Adjective/Sifət - Vacib qeydlər

Bəzi sifətlər sadəcə isimlərdən sonra istifadə edilir : The person mentioned above is the sole heir of the palace

Bəzi sifətlər həm isimdən sonra,həm də əvvəl gələ bilir,amma məna fərqi yaranır : The concerned teachers (Qayğılı müəllimlər) / The teachers concerned ( İşin içində olan müəllimlər) ; A responsible father (Məsuliyyətli bir ata) / A father responsible ( Günahkar bir ata)

İsimin önündə onu təyin edən bir neçə sifət olduqda bu ardıcıllıq gözlənilir :

1) Number (sayı) -neçə dənə olduğu bilgisi : two,three

2) Opinion (Fikir) - Fikrinizi ifadə edən sifətlər : ugly,beautiful

3) Size (Ölçü) - Big,Little

4) Age(Yaş) - Nə qədər yaşlı və ya gənc,köhnə və ya təzə olduğunu bildirən sifətlər : New,Old,Young

5) Shape(Forması) : Ellipsoid,Round

6) Colour(Rəng) : Yellow,Green

7) Origin(Mənşə) : Turkey,European

8) Material : Cotton,Plastic

9) Purpose (Məqsəd) - Nə məqsədlə istifadə etdiklərini bildirən sifətlər.Çox vaxt ing ilə bitirlər : Sleeping bag (yuxu tulumu)

Yaş və ölçü bildirən bəzi sifətlər ölçü bildirən bəzi isimlərdən sonra işlənir : The tree is about 30 metres tall ; She is ten months old ( O on aylıq)

İsimlərdən sonra sifətlər Relative Clauseların qısaltması şəklində istifadə edilə bilər : The people (who are) responsible will be punished ; He was a man (who was) able to get what he wanted ; They wanted a leader (who was) capable of uniting the tribes

Too + adjective/adverb + (for sb) + to =  mayacaq qədər
Nəsnə varsa to-dan qabaq işlənir : You are too young to understand (Anlamayacaq qədər gəncsən) ;We are too slowly to catch up with them( Onlara yetişməyəcək qədər yavaş gəzirik) ;This question is too hard for me to answer (Bu sual cavab verəməyəcəyim qədər çətindir) ; This region is too cold for trees to grow( Bu bölgə ağac yetişməyəcək qədər soyuqdur)

Adjective + enough to = -cək qədər : He isn't strong enough to swim across the river (Çayın qarşı tərəfinə üzəcək qədər güclü deyil ) ; You are intelligent enough to learn this( Bunu öyrənəcək qədər ağıllısan)

Bəzi sifətlər bəzi isimlərlə birləşərək mürəkkəb sifət yaradırlar.Bu halda aralarında "-" işarəsi qoyulur və isimlər "s" almır : A two-storey house (Ikiqatlı bir ev) ; A ten-year-old child (10 yaşlı bir uşaq) ;

It's+ adjective + of + sb + to : It was stupid of you to lose your phone - Telefonunu itirməklə axmaqlıq etdin ; It was wise of him to quit in time - Vaxtında ayrılmaqla uzaqgörənlik etdi

Bir çox sifəti və V3 önünə Get felini gətirməklə "Become" anlamını verən fellər düzəltmək olur :

Get old - yaşlanmaq
Get angry - əsəbləşmək
Get hungry - acımaq
Get cold - soyumaq
Get wiser - daha çox ağıllanmaq
Get married - evlənmək
Get dressed - geyinmək
Get tired - yorulmaq
Get dark - qaralmaq
Get lose - itmək

It's getting dark - Hava qaralır

How + adjective/adverb + a(n) ... = Nə (qədər) : How astonishing a sight ! ( Nə təəcübləndirici  bir görüntü)

A/an sifətdən əvvəl istifadə edilərsə,What qəlibi istifadə edilir : What an astonishing sight ! İsim cəmdə olarsa, a/an istifadə edilmir : What strang people !

However + adjective/adverb = Nə qədər : However hard you try;I know you will lose - Nə qədər çalışırsan çalış mən uduzacağını bilirəm.

Bəzi sifətlər preposition və to və ya that ilə işlənə bilirlər

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund