The Past Simple/ Keçmiş geniş zaman

S + V2

Sual və inkar üçün "did" .

1. Keçmişdə bir-birinin ardınca,ardıcıl baş verən hərəkətləri göstərmək üçün :  He came in,greeted everybody and took his place. Həmçinin hekəyə və nağıllarda da işlədilir : There was once a man who lived in a small cottage in the village. On the way he met .... One day he left house and went to town

2. Keçmişdə adət halını almış,təkrarən baş verən hərəkətləri bildirmək üçün : I always went to work by bus when Iived in London.

Used to keçmişdə olan ,amma indi olmayan ya da tam tərsinə hərəkətləri ifadə etməkdə istifadə edilir : He used to be a great teacher - O mükəmməl bir müəllimdi (Amma indi deyil) ; She didn't use to take alcohol - İçki içməzdi (indi içir)

Şəxslərə görə dəyişmir. İnkar və sualı did ilə düzəlir : Did + S + use to / S+did not + use to

Would da eyni məqsəd üçün istifadə edilir, amma daha çox xatirələrdən danışdıqda və Be,Live,Have kimi vəziyyət felləri ilə istifadə edilmir. Bunun "used to" dan digər bir fərqi ucuaçıqlıq ifadə etməsidir. Yəni o şey hal-hazırda da davam edə bilər,etməyə də.Qısası xatirələr şəklində danışdıqda bu formaya üstünlük verilir və sual cümlələrində bu formanın əvəzinə "used to" istifadə edilir

Əlavə :

Be used to/Alışıq olmaq - ardınca ya isim ya da ing alan fel gəlir : I'm used to dogs (İtlərə öyrəşmişəm) ; I am used to using a calculator ( Kalkukyator istifadə etməyə alışmışam)

Get used to/Alışmaq - You will soon get used to your new school(Yeni məktəbinə tezliklə öyrəşəcəksən) ; I got used to living in Germany (Almanyada yaşamağa alışdım)

Aşağıdakı zaman zərfləri ilə işlədilir :

Yesterday - Dünən
The day before yesterday - sırağagün
Last - Keçən ; Last + week/year/September...
Ago -  əvvəl ; 2/3/4... + days/week/months ...+ ago
Once upon a time - Bir vaxtlar/zamanlar,Biri vardı biri yoxdu
In + (1995/ my childhood/ September/Spring...)

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund