The Pronouns/Əvəzlik - 11. Indefinite Pronouns/Qeyri-müəyyən Əvəzliklər

Qeyri-müəyyən əvəzliklər/indefinite pronouns :

Some, much, many, (a) little, (a) few , one, any (və onun törəmələri)

a) Some (bir neçə,bir qədər,bəzi). Some+sayıla bilən cəm : Some books ; Some + sayılmayan : Some coffee. Sayılmayan ismin qarşısındakı işlədildikdə adətən dilimizə tərcümə edilmir : Some coffee - (müəyyən qədər) kofe. Some "bir neçə,müəyyən qədər" mənalarında yalnız təsdiq cümlələrində və təklif/xahiş bildirən ümumi sual cümlələrində işlədilir : I bought some flowers (Mən bir neçə gül aldım) ; Would you like some coffee (Siz kofe istərdinizmi ?) Some "bəzi" mənasında həm təsdiq, həm inkar, həm də sual cümlələrində işlədilə bilər : Some students don't want to go there (Bəzi tələbələr ora getmək istəmir) ; Some girl love football in our group (Bizim qrupda bəzi qızlar futbolu sevir)

Some of + the/these/yiyəlik/them +... Some of the boyS ; Some of these bookS

Some sayıla bilən cəm və sayıla bilməyən isim əvəzinə də işlənə bilir : She wants some new magazines. I have sent her some (O, bir neçə təzə jurnal istəyir. Mən ona bir neçəsini göndərmişəm) ; She wants to have coffee. Give her some (O,kofe içmək istəyir. Ona bir qədər (kofe) verin)

Some saylardan əvvəl işlənərək təxminən mənasını verir : There were some seventy students in the hall (Zalda təxminən 70 tələbə var idi)

Some sayıla bilən tək isimlərlə də işlənə bilir. Bu zaman hər hansı,istənilən mənasında olur : Give me some book to read (Mənə oxumağa hər hansı kitab verin)

b) Any hər hansı, bir neçə, bir az, heç deməkdir. Any sayıla bilən cəm və sayılmayan isimlərlə işlənir və eyni zamanda da bu isimləri əvəz edə bilir (əgər əşyanın adı əvvəlcədən çəkilibsə). Bu halda o "heç bir" mənasında olur. Əksər hallarda dilimizə tərcümə edilmir. Any yalnız inkar və sual cümlələrində işlədilir : I did not buy any flowers (Mən gül almadım) ; Have you got any questions ? (Sənin hər hansı bir sualın var?)

Any of + the/these/yiyəlik/them... Any of the boys

Any hər hansı, istənilən mənasında həm təkdə olan isimlə,həm cəmdə olan isimlə,həm də təsdiqdə işlədilir : You can take any book you want (Sən istənilən kitabı götürə bilərsən

İf+ Any : If you have any problems,call me (Əgər hər hansı bir problemin mənə zəng et)

Any+Longer/more birləşmələri dilimizdə "daha" ədatı ilə tərcümə edilir və inkar/sual cümlələrində işlədilir : I don't have you any more(longer) - Mən daha səni sevmirəm

Hardly,Scarcely kimi sözlərin özləri inkar məna kəsb etdiyinə görə onlarla any və ya onun törəmələri işlənir : There were hardly any people in the yard (Həyətdə demək olar ki,adam yox idi)

Some/any əvəzliklərindən düzələn əvəzliklər :

Somebody/Someone(kimsə),Something (bir şey,),Somewhere (harasa,hardasa,bəzi yerlərdə)

Anybody/Anyone(Heç kim),Anything(Heç bir şey,istənilən bir şey),Anywhere(Heç yer(-ə/-də),hara olsa)

Some və any əvəzliklərinə aid ola qaydalar bunlara da aiddir. Bu əvəzliklərdən sonra fel və to be həmişə təkdə olur : Listen! Somebody is singing(Qulaq as! Kimsə mahnı oxuyur)

Some(body,one),Any(body,one) əvəzliklərinin yiyəlik halı da olur : That is somebody's job

Any(body,one),Anything mübtəda funksiyasında inkar cümlədə başa gələ bilməz :Nobody wants to play

c) One(Biri/birisi) mübtəda və ya tamamlıq olur. Haqqında danışılan sayıla bilən ismi təkrar etməmək üçün işlədilir və bu halda dilimizə "birisi"kimi tərcümə edilir. Təkdə olan ismi təkrarlamamaq üçün "one",cəm formada olan ismi təkrarlamamaq üçün isə "ones"əvəzlikləri işlədilir : I have read this book. Please,give me another one (mən bu kitabı oxumuşam. Xahiş edirəm, mənə başqa birisini verin); I have read these books. Please, give me another ones

One əvəzliyi istənilən qeyri-müəyyən şəxs və ya əşya haqqında danışıldıqda da işlədilir və bu halda dilimizdə daha çox "hər kəs" kimi tərcümə edilir : One can do it (Bunu hər kəs edə bilər)

One əvəzliyi heç vaxt ismi əvəz edə bilmir. Bu əvəzliyin yiyəlik hal forması da var : Swimming is very good for one's health (Üzmək hər kəsin sağlamlığı üçün çox faydalıdır). One əvəzliyinin qarşısında təyin(sifət) yaxud işarə əvəzliyi işlənə bilər : The new one,this(that) one

One əvəzliyi self sözü ilə birləşdikdə şəxsiz (oneself) qayıdış əvəzliyini əmələ gətirir və bu halda müvafiq olaraq digər qayıdış əvəzlikləri kimi işlənir :  It is better for one to do the work oneself than to have it done by someone (Yaxşı olar ki,hər kəs öz işini özü görsün, nəinki bunu başqası etsin) ; In winter one tries to dress oneself as warmer as possible (Qışda hər kəs çalışır ki, mümkün qədər isti geyinsin).

Qeyd 1: "Most" (ən çox,demək olar ki hamısı) əvəzlik kimi həm sayıla bilən həm də sayıla bilməyən isimlərlə işlənir. Sayıla bilən isimlərlə işlənərkən isim cəmdə olur. "Most of" birləşməsində əgər isim sayılabiləndirsə həm isim həm də xəbər cəmdə olur : I don't eat meat, but I like most types of fish ; Most of the children are clever at our course; Which of you earns the most money

Qeyd 2 : Several - bir (neçə,sıra,miqdar) sayıla bilən isimlərlə işlənir. Özündən sonra işlənən isim də fel də cəmdə olur : Several people have complained about the film ; Several of my friends are learning English at Hadaf course

Qeyd 3: More -biraz daha,daha çox. Həm sayıla bilən həm də sayıla bilməyən isimlərlə işlənir. Sayıla bilən isimlı işləndiyi zaman isim cəmdə olur : Would you like some more coffee ( Biraz daha kofe istərdinizmi ?) ; The doctors couldn't treat any more patients

Much,many (a) little, (a) few əvəzlikləri də qeyri-müəyyən əvəzliklər qrupuna daxildir. Onlar mənaya görə isimləri və sayları əvəz edir.

Much/Many(çoxlu) əvəzlikləri ingilis dilində daha çox inkar və sual cümlələrində işlədilir. Much sayılmayan, many isə sayıla bilən cəm isimlərlə işlənir : Much time ; much money / many books; many people. Təsdiq cümlələrində isə bunların əvəzinə adətən a lot of/plenty of/lots of əvəzliklərindən istifadə edilir :She has a lot of problems - How many problems has she got ? ;  I have a lot of time - How much time do you have ? Bəzən təsdiq cümlələrində much/many əvəzlikləri işlədilə bilər : She has many problems; I have much time

So/too + much/many birləşməsinə diqqət edin : She has so many problems ; She has so much money (such olmaz)

Little (az)  və a little (bir az) yalnız sayılmayan isimlərlə işlənir : I have (a) little time (Mənim (bir) az vaxtım var)

Few (az) və a few (bir az) isə yalnız cəmdə olan sayılan isimlərlə işlənir : She has (a) few problems (Onun (bir) az problemi var)

too/so + few/little birləşməsinə diqqət edin : There are so few students here

A number of...(çoxlu,çoxlu miqdarda) birləşməsindən sonra xəbər həmişə cəmdə olur : A number of suggestions were discussed at the meeting (İclasda çoxlu təkliflər müzakirə edildi)

The number of...(sayı,miqdarı) birləşməsindən sonra xəbər həmişə təkdə olur : The number of people we need is 15 (Ehtiyac duyduğumuz adamların sayı 15-dir). Hər ikisinin ismi cəmdə olur.

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund