The Pronouns/Əvəzlik - 2. Possesive Pronouns/Yiyəlik əvəzlikləri

Yiyəlik əvəzlikləri mənsubiyyət bildirir. Hər bir şəxs əvəzliyinə müvafiq yiyəlik əvəzliyi var. Yiyəlik əvəzliklərinin 2 forması var :

a) Asılı forma (Dependent/Conjoint form) - isimlə işlənən (özündən sonra isim tələb edən) forma.

b) Müstəqil forma(Absolute form) - ismi əvəz edən,yəni isimsiz işlənən (özündən sonra isim tələb etməyən) forma.

Asılı Forma :

My - Mənim
Your - Sizin/Sənin
His - Onun (k.c)
Her - Onun(q.c)
Its - Onun(o.c)
Our - Bizim
Their - Onların

On my own ... = Təkbaşıma ...

I like living on my own (Təkbaşıma yaşamağı sevirəm)

Bu əvəzliklər eyni məna kəsb edən "all" əvəzliyindən sonra,"whole" əvəzliyindən əvvəl işlədilir : All my life/My whole life

Müstəqil forma :

Mine - Mənimki
Yours -Səninki/Sizinki
His - Onunki(k.c)
Hers - Onunki(q.c)
Its - Onunki(o.c)
Ours - Bizimki
Theirs - Onlarınki

Bu əvəzliklərdən sonra heç vaxt isim işlədilmir : This is my book / This book is mine

Bu əvəzliklər "of" sözönü ilə işlədildikdə dilimizdə isimli yiyəlik əvəzlikləri kimi tərcümə edilir : a book of mine -mənim kitabım

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund