The Pronouns/Əvəzlik - 7. Conjuctive Pronouns/Bağlayıcı Əvəzliklər

Bağlayıcı əvəzlikləri/Conjunctive pronouns :

Bağlayıcı əvəzliklər formaca sual əvəzlikləri ilə eynidir : who,whom,whose,which,what. Onlar mübtəda, xəbər yaxud tamamlıq budaq cümlələrini baş cümləyə bağlayır və həmin cümlələrdə mübtəda, mürəkkəb xəbərin ad hissəsi (prediaktiv) , tamamlıq habelə təyin funksiyasında olur: What he said is quite true (mübtəda budaq cümləsi) - Onun dediyi (dediyi şey) tamamilə doğrudur ; Who was the winner was known(mübtəda budaq cümləsi) - Qalibin kim olduğu məlum deyildi ; The question is whom we must consult now (prediaktiv budaq cümləsi) - Məsələ ondadır ki, indi biz kiminlə məsləhət etməliyik ; The problem was which way we should follow (prediaktiv budaq cümləsi) - Məsələ onda idi ki, biz hansı yolla getməliyik.

Azərbaycan dilinə öz mənalarında tərcümə olunurlar. Bu əvəzliklər adətən feldən sonra gəlirlər : I know who made this - Bunu kimin etdiyini bilirəm ; I don't know whose car is that -O maşının kimin olduğunu bilmirəm ; My brother didn't know which book is interesting - Qardaşım hansı kitabın maraqlı olduğunu bilmirdi ; Our teacher always knows what his students want - Bizim müəllimiz hər zaman şagirdlərin nə istədiyini bilir.

Bundan başqa How/How often/How long/How much/What time kimi digər sual əvəzlikləri də "Bağlayıcı əvəzlik" vəzifəsində istifadə edilə bilir

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund