The Present Perfect/Yaxın keçmiş zaman

V+ have/has + V3 (adi fellərdə V+ ed,Qaydasızlarda Past participle)

1. I have done my lessons -Dərslərimi etmişəm (Burada hərəkətin nə zaman yerinə yetirildiyi deyil,yalnız hərəkətin nəticəsi göstərilir)

2. Bu zaman forması hələ bitməmiş vaxt ərzində icra olunmuş hərəkətləri bildirir və today/this week/this month/this year/this morning kimi zərflərlə işlədilir : I haven't seen this week - Bu həftə onu görməmişəm (Amma həftə hələ bitməyib və bəlkə bu həftə ərzində görə bilərəm)

3. Yaşadığımız təcrübələr haqqında danışdıqda  : It is the first time,I have driven a car - Birinci dəfədir ki,maşın sürürəm ; Have you ever driven a car ? - Heç maşın sürmüsən ? (Burada sürüb-sürmədiyi ilə maraqlanır zaman ilə deyil) ; I have driven a car two time - İki dəfə maşın sürmüşəm (Burada məlumat olaraq yaşadığı təcrübəni anladır,zamandan bəhs etmir)

4. Keçmişdə müəyyən vaxtda başlamış və hazırki anadək davam etmiş və hələ də davam edən hərəkətləri bildirir : We have known each other since 1997 - Bir-birimizi 1997-ci ildən bəri tanıyırıq.

Aşağıdakı zərflərlə işlənir :

Nowadays,Lately,Recently - Bu günlərdə, Since,Since then - Bəri, O gündən bəri, Never,Ever,Just,Already,Yet,Before,Once,Twice,Many times,Up to now,Till now,So far,In the last few days

Bu zamanda ucuaçıqlıq var.Yəni bir şey bitə də bilər bitməyə də və əsasən nəticəyə fokuslanılıb

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund