The Present Simple/ İndiki geniş zaman

S + V1 - Cəm isimlərdə
S + V1S - Tək isimlərdə

Sual və inkar üçün tək isimlərdə does,cəmlərdə do. Does işləndikdə V1 "s" düşür.

Aşağıdakı hallarda işlənir :

1. Adət halını almış,təkrarlanan,ümumi məlumat bildirən hərəkətləri ifadə etmək üçün : I go to school

2. Təbiət reallıqlarını,təkzibolunmaz faktları göstərdikdə : Water boils at 100 C ; The Earth goes around the Sun

3. Şəxs və əşyaları səciyyələndirərkən,onların əlamətləri,keyfiyyətləri haqqında danışarkən : My brother loves chess. He plays chess everyday. He studies well too

4. Atalar sözü və el məsəllərində hal və hərəkətləri bildirmək üçün : East or West,Home is best

5. İcrası cədvəl və ya qrafik üzrə planlaşdırılmış hərəkətləri başlanmasını,qurtarmasını,yola düşməsini,çatmasını bildirmək üçün (məlumat xarekterli)  : The train start at 8 a.m, arrives at 10 p.m ; The concert begins at 12:00, ends at 15:00

6. Zaman və şərt budaq cümlələrində " when,till,until,before,after,as soon as,as long as, if,unless,provided that" bağlayıcılarından sonra gələcək zamanda baş verəcək hərəkətləri bildirmək üçün : We shall go If he comes

7. Film,Hekayə və ya bir kitabdakı hadisələri danışarkən : In this book, Ann marries a man called Hans from Germany

8. Here və There zərfləri ilə "Bax (İşte) ..ir" anlamını qatmaq üçün : Here comes our bus - Bax(İşte) bizim avtobusumuz gəlir ; There goes your father - Bax atan gedir

Sadə faktları,Vərdiş halını almış,tez-tez təkrarlanan hərəkətləri ifadə etmək üçün aşağıdakı zərflərdən istifadə edilir :

Always ; Often ; Usually ; Seldom (Hərdən) ; Sometimes ; Never ; Rarely (Nadir hallarda) ; Regularly (Müntəzəm olaraq) ; Daily ; Ocassionally (Təsadüfən,Hərdən) ; Generally ; Hardly ever (Aradabir)

Əsasən cümlə sonunda işlədilən zaman zərfləri :

Every + day/week/year/month

Once - Bir dəfə;Twice - Iki dəfə + a day/a week/ a year/ a month

Times - Dəfə ; 3/4/5...+ times + a day/a week/ a year/ a month

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund