The Past Perfect

S + had + V3 (Past Participle ). Adi fellərə + ed

Bu "mışdı" ilə bitən cümlələrdə istifadə olunur. Keçmişdə müəyyən bir anadək davam edib bitmiş hərəkətləri göstərir : I had done my exercises by 5 o'clock yesterday ; The train had already started when I arrived at the station - Mən vağzala çatanda qatar artıq yola düşmüşdü (Yəni Qatar mən gəlməmişdən qabaq yola düşüb)

İstifadə edilən bağlayıcılar :

By friday,by 5 o'clock yesterday,by that time,by the end of the month,by the end of the term,just,already,yet,never

Keçmişdə bir hərəkət digərindən əvvəl baş veribsə,ilk gerçəkləşən Past perfect digəri isə past simple ilə işlənir :

When + Past simple + Past Perfect :

When I entered the classroom,the teacher had gone - Mən sinifə daxil olanda müəllim getmişdi (Müəllimin getməsi mənim daxil olmağımdan əvvəl baş verib bitib)

After + Past perfect + Past simple :

After the rain had stopped I went away - Yağış kəsdikdən sonra getdim

Before + Past simple + Past perfect :

I had gone there before you came - Sən gəlməmişdən əvvəl mən ora getmişdim

Eyni zamanda Past perfect + Before + isim/əvəzlik :

I had gone there before you - Mən səndən əvvəl ora getmişdim

No sooner ... than + P. Perfect + Past
Hardly... when + P. P + P
Scarcely .... when + P. P + P

No sooner/Hardly/Scarcely - Təzəcə/Yenicə;Demək olar ki/Az qala

No sooner ... than mənaca dilimizdə təsdiqdə digər ikisi isə inkarda tərcümə edilir.

Cümlənin bu bağlayıcılarla başlayan hissəsində söz sırası pozulur :

No sooner had Paul gone,than Alex came - Paul təzəcə getmişdi ki,Aleks gəldi ; Scarcely had the rain stopped, when she phoned - Yağış heç kəsməmişdi ki,o,zəng vurdu

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund