Future in the Past

S + Would/Should + V

Bu forma müstəqil şəkildə işlənə bilmir və keçmişə nəzərən gələcəkdə baş verəcək hərəkətləri bildirir : He said that Kate would come tomorrow

Was/were going to V forması isə keçmişə nəzərən gələcəkdə icra etmək niyyətində olduğumuz bir şeyin  reallaşmadığını çox az vəziyyətlərdə isə reallaşdığını bildirir : I was going to call her but I forgot - Onu çağıracaqdım amma unutdum (Qısası reallaşmamış) ; I was going to buy a new computer last month but my father bought me one as a gift before I did - Keçən ay yeni bir kompyuter alacaqdım amma atam mən almadan əvvəl mənə hədiyyə olaraq birini aldı (niyyət reallaşıb)

Was/were about to V = mak üzere

I couldn't buy any food because  I was about to leave - Mən heç bir yemək ala bilmədim çünki ayrılmaq üzərəydim ; Eyni zamanda was/were on the point of v+ing ilə də bu cümləni ifadə edə bilərik :  I couldn't buy any food because I was on the point of leaving

Was due to V isə will ekvivalentidir (is due to) və reallaşacağı gözlənilən hərəkətlər üçün istifadə edilir (dəqiq zamanla əsasən) və Caktı ; Ması gözlənilirdi kimi anlama gəlir : The President was to arrive at 5 o'clock

Was/were to have + V3 keçmişdə etmək istədiyimiz bir şeyin meydana gəlməyini ifadə edir və cəkti kimi tərcümə olunur : I was to have seen my doctor - Həkimimlə görüşəcəktim (amma görüşmədim)

Was/were to V = cəkti anlamını qatır amma keçmişdə istədiyimiz şey reallaşa da bilər ,əngəllənmiş də : They were to meet again many years later - İllər sonra təkrar görüşəcəktilər (Görüşdülər) ; I was to call her but something came up - Onu çağıracaqdım amma bir şey ortaya çıxdı

Was/were supoosed to V gözlənilənilənin əksi olan vəziyyətlərdə işlənir və ması lazımdı ;cəkti; ması gözlənirdi anlamı qatır : She was supposed to cook but she had to leave - Yemək bişirəcəkdi (gözlənti) amma getmək məcburiyyətində qaldı ; You were supposed to finish this book yesterday,right ? - Bu kitabı dünən qurtarman lazım idi,elə deyilmi ?

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund