Modal fellər : May/Might/Need(to)

Ehtimal :
Might ən az ehtimal olan vəziyyətlərdə istifadə edilir : We should take an unbrella with us : It might rain at the weekend - Özümüzlə çətir götürməliyik. Həftə sonu yağış yağa bilər

May isə 50% ehtimallı vəziyyətlərdə işlənir. Bu mənada Can və Could təsdiqdə May kimi eyni mənada işlənir (Yuxarıda cümlədə might yerinə May istifadə etsək bu ehtimalı bir az daha qüvvətləndirir və xəbərlərdə havanın həftə sonu tutqun olacağı haqqında məlumat eşitdiyimizi söyləməyə əsas verir)

Xahiş,İstək:

May və Might rəsmiyyət mənasında icazə,xahiş,istək mənasında istifadə edilir.Might isə daha rəsmi bir üslubda işlənir : May I smoke here ? (Burada siqarət çəkə bilərəm?). May sual cümlələrində I və We ilə işlənir,amma cavab verəndə və ya inkarda You ilə də işlənə bilər.

İnkarda:
You may not talk during the exam - İmtahan ərzində danışa bilməzsiz (mümkünlük və ya başqa deyişlə icazənin olmaması,qayda pozuntusu olduğu üçün)

Might isə dediyimiz kimi çox rəsmi üslubda "I wonder if you(fərqli əvəzliklər də istifadə edilə bilir) might (digər modal fellər də işlənə bilir) help me - Mənə kömək etmə ehtimalınız olub-olmadığını bilmək istəyirəm (merak ediyorum)

Keçmişdə :

Might/May + Have + V3 :

He might have cheated - O hiylə etmiş ola bilər; He may not have cheated - O hiylə etməmiş ola bilər.

Bəzən Bitmiş davamedici zamanla da digər modallar kimi işlənə bilirlər : Well,I don't know why he didn't ooen the door. He might have been sleeping - Mən qapını niyə açmadığını bilmirəm. O yatmış ola bilər (yatmaqda davam edə/ola bilər)

Might həm də sadə keçmiş zaman formasında May modalını əvəz edə bilir : You might go out yesterday,but you may not go out today - Dünən çölə çıxa bilərdin,amma bu gün çölə çıxa bilməzsən

Mümkünlük mənasında və ya gələcəklə bağlı məqsədlərdə və ya təklif mənasında : We may go to Turkey for rest - İstirahət üçün Türkiyəyə gedə bilərik ; You may be acquainted with interesting people here - Sən burada maraqlı adamlarla tanış ola bilərsən

Need = Ehtiyacı olmaq
İkili xarakterə malikdir. "Need to" əsas feildir və buna görə də əsas felə xas olan cümlənin sual forması,inkarı,şəxsə görə,zamana görə dəyişməsi əsas fellərdə olduğu kimidir. "Need" kimi isə modal feldir və modal fellər kimi özündən sonra to hissəciksiz məsdər ilə işlənir,inkarı və sualı need ilə düzəlir (sualda cümlənin əvvəlinə,inkarda needn't) : We have got plenty of time. We needn't hurry - Kifayət qədər vaxtımız var.Tələsməyə ehtiyac yoxdur.

Keçmişdə :

I didn't need to go by car - Maşınla getməyimə ehtiyac yox idi

Need + have + V3 :

Eyni şəkildə icra edilmiş hərəkətə ehtiyac olmadığını bildirir : He needn't have sent the telegram - Telagram göndərməsinə ehtiyac yox idi

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund