The Pronouns/Əvəzlik - 9. Defining Pronouns/Təyini Əvəzliklər

9. Təyini əvəzliklər/Defining pronouns :

All,Both,Other,Another,Each,Either,Every(everyone,everybody,everything)

a) All (Hamı(sı),bütün,hər şey) - bu əvəzliyin aşağıdakı xüsusiyyətləri var :

Həm isimlə həm də isimsiz işlənə bilir. İsimsiz işləndiyi zaman əgər canlıları ifadə edərsə (hamı) xəbər cəmdə, cansızları ifadə edərsə (hər şey) xəbər təkdə olur : All are ready to play football (Hamı futbol oynamaq üçün lazımdır) ; All is (was) ready for their wedding ceremony (Onların toyu üçün hər şey hazırdır)

Bu əvəzlikdən sonra həm sayılan (tək/cəm) həm də sayılmayan isim işlədilə bilər : She has eaten all the cake (O bütün şirniyyatı yedi) ; All the plants need water ( Bütün bitkilərin suya ehtiyacı var) ; All the furniture was packed (Bütün mebəllər qablaşdırıldı)

Diqqət et : All of + the/these/them/yiyəlik

"The" artiklı,yiyəlik və işarə əvəzlikləri "all" əvəzliyindən sonra işlədilir : All my life ; All the books ; All these books

"All" və "The whole" :

Təkdə olan sayılan isimlərin qarşısında "all" əvəzliyinin yerinə "the whole" əvəzliyindən də istifadə edirlər. Lakin "all" əvəzliyindən fərqli olaraq "the" artiklı,yiyəlik və işarə əvəzlikləri "whole" əvəzliyinin qarşısında işlədilir : the whole book ; all my luggage ; all the summer ; She has eaten all the cake = She has eaten the whole cake

Diqqət et : "The whole" əvəzliyindən sonra heç vaxt cəmdə olan və ya sayılmayan isim işlədilmir.

Zaman anlayışlarının qarşısında eyni mənada həm "all" , həm də "the whole" əvəzliyi işlədilə bilər : All(The) day/week/morning/time = The whole day/week/morning/time

Şəxs əvəzlikləri "all" əvzəliyinin qarşısında işlədilə bildiyi halda (hamısı) ,obyekt əvəzlikləri "of" sözönü ilə birlikdə "all" əvəzliyindən sonra işlədilir : You all know it ; We all love him ; He invited all of us ; I know all of them

We all - biz hamımız = all of us - bizim hamımız ;
You all - siz hamınız = all of you- sizin hamınız ;
They all - onlar hamısı = all of them - onların hamısı ;

Lakin "all" əvəzliyi " to be " köməkçi felindən sonra işlədilir :We are all glad to see you ; They are all at home

Xəbər mürəkkəb fel forması (köməkçi fel + əsas fel) ilə ifadə edilərsə, "all" əvəzliyi köməkçi feldən sonra işlədilir : They have all gone to school

Əgər köməkçi fel iki tərkib hissədən ibarətdirsə, "all" birincidən sonra işlədilir : They have all been informed about it

"All" əvəzliyi canlıları ifadə etdikdə "everybody/everyone" əvəzliklərinə, cansızları ifadə etdikdə isə "everything" əvəzliyinə uyğun gəlir. Lakin "everybody/everyone" əvəzliklərindən fərqli olaraq bu mənada "all"əvəzliyindən sonra fel və "to be" həmişə cəmdə olur : Everybody is at school = All are at school ; Everything is ready =All is ready

"Not + all" birləşməsi mənaca inkarlıq bildirir və həmişə təsdiq cümlələrdə işlədilir : Not all boys went there (Bütün oğlanlar ora getmədi)

"All" əvəzliyi vasitəsi ilə bir neçə sabit birləşmələr formalaşır :

All over - bütün/üzrə  : All over the world(Bütün dünya üzrə) ; All right- Yaxşı : All right, I'll help you (Yaxşı,sənə kömək edəcəm) ; After all - sonda/axır ki : I was right after all ( Sonda, mən düz çıxdım) ; At all - tamam,ümumiyyətlə. Bu ifadə inkar cümlələrdə işlədilir : He did not come at all ( O, ümumiyyətlə gəlmədi) ; first of all - hər şeydən öncə/əvvəl : I must learn English first of all ( Hər şeydən əvvəl mən ingilis dilini öyrənməliyəm) ; best/most of all - hamıdan çox/hamıdan yaxşı ; hər şeydən çox/hər şeydən yaxşı : I love him most of all ( Mən onu hamıdan çox sevirəm)

b) Both (Hər iki(si) ) - Bu əvəzlik iki şəxsi, əşyanı və ya fikri ifadə etmək üçün istifadə edilir. "Both" əvəzliyi həm isimsiz, həm də sayıla bilən cəmdə olan isimlərlə işlənə bilir. Xəbəri hər zaman cəmdədir : Both books ; Both books are interesting (Kitabların hər ikisi maraqlıdır)

Both + (of) + the/İşarə və ya obyekt əvəzlikləri/Yiyəlik hal

Both of the girls - Both girls
Both of these girls - Both these girls
Both of the girls are beautiful (Qızların hər ikisi gözəldir)
We both = both of us (Bizim hər ikimiz)
You both = both of you (sizin hər ikiniz)
They both = both of them (onların hər ikisi)
Both of them are at home (Onların hər ikisi evdədir)

Both mübtəda vəzifəsində (tək) çıxış etdikdə də ondan sonra xəbər həmişə cəmdə gəlir : Both have come in time ; Both are ready

Qeyd : Both....and.... həm...həm də... "Both...and.."bağlayıcı tərkibindən sonra da xəbər həmişə cəmdə olur : Both boys and girls are ready (Həm oğlanlar,həm də qızlar hazırdırlar)

c) Either (İkisindən biri/istədiyin biri/biri/bu və ya digər). Either əvəzliyi özündən sonra təkdə olan sayılan isim tələb edir : Either book. Either əvəzliyi daha çox seçim mənasında söhbət iki şəxs və ya əşyadan getdikdə işlədilir : Both books are interesting (Kitabların hər ikisi maraqlıdır). You may take either (book) ( Sən istədiyin birini götürə bilərsən).

Either + of + the/İşarə və ya obyekt əvəzlikləri/yiyəlik hal. Diqqət etmək lazımdır ki,belə birləşmələrdə isim cəmdə,xəbər isə təkdə olmalıdır : Either of the girls ; Either of these girls ; Either of the girls is clever

Qeyd : Either...or... ya da... "Either ...or..."  bağlayıcı tərkibindən sonra xəbər kəmiyyətcə "or" bağlayıcısından sonra gələn sözlə uzlaşır : Either my sister or her friends are there (Ya mənim bacım, ya da onun rəfiqələri oradadırlar).

d) Other (Başqa/digər/ayrı) - bu əvəzlikdən sonra ümumiyyətlə sayılmayan isim,eləcə də cəmdə olan isim işlədilir : other books,other coffee ; Are there any other students ?

Haqqında danışılan isim müəyyəndirsə,other əvəzliyinin qarşısında "the" ariklı işlədilməlidir. "The Other" əvəzliyindən sonra ya sayılan tək isim, ya da cəm isim işlənir. Xəbəri təkdə olur. Bu əvəzlikdən sonra isim gəlməyə də bilər : Could you give me the other book ? ; They have two daughters. One of them is married but the other isn't

Diqqət et : Other + plural noun : Other Books ; The other + singular or plural nouns : The other book; The other books

No + other birləşməsindən sonra isim və xəbər həm təkdə,həm də cəmdə işlədilə bilər. "No" ilə isə artikl işlənmir : No other boys is as tall as John ; No other boys are as tall as John

Others (Başqaları,digərləri) - əvəzliyindən sonra isim işlədilə bilməz. Xəbəri cəmdə qəbul edilir : I only know about this book,but there might be others (=other books) ; There are seven new students in our group (Bizim qrupda 7 yeni tələbı var). Some of them are from Turkey, the others are from Russia (Onların bəziləri Türkiyədən,digərləri isə Rusiyadandırlar). (The) other - başqa,digər / (The) others - başqaları,digərləri

Other əvəzliyinin yiyəlik halı : Irene and Ann went with me (İren və Anna mənimlə getdi ). Irene walked behind (İren arxada gəlirdi). I held other's hand (Mən o birinin əlindən tutdum)

Another  "an" qeyri-müəyyən artiklı ilə "other" əvəzliyinin birləşməsindən düzəldiyi üçün yalnız təkdə olan sayılan isimlərin qarşısında işlədilir : another book. Another təyini əvəzlikdir. Bu əvəzliyin iki mənası var :

1) Başqa bir/biri (əvvəl sözü gedəndən fərqli) - That's nice. You have read this. I'll give you another book

2)Əlavə bir(biri) - It was very taste. Bring me another apple. Haqqında danışılan ismi təkrar etməmək üçün "another + one" birləşməsindən istifadə edilir : I have read this book. Give me another one (Mən bu kitabı oxumuşam. Mənə başqa birini verin)

Qeyd : No + Other olduğu halda "No" "another" ilə işlənmir.

e) Each - Hər/hər bir/hər biri (ayrı-ayrılıqda)
Every - Hər/Hər bir (bütünlüklə)

Each/every əvəzlikləri yalnız sayıla bilən tək isimlərlə işlədilir və bu zaman isimlə birlikdə artikl işlənməz : each book; every book

Bu əvəzliklər mənaca bir-birinə çox yaxın olsalar da onların arasında aşağıdakı fərqlər vardır :

1) "Each" əvəzliyinin ifadə etdiyi mənada isimlər ayrı-ayrılıqda sadalansa da,"every" əvəzliyinin ifadə etdiyi mənada onlar formaca təkdə mınaca cəmdə götürülür : There are two or more players in a game of tennis. Each player has a rocket (Tenis oyununda iki və ya daha çox oyunçu olur. Hər bir oyunçunun raketkası var) ; Every pupil must respect teachers = All pupils must respect teachers (Hər bir şagird müəllimlərə hörmətlə yanaşmalıdır)

2) "Each" əvəzliyi məhdud sayda əşya və ya şəxsə aid edilə bilər, "every" əvəzliyinsə isə bu xüsusiyyət yoxdur. "Every" əvəzliyi isə qeyri-məhdud sayda olan isimləri formaca təkdə mənaca cəmdə ifadə edir : My father bought two books yesterday. Each book was interesting (Atam dünən iki kitab aldı. Hər bir kitab maraqlı idi) ; I love reading. I have read every book in the library (Mən mütaliəni sevirəm. Kitabxanada hər bir kitabı oxumuşam)

3) Each əvəzliyi isimsiz işlədilə bildiyi halda, every əvəzliyindən sonra mütləq isim işlədilməlidir : My father bought two books yesterday. Each was interesting ; My father bought two books yesterday. Every book was interesting.

4) Every + one + of + the/işarə və ya obyekt əvəzlikləri/yiyəlik hal. Bu birləşmədə də xəbər həmişə təkdə olur : every one of the bookS

Everybody/everyone - hər kəs/hamı. Bu əvəzliklər bir-birini əvəz edə bilir. Ümumi halda mübtəda və ya tamamlıq funksiyasında olurlar. Mübtəda olduqları zaman xəbər təkdə olur : Everybody(everyone) is ready.

Everybody/Everyone əvəzliklərinin yiyəlik halı da var : Everybody's (everyone's) life will be enden one day

Everything - Hər(bir) şey. Əşyalara,heyvanlara,mücərrəd isimlərə aid olur : I haven't packed everything yet. You can not know everything

Bu əvəzliklər eyni zamanda həm təsdiq,həm inkar, həm də sual cümlələrdə işlədilə bilər

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund