The Pronouns/Əvəzlik - 1. Personal Pronouns/Şəxs Əvəzlikləri

Əvəzliklər isim və sifətin əvəzinə işlədilən nitq hissələridir.

1. Şəxs əvəzlikləri(Personal Pronouns) :
2 yerə bölünülər :

a) Adlıq hal(Nominative Case
b) Obyekt Hal (Object Case)

Adlıq Halda olanlar :

I - Mən
You -Siz/Sən
He - O(k.c)
She - O(q.c)
It - O(o.c)
We - Biz
They - Onlar

It şəxs əvəzliyi cansız əşyanı,yaxud heyvanı bildirən isimləri və child (uşağın cinsi bəlli olmadıqda) ismini əvəz edir.

It şəxs əvəzliyi "Bu" işarə əvəzliyi mənasında da işlədilə bilir : It is a book (Bu kitabdır)

It əvəzliyi eyni zamanda şəxsiz cümlələrin düzəldilməsində də iştirak edir,lakin bu halda Azərbaycan dilinə tərcümə edilmir : It is my birthday today (Bu gün mənim ad günümdür)

Normalda cansız və heyvan adları üçün "it"istifadə edilsə də bəzən maşın,planet,gəmi,ölkə və bəzi kiçik və zəif heyvanlar üçün "it" yerinə "She" istifadə edilir

b) Obyekt Hal (Object Case) : Cümlədə adətən tamamlıq olur və ümumiyyətlə sözönlərdən və feldən sonra işlənir.

Me - Mənə,Məni
You - Sənə/Sizi
Him - Ona,Onu(k.c)
Her - Ona,Onu(q.c)
It- Ona,Onu(o.c)
Us - Bizə,Bizi
Them - Onları,Onlara

Diqqət etmək lazımdır ki,sözönləri ilə işləndikdə dilimizə daha çox yiyəlik əvəzlikləri kimi tərcümə edilir : Fuad will come with him - Fuad onunla gələcək.

Bəzən qarşımıza iki cür çıxa bilər : I gave a flower to her / I gave her a flower - Ona bir gül verdim. Əgər obyekt əvəzliyi cümlədə tamamlıqdan sonra istifadə edilibsə,vəziyyətə görə "to" və ya "for" istifadə etmək lazımdır

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund