Adverb/Zərf

Cowardly,Lovely,Lonely,Friendly,Lively,Likely,Deadly,Ugly,Costly,Silly,Elderly,Manly,Orderly,Wordly,Chilly,Jolly - Bunlar zərf yox sifətdir. Bunların zərfi " in a .... way/manner/fashion qəlibi ilə düzəlir : He behaved in a silly way (Axmaqca davrandı)

İrregular Adverbs - Qaydasız fellər : Well,Hard,Fast,Low,High,Far,Long,Late,Early, Near - Bunlar "ly" almayan zərflərdir. Well xaric yuxarıdakı zərflər və Little,Much,Straight,Daily,Weekly,Monthly,Yearly,Enough,Alone cümlədəki yerinə görə sifət və ya zərf olurlar. Late və Hard kimi bəzi zərflər "Ly" ilə işləndiklə başqa məna daşıyırlar : He work hard (Çox çalışdı) / He hardly worked (Demək olar ki,heç çalışmadı)

Sort of və Kind of əslində "bir növ" mənasına gəlir,amma danışıq dilində "biraz" mənasında istifadə edilir : He felt kind of lonely ( Özünü biraz tənha hiss edirdi)  ; I was sort of confused ( Biraz başım qarışdı)

Too zərfi  "Həddən artıq/Lap çox/Olduqca" mənasında aid olduğu sözdən əvvəl gəlir və adi dərəcədə sifət yaxud zərf gəlir. Bu zərf "Rather,Much,Far,A little, A little bit kimi başqa zərflər tərəfindən təyin oluna bilər : It was far too complicated : O olduqca çox mürəkkəbdi

Hardly,Barely,Scarcely,Rarely, No sooner zərfləri adətən any,anybody(thing,where),ever sözləri ilə və can,have,be və s. fellərdən sonra işlədilir. Bu sözlər "çətinliklə,güclə,zorla" mənalarında işləndikdə cümləyə inkar məna verir,not və ya başqa inkar vasitələrilə işlədilmir. Biz həmçinin bir hərəkətin başqa bir hərəkətin ardınca dərhal baş verdiyini göstərmək istədikdə hardly,scarcely sözlərindən birini işlədə bilərik : They had hardly entered the room when the phone rang (Onlar elə təzəcə otağa daxil olmuşdular ki,telefon zəng çaldı)

Quite,Rather,Fairly (Olduqca) sözləri ismi,sifəti və ya zərfi təyin edə bilirlər. Rather adətən cümləyə inkarlıq qatır : It is rather expensive (Olduqca bahalı). Quite adətən pozitif mənada işlədilir : The water is quite warm. I like it ( Su olduqca ilıq. Xoşuma gedir) Fairly "baya" mənasında işlədilir : He is fairly intelligent ( Olduqca ağıllı). Quite felləri təyin etmək üçün istifadə edilə bilər. Təyin etdiyi felə görə "Tam" və ya "Olduqca" mənası daşıyır : I don't quite understand (Tam anlamıram) / I quite liked it (Olduqca xoşuma getdi)

Zərflər çox vaxt feldən sonra gəlirlər,amma feldən sonra tamamlıq gələrsə, bu halda zərf cümlənin sonunda olur. Zərflərin bəziləri həm feldən qabaq, həm də cümlənin sonunda istifadə edilə bilirlər : She (slowly) walked into the room (slowly). Zərflər normalda to be felindən sonra istifadə edilir : He is often late. Bir çox zərf cümlənin əvvəlində də istifadə edilə bilir. Zərflər feldən qabaq da istifadə edilə bilirlər. Qeyri- müəyyən zaman zərfləri (təkrar-tezlik zərfləri) əsas feldən əvvəl işlənir. Cümlədə modal və ya 1-ci köməkçi fel varsa onlardan sonra gəlir. To be felindən sonra işlədilir. Tomorrow,Today,Yesterday ya cümlə əvvəlində ya da cümlə sonunda istifadə edilir. Before,Lately(Son zamanlarda),Recently(Bu yaxınlarda) cümlənin sonunda işlənir.

As/so...adverb...as (qədər) ilə müqayisə aparıldıqda than işlədilmir. SO adətən negatif cümlələrdə istifadə edilir : She isn't as good at tennis as her brother, so she can't play it so/as well as him ( Tenisdə qardaşı qədər yaxşı deyil,buna görə də onun qədər yaxşı oynaya bilmir) Birinci cümlədə is olduğu üçün sifət,amma ikinci cümlədə fel olduğu üçün well işlətdik

...Twice/.... times as ... adverb ...as - misli/qatı : She studies three times as hard as her classmates (Sinif yoldaşlarından 3 dəfə daha çox çalışır ) / He is far better at speaking than I am. In fact, he speaks twice as fluently as I do. (Danışıqda məndən çpx daha yaxşıdır. Əslində məndən 2 qat daha sürətli danışır)

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund