you want to read ? ;  What colour do you like the most ?

Əlavələr :

What time ? - Nə zaman ?
How ? - Necə ?
How much ? - Nə qədər ?
How many ? - Neçə dənə ?
How often ? -Nə qədər sıxlıqla ?
How long ? - Nə qədər müddət ?

Qeyd : What + isim = Which. Ancaq Which limitli şeylər içindən seçim edəndə istifadə edilir, What+ isim isə limitsizlər içindən

How yalnız işləndikdə "necə" mənasına gəlsə də How + sifət/zərf olduqda "nə qədər...(çox/sıxlıqla və s.)" mənası daşıyır.

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund