Causative

Causative cümlələri İcra etdirilən hərəkətləri ifadə etmək üçün istifadə edilir. Cümlədə icra edən və icra edici olur. Zorla,pulla,xahişlə, razı salaraq  ya da icazə verərək bir hərəkəti icra etdirməkdən asılı olaraq ingilis dilində belə cümlələr "make; have; let və get" ilə düzəlir.
S(icra etdirən)+ Make/have/let/get + S(icra edən) + yalın halda V. Bu cümlələrdə felin zamanlara və ya kəmiyyətə görə dəyişməsi yuxarıdakı 4 fellə baş verir.

Make - Birinə bir şeyi zorla etdirərkən :
I made my sister tidy my room (Bacıma otağımı təmizlət(dir)dim) ; I make my son do his homework after school everyday (Hər gün məktəbdən sonra oğluma ev tapşırıqlarını hazırlatıram)

Make eyni zamanda bir şeyə səbəb olduqda da istifadə edilir :
Peeling onions make me cry - Soğan kəsmək məni ağladır ; Scary movies make me feel scared - Qorxu filmləri məni qorxudur.

Have - birinə pulla ya da xahişlə bir hərəkət icra etdirildikdə :
I had my neigbour fix the fences - Qonşuma hasarları təmir etdirdim ; I will have  the machenic fix my car as soon as possible - Ən qısa zamanda maşınımı ustaya düzəldirəcəm ; You had better have the barber cut your hair - Bərbərə saçlarını kəsdirsən yaxşı olar.

Get - razı salmaqla (iknayla) icra etdirdikdə 
Tom Sawyer got his friends to paint the fences - Tom Sawyer dostlarına hasarları rənglətdirməyə razı saldı ; I got the noisy kids to play sokewhere else - Səs salan uşaqlarş başaqa yerdə oynamağa razı saldım.

Qeyd : Yalnız Get ilə qurulan cümlələrdə fel "to" ilə işlənəcək.

Let - icazə verməklə :
We will let you uss the meeting room - Sizə iclas zalını istifadə etməyə icazə verəcəyik ; The doctors didn't let the old man have a surgery - Həkimlər qocaya əməliyyat olmağa icazə vermə.

Məchul halda "Have/Get" fellərindən istifadə edirik . S + Have/Get + Object + V3 :
I had my watch repaired - Saatimi təmir etdirdim (Kimə bilinmir) ; I will get my blood presure measured - Təzyiqimi ölçdürəcəyəm (Kimə ?)

Make felini də məchul halda istifadə edə bilirik. Amma bu zaman ondan sonrakı fel to ilə işlənir və strukturu İş görən S + made to + V + O  :
Active :" They made her wash the dishes" Passive : She made to wash the dishes ; Active : "The Lieutenant made the soldiers run for hours" Passive : "The soldiers were made to run for hours"

Let məchul növdə işlənmir. Əvəzinə "allow to + V" istifadə edirik : Active : "My mother doesn't let me go out at night" Passive : " I am not allowed to go out at night"

Bir şeyin olmasına icazə vermədiyimiz zaman "won't have + somebody + V(ing)" və ya "won't have + object + V3" qəliblərindən istifadə edirik : " I won't have my house used like a bar" ; I won't have him tell(ing) me what to do"

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund