Modal fellər : Can/Could/Be able to

Modal fellər hərəkət deyil hərəkətə münasibəti bildirirlər. Modal fellər üçün xarekterik xüsusiyyətlər :

Cümlədə heç vaxt tək işlənmirlər ardınca mütləq to-suz məsdər gəlir (to be able to/have to/has to/had to/ought to istisna olmaqla)

Modal fellərin inkar və sual formaları do/did köməkçi felləri vasitəsi ilə deyil,onların özləri vasitəsilə düzəlir (have/has/had to istisna olmaqla)

Modal fellər 3-cü şəxsin təkində s/es sonluqlarını qəbul etmirlər

Onların bütün zaman formaları olmur

Can/Could/Be able to :

Ehtimal :

50 % Ehtimallı vəziyyətlərdə Can/Could istifadə edilir ,amma əsasən Could üstünlük verilir :

We should take an unbrella with us ; It can/could rain at the weekend - Özümüzlə bir çətir götürməliyik. Həftə sonu yağış yağa bilər

Ancaq Can't/Couldn't bir şeyin imkansız olduğunu göstərdiyi üçün biz bir şeyin 50 və ya daha aşağı ehtimallını bildirərkən bu mənada istifadə etmirik : They can't/couldn't be in Los Angeles right now ; They called me from New York just half an hour ago - Los Angelesdə ola bilməzlər. Mənə yarım saat əvvəl New Yorkdan zəng etdilər.

Xahiş :

Yüksək səmimiyyətimiz olan insanlardan bir şey xahiş edərkən bu mənada Can/Could istifadə edirik : Can I have a hamburger

Could daha mədəni bir anlam qatır : Could I have your name, please ?

Bacarıq :

Can və be able to arasında əsas fərq be able to bütün zamanlarla işlənə bilməsidir. Bəzəndə danışıq dilində bəsit cümlələrdə praktik baxımdan rahat olduğu üçün can üstünlük verilir :

I will be able to meet him tonight - Onunla bu axşam görüşə biləcəyəm
Can gələcək zamanla istifadə edilməsə də o mesajı verə bilir : I can meet him tonight - Onunla bu axşam görüşə bilərəm.

Can keçmişdə də işlənə bilmir və əvəzinə Could işlədilir : I could climb trees when I was a child - Uşaqlıqda ağaclara dırmaşırdıq (bacarıq anlamında) ; We were able to climb the Himalays last year - Keçən il Himalaya dırmaşa bildik. Bu cümlədə Could istifadə edə bilmərik çünki uzun müddətlik yox tək səfərlik olan bir şeydir və belə cümlələrdə "be able to" istifadə olunur. Ancaq inkarda Could ilə Be able to arasında bu fərq qalmır və ikisi də işlənə bilir : I couldn't/was able to sleep well last night

Not : Could keçmişdə anlıq vəziyyətləri ifadə etmək üçün istifadə olunmasa da See,Hear,Smell,Feel,Taste,Remember,Understand,Believe,Decide kimi fellərlə sıx-sıx istifadə edilir : We could see the blue mountains in the distance - Uzaqdakı mavi dağları görə bilirdik

Be able to digər modallarla da işlənə bilir : They must be able to answer all of the questions ; I might be able to fix this problem

Keçmiş :

Keçmişdə Can/Could sadəcə ehtimal və bacarıq anlamında istifadə edilir və təsdiqdə Could + Have + V3 ilə istifadə edilir ancaq inkarda Can də istifadə edilir : He could have been here half an hour ago - 1 saat əvvəl burada ola bilərdi (Bacarıq anlamında) ; I could have died out there - Orada ölə bilərdim/ölmüş ola bilərdim (ehtimal)

İnkarda : She can't/couldn't have lifted that heavy desk all by herself - O bu ağır ağır lövhəni təkbaşına qaldıra bilməz

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund