Adverb/Zərf - Əlavə

Zərf feli,felin şəxsiz formalarını,sifəti və ya digər bir zərfi təyin edə bilir.

Yer zərfi əsasən cümlənin sonunda işlədilir,bəzən cümlənin əvvəlində də işlənə bilir. Yer zərfi zaman zərfindən əvvəl işlədilir.

Bəzi tərkibi zərflər :

At once - Dərhal
At least - Ən azı
At last - Nəhayət
Till now - İndiyə qədər
Before now - İndiyə qədər,Əvvəl
Since then - O vaxtdan bəri
Since when - Nə vaxtdan(bəri)
For ever - Həmişəlik

Yet - zərfi "artıq" mənasında yalnız sual cümlələrində, already "artıq" mənasında təsdiq cümlələrində işlədilir : Has he finished his work yet ? / I have already done it

Still "hələ də" mənasında təsdiq və sual cümlələrində, Yet "hələ/ hələ də/bu vaxta kimi" mənasında inkar cümlələrdə işlədilir :  She hasn't had any coffee yet. He will still be in his office when you come back

Long - ( uzun müddət(zaman), çox,çoxdan) sual cümlələrində işlədilir : Did she work long yesterday ? (O,dünən çox işlədimi ?) / Have you been here long ? (Çoxdanmı burdasız ?)

Təsdiq və inkar cümlələrində (for) a long time (uzun müddət,çoxdan) işlədilir

Not...long inkar cümlələrdə işlədilir : I didn't stay long in Baku (Mən Bakıda çox qalmadım)

Lately "yaxınlarda,son zamanlarda" recently -1) yaxınlarda,yaxın zamanda (lately ilə mənaca eyni), 2)" bir az bundan qabaq",bu günlərdə,yaxınlarda mənasında işlədilirlər : Have you seen her lately (recently) ? -Siz bu yaxınlar onu görmüsünüzmü ?

Recently digər mənada keçmiş sadə zamanla işlədilir : We received a letter for him recently (not long ago) - Bir az bundan qabaq (bu günlərdə) ondan məktub aldıq.

Much(çox) əsasən sual və inkar cümlələrində işlədilir. Təsdiq cümlələrində adətən much əvəzinə a lot, a great(deal) işlədilir. Much - very,too,so,as,how zərfləri ilə təyin edildikdə təsdiq cümlələrdə də işlənə bilər

Not... at all (qətiyyən,heç,əsla) : I didn't enjoy the film at all

Too,also,as well(da,də,həmçinin) təsdiq və sual cümlələrində işlədilir. Either (not...either) - da,də,həmçinin inkar cümlələrində işlədilir : Can I come too (as well)/ I haven't phoned either. He also knows English/She is also English

Else (daha,yenə,başqa) zərfi sual əvəzliyi və zərflərindən,mürəkkəb qeyri-müəyyən əvəzlik və zərflərdən sonra işlədilir. Ardınca isim gəlmir

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund