Adjective/Sifət - Ümumi

Sifət əşya və şəxsin əlamət və ya keyfiyyətini bildirir.

Sifət düzəldən prefiks və suffikslər :

Prefiks : un; im ; ir ; il ; in

Suffiks : y ; al ; ous ; ive ; ful ; less ; ly ; ant ; ent ; able ; ible ; ish

"ing" ilə düzələn sifət əşyanın xarakterik xüsusiyyətini, "ed" ilə düzələn sifət isə insana xas olan xesusiyyətləri bildirir : It was a tiring day.I felt tired.

The artiklı ilə birlikdə istifadə olunan bəzi sifətlər bütöv bir sinfə aid olan əşyanı bildirir və cəm mənasında çıxış edirlər : The rich ; The Old və s .

Milliyəti bildirən sifətlər həmin millətə mənsub bir şəxsi bildirmək üçün isimləşə bilir: An American (Bir amerikalı)

An;ian ilə bitən bu cür sifətlər cəmdə s sonluğu qəbul edir : Two americans ; The americans

sh və ch ilə bitən sifətlər s cəm şəkilçisi qəbul etmir,lakin onların önündə the artiklı işlədilir : The English;The french. Ayrı-ayrı şəxləri bildirmək üçün : Two Englishmen(women)

Lakin : A spaniard -Ispan / Spaniards - Ispanlar

Ss və se ilə bitən sifətlər cəmdə s sonluğu qəbul etmir : A chinese/Three Chinese/The chinese

Be ; Get ; Become ; Seem ;  Look ; Feel ; Sound ; Taste ; Smell ; Stay ; Turn ; Grow ; Appear ; Remain ; Stand ; Keep kimi fellər sözönsüz işləndikdə ardınca sifət gəlir : She looks happy ; The dinner smells good

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund