Adjective/Sifət - Dərəcələr

So long = such a long time
So far = such a long way

Bütün tək hecalı sifətlərin,eləcə də sonu "y" hərfləri və ya er/ow/le hərf birləşmələrindən biri ilə qurtaran ikihecalı sifətlərin müqayisə dərəscəsi "er" şəkilçisi artırmaqla düzəlir

İkihecalı sifətlərin əksəriyyətinin və çoxhecalı sifətlərin hamısının müqayisə dərəcəsi more/less vasitəsilə düzəlir

Qeyd: Aşağıdakı sifətlərin müqayisə dərəcəsi hər iki yolla düzələ bilir : quiet,clever,narrow,shallow,simple

Kökündən dəyişilən sifətlər :

Adi / Müqayisə / Üstünlük
Good / Better / The Best
Bad/ Worse / The Worst
Little/Less/The Least
Much(Many) / More/ The Most

Far (Uzaq)/ Farther(Daha uzaq);Further(Daha uzaq/sonrakı)/The Farthest(ən uzaq) ; The Furthest(ən uzaq/sonrakı)

Late(Gec) / Later(Daha gec) ; Latter(ikisindən sonuncu)/ The Latest(Ən gec); The Last(Ən sonuncu/axırıncı)

Old (Yaşlı)/ Older(Daha qoca/qədim); Elder(Ailədə daha böyük)/ The Oldest(Ən qoca/qədim); The Eldest (Ailədə ən böyük)

Near(Yaxın) / Nearer (Daha yaxın) / The Nearest(ən yaxın); The next (Sonrakı,O biri)

Müqayisə dərəcəsində əlaməti daha da zəiflətmək və ya qüvvətləndirmək üçün aşağıdakı sözlərdən istifadə edilir :

a bit (bir az) , far (çox), much (çox) a little (bir az) , slightly (azca), a lot (çox) : He is a bit stronger than you

Həmçinin any,even və no sözləri ilə sifətin müqayisə dərəcəsi işlənir : I shall not work any longer. He is even more beautiful than I thought

Müqayisə dərəcəsində sifətlər təkrarlana bilir. Azərbaycan dilinə "getdikcə,get-gedə" kimi tərcümə olunur : It is becoming harder and harder to find a job (İş tapmaq getdikcə daha da çətinləşir)  - It is becoming more and more difficult to find a job

Older sifəti söhbət yaş fərqindən (qocalıq/köhnəlik/qədimlik mənasında) getdikdə işlədilir. Elder sifəti isə əsasən rütbəcə,titulca,yaşca və s. fərqdən getdikdə işlədilir. Elder sifəti ailədə yca daha böyük olanı göstərmək üçün istifadə edilir. Elder sifətindən sonra than işlədilmir . Bu mənada older işlədilir

Later sifəti adətən "daha gec" mənasında, Latter isə " iki nəfərdən sonuncu" mənalarında işlədilir

Bütün tək hecalı,eləcə də sonu "y" və ya "er,ow,ble"  hərf birləşmələri ilə bitən sifətlərin üstünlük dərəcələri "the...est" ilə düzəlir. İkihecalı sifətlərin əksəriyyəti və çoxhecalı sifətlərin hamısı "the most" ilə düzəlir.

Had ever,Have ever,Has ever, At,İn,On,Among,Of all,One of ifadələri olan cümlələrdə ümumiyyətlə üstünlük dərəcəsi istifadə edilir.

Enough (Sifətlərdən sonra gəlir), very,too,so,such,rather və quite adi dərəcədə olan sifətlərlə işlənirlər

One(ones) sözü əvəzedici vasitədir.O,sayıla bilən tək və cəm isimləri əvəz edir.Sayılabilməyənləri əvəz edə bilməz. Yiyəlik halında olan isimlə və ya yiyəlik əvəzliyi ilə təyin olunmuş və artıq adı çəkilmiş isimlərin əvəzinə one(ones) sözlərini işlətmək olmaz. Belə halda ya one(s) sözü atılır,ya da that of (cəmdə those of) struktrundan istifadə edilir :The climate of London is much milder than that of Baku

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund