The Pronouns /Əvəzliklər - 3. Reflexive Pronouns/Qayıdış Əvəzlikləri

Qayıdış əvəzlikləri(Reflexive Pronouns) :

Myself - Özüm
Yourself -Özün
Himself - Özü (k.c)
Herself - Özü (q.c)
Itself - Özü (o.c)
Ourselves - Özümüz
Yourselves - Özünüz
Themselves - Özləri

Bütün şəxs əvəzliklərinin müvafiq qayıdış əvəzliyi var. Qayıdış əvəzlikləri obyekt və yiyəlik əvəzliklərinin üzərinə təkdə "self" və cəmdə "selves" əlavə etməklə düzəlir

Qayıdış əvəzlikləri daha çox cümlənin sonunda,ya da aid olduğu şəxs əvəzliklərindən sonra işlədilir : I can do it myself/I myself can do it

QEYD : Qayıdış əvəzlikləri 3 halda işlənir :

1) Hərəkətin icraçının öz üzərinə keçməsini bildirmək üçün (Reflexive Pronouns Proper) ; bu halda qayıdış əvəzliyi cümlədə tamamlıq funksiyasında çıxış edir : He introduced himself (O özünü təqdim etdi) ; I live by myself (Mən tək yaşayıram)

2) Hərəkətin şəxsin özü tərəfindən icra olunmasını nəzərə çatdırmaq üçün ( Emphasizing Pronouns). Bu halda qayıdış əvəzliyi Azərbaycan dilindəki öz(üm),özü əvəzliklərinə müvafiqdir və yalnız ismin,yaxud əvəzliyin mənasını qüvvətləndirir . O,xəbərdən əvvəl,həm də ondan sonra gələ bilər : They want to go there themselves (Onlar ora özləri getmək istəyirlər) / They themselves want to go there (Onlar özləri ora getmək istəyirlər) .

3) Özündən əvvəl gələn obyekti və ya şəxsi vurğulamaq üçün : I want to talk to the boss himself (Müdirin özü ilə danışmaq istəyirəm)

Qayıdış əvəzlikləri sözönü ilə işlədilə bilir : Sometimes I talk to myself

"By" ilə işlənən qayıdış əvəzlikləri hadisənin tək başına icrasını bildirir. By myself... = on my own... = Təkbaşıma...  : I like living by myself

Wash/Shave/Dress/Concentrate/Feel/Relax/Meet - Felləri heç vaxt qayıdış əvəzlikləri ilə işlədilmirlər : How do you feel

Əmr cümlələrində müraciət olunan şəxsə əlaqədar olaraq qayıdış əvəzliklərinin işlənməsinə diqqət edilməlidir. Yəni cümlədə xitab olub olmadığına diqqət etmək lazımdır : Adil, do exercises yourself - Adil, çalışmalarını özün et/Adil does exercises yourself - Adil çalışmalarını özü edir

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund