Adverb/Zərf - Dərəcələr

Təkhecalı zərflərin, eləcədə "early" zərfinin müqayisə dərəcəsi "er" üstünlük dərəcəsi isə "est" şəkilçisilə düzəlir. Sonuna "ly" şəkilçisi artırmaqla düzələn zərflərin müqayisə dərəcəsi "more" , üstünlük dərəcəsi "est" ilə düzəlir. Sifətdən fərqli olaraq zərfin üstünlük dərəcəsinin qarşısında heç vaxt "the" artikli olmur. Bəzi zərflərin müqayisə və üstünlük dərəcələri hər iki yolla düzələ bilir. Şifahi nitqdə slow və quick zərf kimi də işlənə bilər :

Often / Oftener&More often / Oftenest&Most often

Quick&Quickly / Quicker&More quickly/Quickest&Most quickly

Slow&Slowly/Slower&More slowly/Slowest&Most slowly

Kökündən dəyişməklə düzələn zərflər

Well/Better/Best
Badly/Worse/Worst
Much/More/Most
Little/Less/Least
Far/Farther&Further/Farthest&Furthest

Davamlı dəyişimi və ya "gəlişimi" vurğulamaq üçün sifət və zərfin vəziyyətinə görə "-er and -er" və ya "more and more"(Getdikcə) istifadə edilir : The workers are doing things more and more carefully (İşçilər işləri getdikcə daha diqqətli yerinə yetirirlər)

Üstünlük dərəcəsində olan zərfdən sonra of sözünlü ifadə hamıdan yaxşı,pis və s. mənasında işlənərsə və ya nəzərdə tutularsa, həmin zərf ya the artikli ilə,ya da the artiklsız işlənə bilər : I think tom sang (the) best of all

Zərfin müqayisə dərəcəsi much,far (daha çox,olduqca çox), a lot ,a little sözləri ilə qüvvətləndirilir. Much(sifət üçün də ) həmçinin üstünlük dərəcəsini qüvvətləndirmək üçün işlədilir.

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund